Icma.az
close
up
RU
Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VII Yazı

Şirazlı Mirzə Əbülhəsən xanın Sankt-Peterburqa hərəkəti

Gülüstan nüqaviləsindən sonra Rusiya imperatoru Qafqaz şəhərlərini Qacar dövlətindən ayırıb öz əlinə keçirdiyinə görə çox sevinmişdir.

Fətəli şah Qacar Qafqazın üç milyon əhalisi olan böyük bir hissəsini əldən vermişdi və zorla, fitnəkarlıqla bağlanmış bu müqavilədəki maddələrlə heç cür razılaşa bilmir,hər dəfə onları xatırladıb,yaxud icra etdikdə çox kədərlənib,peşman olurdu.Bununla belə 1816-cı ildə Fətəli şah şirazlı Hacı Mirzə Əbülhəsən xanı Rusiyada Qacar dövləti səfiri təyin edərək,Rusiya sarayı ilə əlaqə yaratmaq üçün iki fil və bir çox hədiyyələrlə birlikdə Rusiyaya göndərmişdir.

Fətəli şahın nümayəndəsi Azərbaycandan keçəndə Qafqazın bəzi əhəmiyyətli şəhərlərini Rusiyadan geri qaytarmaq və Qacar dövlətinin siyasi mövqeyi haqqında Abbas Mirzə onunla danışaraq mühüm işlərə və iki dövlətin dostluq münasibətlərinə aid tapşırıqlar vermişdir.

Mirzə Əbülhəsən xan əvvəl Tiflisə gedib,Qafqazdakı rus ordusunun komandanı ilə görüşüb danışıqlardan sonra Rusiya imperatorunun qərargahı və paytaxtı olan Sankt- Peterburqa hərəkət etmişdir.

Aleksandrın əmri ilə Sankt- Peterburq şəhərinin yaxınlığında Mirzə Əbülhəsən xanı bir çox dövlət xadimləri və böyük şəxsiyyətlər qarşılamış, çox hörmətlə müşayət etmişlər.

Rusiya imperatoru Aleksandrın əmri üzrə Rusiya paytaxtına doğru uzanan yolun hər iki tərəfində əlli min seçilmiş,silahlı piyada və atlı qoşun hissələri,habelə bir neçə top sıraya düzülüb hərbi ehtiram mərasimi keçirmişlər.

Bu cür qarşılamaqda və ordusunu nümayiş etdirməkdə imperatorun məqsədi əsasən hərbi qüdrətini göstərmək, Qacar nümayəndələrini və səfirini qorxutmaq idi.

Mirzə Əbülhəsən xan bir neçə vaxt Sankt- Peterburqda qaldıqdan sonra, nəhayət,imperatorla görüşüb,əldən getmiş Qafqaz torpaqları haqqında Fətəli şahın fikrini və iddialarını xatırlatmışdır.Aleksandr Qacar nümayəndəsinin cavabında demişdir: “Əldə edilmiş şəhərləri sərkərdələrimiz zorla,qələbə ilə almamış,bəlkə şəhərin valisi öz meyli, razılığı ilə bizim hökmdarlığımızı qəbul etmişdir.Gürcüstan əhalisinin isə,xristian olduğuna görə,Rusiyaya tabe olması Qacar dövlətinə tabe olmasından daha əlverişlidir.”

Yermolovun Təbrizə və Sultaniyyə çəməninə gəlməsi

İki dövlət arasında sərhəd,Gəncə,Şirvan,Lənkəran xanlığı məsələsini və başqa siyasi məsələləri həll etmək üçün Aleksandr seçilmiş,inanılmış saray sərkərdələrindən Yermolov Aleksey Petroviçi Qafqaz canişinliyinə təyin etmiş, ona tam ixtiyar və ağır, məsuliyyətli vəzifə tapşırmış,Fətəli şah Qacara çoxlu hədiyyə və məktubla birlikdə Qafqaza yola salmışdır.Rusiya imperatoru Aleksandr Yermolova tapşırıq vermişdir ki, əvvəlcə yuxarıda dediyimiz şəhərlərdə yaşayan əhalinin Rusiya,yaxud Qacar dövlətinə tabe olacağı haqda fikrini bilsin,sonra Qacar səfiri ilə birlkdə Qacar dövlətinə,Fətəli şahın sarayına hərəkət etsin.

1816-cı ilin əvvəllərində Hacı Mirzə Əbülhəsən xan Tehrana qayıtmış, Rusiya imperatoru və Yermolov tərəfindən yazılmış məktubu gətirmişdir.Fətəli şah tapşırıq vermişdir ki, Rusiya canişini Yermolov həmin ilin yaz fəslində müzakirə üçün Sultaniyyə Çəməninə Fətəli şah Qacarın yanına gəlsin.

İmperatorun nümayəndəsi və səfiri Yermolov Qafqaz canişinlyinə və Qacar dövlətində səfirliyə təyin olunduqda iki ay Qafqaz və işğal edilmiş şəhərlərin işləri ilə məşğul olub, sonra Təbrizə və Sultaniyyə Çəməninə yollanmışdır.

Abbas Mirzə Yemolovun hərəkətini bildikdə Əsgər xan Əfşara tapşırıq vermişdir ki, Üçkilsədə imperatorun nümayəndəsini və Qafqaz canişinini qarşılasın.

Naibüssəltənə Abbas Mirzənin göstərişi ilə keçmiş İrəvan sərkərdəsi Hüseynqulu xanın qardaşı Həsən xan sərdar beş min inanılmış əsgərlə İrəvandan çıxıb şəhərin xaricində Yermolovu və adamlarını qarşılamışlar.

Yermolov bir neçə gündən sonra Arazdan keçərək Təbrizə gəlmişdir. Rusiya imperatorunun şirazlı Mirzə Əbülhəsən xanın necə qarşılanmasından, onu qorxutmaq məqsədi ilə öz müxtəlif qoşun hissələrini nümayiş etdirməsindən, Aleksandrın sarayına doğru uzanan yol uzunu əlli min atlı,piyada qoşun hissələrinin düzülməsindən Abbas Mirzə xəbərdar idi.Naibüssəltənə Rusiya imperatoruna cavab olaraq öz əzəmətini imperator canişininə təcəssüm etdirmək məqsədi ilə əmr etmişdir ki, şəxsi qvardiyasından başqa 25 min seçilmiş çaxmaqçı (çaxmaq tüfənglə atıcı əsgərlər) döyüşçü və 40 min peşəkar əsgər, Seylan kəndindən başlayaraq,Abbas Mirzənin qərargahına qədər yolun iki tərəfində sıraya düzülüb hərbi ehtiram mərasimini yerinə yetirsinlər.

Bir saat sonra Yemolov Seylan kəndinə yetişdikdə öz sıraları ilə yolun iki tərəfinə divar çəkmiş görkəmli Qacar əsgərlərini görüb xoflanmışdır. O, Qacar qoşunlarını sayca az,zəif,intizamsız təsəvvür etdiyinə görə belə bir mənzərəyə rast gələcəyini heç gözləmirdi.

Yermolov Qacar əsgərlərinin gözlərindən saçan mərdlik və igidlik qığılcımlarının təsiri altında özünü itirmişsə də,nəhayət təəccübünə, həyacanına üstün gələrək,hərbi salamla qoşunların qabağından keçib onun üçün qabaqcadan hazırlanmış yerə getmişdir.

O biri gün çar nümayəndəsi Abbas Mirzənin yanına getmiş,lakin uğursuz Gülüstan sazişinin kədərli təsiri və intiqam fikri hələ də başından çıxmamış Qacar vəliəhdindən möhkəm dostluq münasibətini isbat edə biləcək heç bir söz eşitməmişdir,çünki Qacar dövlətinin qeyrətli sərkərdəsi hələ də müharibə ilə ölkənin hərbi etibarını qaytarmaq istəyir, Rusiya imperiyasının acgözlüyünə,habelə,ingilislərin siyasi mənafeyinin qurbanı olmuş cənubi Qafqaz şəhərləri və Qafqaz əhalisi haqda düşünür,keçmiş ziyanları əvəz etməyi arzulayırdı.

Yermolov Abbas Mirzənin yanında özünü zahirən sakit və iltifatlı göstərsə də ürəyində həddən artıq kədərlənib əsəbi olmuşdur.Nəhayət,o, hiddətli bir halda Təbrizdən çıxıb şahla görüşmək üçün Sultaniyyə Çəməninə doğru hərəkət etmişdir.

Sultaniyyə Çəmənində Fətəli şah Qacar Amanulla xanı beş min atlı hissələri ilə birlikdə Yermolovu qarşılamağa göndərmişdir.Rusiya nümayəndəsini Qacar şahı mehribanlıqla qəbul etmişdir.Yermolov isə öz razılığını bildirib imperatorun göndərdiyi dostluq məktubunu və hədiyyələri sədrəzəm Mirzə Şəfi xan vasitəsi ilə Qacar şahına təqdim etmişdir.

Yermolov Fətəli şahla rəsmi danışıqlardan sonra Qacar dövlətinin siyasi etibarına və əvvəlki şərtlərə uyğun olmayan təkliflər irəli sürmüşdür.Məsələn,təkliflərdən biri bu idi : Rusiya Osmanlı dövləti ilə savaş apardığına görə Qacar dövləti Rusiyaya hərbi yardım etməkdən boyun qaçırmamalı,yaxud bu olmazsa, o, dövlətə qarşı başqası ilə müttəfiq olmamalıdır.Təkliflərdən biri də bundan ibarət idi: Xarəzm və Buxara camaatı Rusiya karvanlarına təcavüz edirlər.Qacar dövləti onların təcavüzünün qabağını almalı,yaxud Kürkan tərəfdən oraya hücum edib qarışıqlıq salanlara cəza vermək üçün Rusiya qoşununa yol verməlidir. Dördüncü təklif isə bu idi: Lənkəran sərhədi və iki dövlətin kömrükxana nümayəndəsinin orada yerləşdirilməsi haqda Qacar dövləti öz qəti nəzərini aydınlaşdırmalıdır.

Abbas Mirzə on il sürən müharibədə hərbi fəaliyyət göstərdi. Bu müddət içərisində vətənin bütövlüyü uğrunda ölüm təhlükəsi ilə qarşı-qarşıya gəldi.Nəhayət,Lənkəranın ruslar tərəfindən işğalından sonra Qacar dövləti savaşı dayandıraraq 1813-cü ilin 12 oktyabrında Gülüstan sülh müqaviləsini imzaladı. Bu müqaviləyə görə,Qacar hökuməti Gürcüstan,Dağıstan,Qarabağ,Gəncə,Şəki,Şirvan,Dərbənd,Quba,Bakı və Lənkəran xanlıqlarının Rusiyaya ilhaqını qəbul və təsdiq elədi.

Gülüstan müqaviləsindən sonra Abbas Mirzənin fəaliyyəti

Abbas Mirzə bilirdi ki,Gülüstan sazişi üzrə bağlanmış müqavilə müvəqqəti sazişdir. Gülüstan müqaviləsindən sonra naibüssəltənə öz əsgərləri önündə hönkür-hönkür ağlamışdı.Rusiya imperatoru Aleksandr tezliklə babası Pyotrun xəyalpərvər planlarını icra etmək üçün Azərbaycan ərazilərini bütövlüklə işğal etmək üçün ordusunu hazırlamaqda idi.

Qəhrəman Qacar şahzadəsi bilirdi ki, Rusiya dövləti öz ərazisində Napoleon kimi böyük bir düşmənlə əlbəyaxa olduğu bir zamanda Qacar dövləti İngiltərənin təsiri ilə fürsətdən istifadə etməyi bacarmamış,istərsə əvvəlki müttəfiqi Fransanın,istərsə sonuncu müttəfiqi İngiltərənin aldatması ilə Rusiya qoşununu sıxışdırmağa imkan tapmamış,yaxud heç olmazsa Rusiyanın başının qarışıqlığından istifadə edərək düşmənlə ölkənin hakimiyyətinə,bütövlüyünə toxunmayan etibarlı bir saziş də bağlaya bilməmişdir.İngiltərə dövlətinin təzyiq və israrına görə ruslarla saziş bağlamaq və müharibəni dayandırmaq məcburiyyətində qalmışlar, buna görə də gec-tez Avropa cəbhəsindən əmin olduqdan sonra Rusiya bütün diqqətini, gücünü Qafqaza,İrəvana doğru yönəldəcəkdir.On il sürən dəhşətli müharibə və sazişdən sonra törənən çətinliklərə,maneələrə baxmayaraq,Abbas Mirzə qoşununu nizama salıb,nöqsanları aradan qaldırmağa və yeni qoşun toplamağa başlamışdı.O,əmr etmişdi ki, könüllü əsgərlərdən başqa Azərbaycanın hər yerində məcburi əsgər toplama məsələsi həyata keçirilsin.

Abbas Mirzə özü və bir çox Qacar zabitləri Şərqin köhnəlmiş hərbi qaydaları yerinə fransız və ingilis mütəxəssislərindən Avropanın yeni hərbi qaydaları və taktikasının öyrənilməsi sahəsində tərifəlayiq fəaliyyət göstərmişdilər.O,əmr etmişdir ki, Təbrizdə və Azərbaycanın başqa şəhərlərində bir çox top,tüfəng qayıran zavodlar tikilsin.

İkinci Qacar-Rus savaşının səbəbi

Rusiya nümayəndəsinin təəccübləndirici ağır təkliflərini qətiyyən qəbul edə bilməyən Fətəli şah Qacar Gilanda Rusiya konsulluğunun təşkil edilməsini əsəbilik və qəzəblə rədd etmişdir. Şah Osmanlı dövlətinə qarşı Rusiya ilə müttəfiq olmaq məsələsinə də mənfi cavab vermiş , Xarəzm haqqında isə demişdir ki, “Gülüstan” sazişində Rusiya ordusuna Astrabaddan yol vermək məsələsi qeyd olunmadığına görə rus əsgərlərinə Qacar dövlətindən keçməyə yol verilməyəcəkdir.

Yermolov Qacar şahənşahının açıqca rədd cavabını eşidərək imperatorun təkliflərinə qarşı sarsılmaz iradə göstərdiyini gördükdə icazə alıb iztirab və ümidsizlklə Tiflisə qayıtmışdır.Osmanlı dövlətinin nəzərini Qacar dövləti Rusiya arasındakı ziddiyyətlərə cəlb etmək üçün Fətəli şah əmr etmişdir ki,hörmətli və qocaman Mehbalı xan Xalac Osmanlı dövlətində Qacar səfiri təyin olunsun.Yeni səfir bir fil,dörd at və neçə düzüm mirvari təsbeh ilə Osmanlı ölkəsinə gedib,Rusiya nümayəndəsinin tələblərinə qarşı Qacar dövlətinin narazılığını bildirsin.Bundan başqa Osmanlı dövlətindən tələb etsin ki,Yermolov Qacar,yaxud Osmanlı torpaqlarına təcavüz etdikdə Osmanlı və Qacar dövlətləri onun qarşısını almaq üçün orduları ilə birgə fəaliyyət göstərsinlər.

Rusiya Gülüstan müqaviləsi bağlanan zaman Fransa və Osmanlı dövləti ilə müharibəyə məşğul olduğuna görə Qacar dövləti ilə saziş bağlamaq onun üçün sərfəli idi.

Yermolov Fətəli şahın vəliəhdi haqda öz dövlətinə belə yazmışdır: “Məmmədəli Mirzə Dövlətşah vəliəhdliyə layiqdir,çünki o,şahın ən böyük oğludur.Lakin Abbas Mirzə Məmmədəli Mirzənin hüququnu əlindən alıb,onun yerini tutmaq istəyir.Ola bilər ki,arzusuna yetişməkdən ötrü və özünü hökmdarlığa layiq göstərmək üçün düşmənlə əlbir olub Qafqazı qaytarmaq fikrinə düşsün.O,həmin fikri həyata keçirmək məqsədi ilə Mehbalı xanı İstanbula göndəribdir.Bu elçi Osmanlı dövlətinin başçıları ilə birinci görüşdə deyibdir ki,Qacar dövləti Gülüstan müqaviləsindən kədərlənmiş,qonşusu Rusiyadan incimişdir.”

İyirmi beş il Rusiyada hakimiyyət sürdükdən sonra I Aleksandrın əvəzinə birinci Nikolay imperator (1825-1855) olmuşdur.Sanki çoxdan bəri hücuma hazırlıq görən rus ordusu qəfildən Qacar qoşunlarına qarşı Göyçədə hücum etmiş və beləliklə,Qacar-Rus savaşlarının ikinci dövrü başlanmışdır.

Qacar –Rus savaşlarının ikinci dövrü

a) Mollaların cihad əmri verməsi- Rus ordusu və işğalı əleyhinə Gəncə əhalisinin üsyanı.

b) Rusiya imperiya ordusunun məğlub edilməsi- Hüseynqulu xan Sərdar və Həsən xan Sarı Aslanın parlaq qələbələri.

Naibüssəltənə Abbas Mirzə rusların Qacar dövlətinə hücum xəbərini eşitcək Fətəli şahın yanından çıxıb tələsik özünü Təbrizə yetirmişdi.O, düşmənə qarşı hücum və müdafiə haqqında müxtəlif cəbhələrdəki,habelə sərhəddəki sərkərdələrinə ciddi tapşırıqlar verdikdən sonra Azərbaycanda və Qafqazda olan bütün üləmaları və mollaları öz yanına çağırmış,onlardan tələb etmişdir ki,birgə müdafiə etmək,düşməni müsəlman şəhərlərindən qovmaq və bütün əhalini silaha sarılıb müharibədə iştirak etməsi üçün təbliğat aparsınlar.Onlar isə Abbas Mirzənin əmrini səmimiyyətlə qəbul edib, Azərbaycan və Qafqazda təbliğat aparmaqla məşğul olmuşlar.Hətta onlardan bir neçə nəfəri Eynəlnəhreynə və İraqa gedərək orada müsəlmanları da ruslara qarşı müharibəyə, Qacarlara yardım göstərməyə dəvət etmişdir.

Azərbaycan türkləri və onların milli dövləti olan Qacar dövləti dərələr ilə qanlar axıtdığından və yüz minlərcə övladını savaşda kömdükdən sonra dönük taleyini yenə bilməyərək,Gülüstan müqaviləsi ilə Rusiyaya əsir və məhkum oldu isə də,bu əsarətə Azərbaycan,heç vaxt dözə bilməyəcəyini anlayaraq rus işğalına istibdadına qarşı üsyan elədi.Qacar dövləti Azərbaycan türklərinin son imperatorluğu idi.

1826-cı il 16 iyul tarixində Abbas Mirzə Hüseynqulu xan Sərdar və Həsən xan Sarı Aslana əmr etmişdir ki, Göyçə və Balıqlı tərəfində hücuma başlayıb,bu məntəqələri ruslardan təmizləsinlər.

Hüseynqulu xan Sərdar Abbas Mirzənin əmri üzrə bir neçə ordu birlikləri ilə birlikdə İrəvan şəhərindən çıxıb,rusların qərargahı olan Başaparana doğru hərəkət etmiş,o yerin cənub tərəfindən rus ordusu üzərinə hücuma başlamışdı.Rus qoşunlarına arası kəsilmədən top və piyada yardım hissələri gəlsə də,Hüseynqulu xan Sərdar və əsgərlərinin tərifəlayiq qoçaqlığı və yerli əhalinin köməyi ilə üç gün müharibədən sonra düşməni tamam məğlub edib,çoxlu əsir almışdır.Ruslar qaçmaq məcburiyyətində qalmışdır.

Ardı var

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see258

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see242

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see208

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see202

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see178

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see128

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri