Icma.az
close
up
RU
Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IX Yazı

İrəvan müdafiəçilərinin qəhrəmancasına savaşması və məğlubiyyəti

General İvan Fyodoroviç Paskeviç İrəvan və Üçkilsəni almaq məqsədi ilə qəfildən hücuma başlamışdır.O,qoşununu üç hissəyə bölmüş:birinci ordu general-mayor Vovinçin başçılığı ilə Sərdarabad qalasını almağa,ikinci ordu general-mayor Menqrafın başçılığı ilə Üçkilsən qalasını almağa,üçüncü ordu isə general-mayor knyaz Svarskinin başçılığı ilə İrəvan qalasını almağa göndərmişdir.

Üçkilsə ( Bu gün Eçmiadzin) qalasının müdafiəçləri cəsarət və fədəkarlıqla müdafiə olunmuşlar,lakin buna baxmayaraq,ərzaq,sursatın olmamasına və düşmənin sayca üstünlüyünə görə rus qoşunları birinci həmlədə bu qalanı əldə etmiş,sonra Sərdarabad qalasını mühasirəyə alan rus qüvvələrinin yardımına getmişlər.

Rusların ən şiddətli həmləsi başlanmış,ağır və dəhşətli rus topları Sərdarabad qalasındakı istehkamlara atəş açmışlar.Hücum başlandıqda həmin qalanın cəsarətli və vətənpərvər sərkərdəsi Həsən xan Sərdar altı saat sürən müdafiədən sonra nəhayət,düşmənin sel kimi axan qüvvələrinin qorxulu hücumunun qabağını ala bilmişdi.

Rus işğal qüvvələri başçısı üç min Qacar əsgərini məhv edərək Sərdarabad qalasını işğal etmək məqsədi ilə həmin gün günortadan iki saat keçəndə təzədən həmləyə başlamışdır.Lakin bu dəfə də hücumun qabağı alınmış,rus qüvvələri ağır tələfat verdikdən sonra geri çəkilmək məcburiyyətində qalmışlar.

Həsən xan Sərdar fürsətdən istifadə edərək həmləyə hazırlıq gördükdən sonra qəfildən əsgərlərinə hücum əmri vermiş,Qacar əsgərləri düşmənə top ,tüfənglə atəş açmağa başlamışlar.Belə bir hücumu gözləməyən ruslar tab gətirməyib geri çəkilmişlər və bir çox yerləri boşaltmışlar.

General-mayor Voviçin ordusu Üçkilsə qalasını alan general-mayor Menqrafın ordusu ilə birlikdə Sərdarabad qalasına hücum etmiş, lakin müdafiəçilər igidliklə müqavimət göstərdiklərinə görə yenə heç bir nəticə əldə etməmişlər.Bu həmlə gecənin qatı qaranlığında təkrar başlamışdır.Lakin bu dəfə də Qacar sərkərdəsinin cəsarəti,məharəti nəticəsində rus ordusunun qabağı alınmışdır.Müdafiəçilər düşməni qalanın bürclərindən qovduqdan sonra qarşılıqlı bir hücumla rusları bir neçə kilometr geri çəkilməyə məcbur etmişlər.Müdafiəçilər bu qələbdən sonra sıralarını,mövqelərini möhkəmləndirməyə və ölülərini dəfn etməyə imkan tapmışlar.

Sərdarabad qalasını müdafiə edən Həsən xan Sarı Aslan artıq dağılmış qalanı müdafiə etməyi faydasız görüb, bir dəstə əsgərləri ilə birlikdə qaladan çıxmış,düşmənin gözləmədiyi bir halda qəfildən ildırım sürətli bir hücumla qalanı mühasirəyə alan rus xəttini sol tərəfdən yarmış, dörd yüz əsgərlə mühasirədən çıxıb Şahbəxtliyə doğru getməyə müvəffəq olmuşdur.

Düşmənin başını qatıb Həsən xan və əsgərlərinin mühasirədən çıxmasına imkan yaratmaq üçün qalada qalmış müdafiəçilər inadla müqavimət göstərərək son güllələrini düşmənə qarşı atmış,nəhayət,şəhid olub, yaxud əsir düşmüşlər.

General Voviç Sərdarabadı aldıqdan sonra dekabr ayının 15-də səhər tezdən İrəvan qalasını mühasirəyə alan rus qüvvələrinə yardım etmək üçün iki piyada polku və 15 topla hərəkət etmişdir.General Voviçin əsas məqsədi köməyə gələn qüvvələrlə birlikdə İrəvan müdafiəçilərinin müqavimətini sındırıb qəti olaraq oranı almaq üçün hücuma başlamaq idi.

Bu qüdrətli qoşun hissələri dörd tərəfdən şiddətli hücuma başlamışdır.Lakin müdafiəçilərin görünməyən sarsılmaz iradəsi nəticəsində onların hücumları puça çıxmışdır.

Gecə vaxtı ruslar qüdrətli top hissələrinin köməyi ilə şiddətli hücum etmişlər.Lakin bu hücumun qabağı qalanın qoçaq qarnizonu tərəfindən alınmışdır.

Rusların Azərbaycanda irəliləmələri

İrəvan,Sərdarabad və Üçkilsə qalalarının işğalından sonra yorulmuş və hərbi ləvazimatı olmayan Qacar qoşunu geri çəkildi.Qacar ordusunun gündən-günə pis vəziyətə düşəcəyi və düşmən təhlükəsinin daha da yaxınlaşacağı şübhəsiz idi.Abbas Mirzə müharibədə böyük çətinliklərə, nöqsanlara rast gəlmiş,namünasib şəraitdə düşmənə qarşı savaşmaq məcburiyyətində qalmışdır.Bundan başqa onun fəaliyyətinə və əldə etdiyi parlaq nailiyyətlərə kin,həsədlə baxan şahzadələr və saray adamları Fətəli şah Qacarı orduya qarşı xəsisliyə və pul verməməyə sövq edirdi.Buna görə də,Abbas Mirzə və onun igid,vətənpərvər əsgərləri qoçaqla,fədakarlıqla döyüşmələrinə baxmayaraq,günü-gündən artmaqda olan Rusiya İmperiyası ordusunun qabağını ala bilməmişdi.

Araz çayının şimalında uğursuzluğa uğrayıb Abbasabad,Xoy,Şahtaxtı, Xudafərin,Lənkəran və Ərdəbildə bir-birinin ardınca geri çəkildikdən sonra Abbas Mirzə düşmənin qabağını almaq məqsədi ilə öz qüvvələrini yenidən toplamışdır.

Qacar qüvvələrinin baş sərkərdəsi Azərbaycanı, Təbrizi işğal edilmək təhlükəsindən xilas etmək üçün cəsarət göstərib,qanlı döyüşlərin,mühüm hadisələrin şahidi olan Araz çayının kənarında möhkəm bir divar yaratmaq və son dəfə olaraq,baxtını sınamaq istəyirdi...

General Paskeviç Qacar ordusunun baş sərkərdəsinə dinclik verməmək məqsədilə bütün qış fəslində manevr edib,Abbas Mirzənin planını pozmuş,yazda isə öz qüvvələrini dəstələrə bölüb Azərbaycanı almaq üçün hazırlıq görmüşdür.Ərdəbil şəhərinə hücum etmək üçün göndərilən rus ordusu şiddətli savaşdan sonra Xudafərin körpüsündən keçərək,general-mayor Aristovun başçılığı ilə Mərənd və Səraba tərəf irəlləmişdir.

Cəsarətli savaşmalar nəticəsində rusların qabağını almağa müvəffəq olan Abbas Mirzənin qardaşı Məmməd Mirzə rusların Xudafərin körpüsünə doğru irəliləməsini eşitdikdə düşmənin mühasirəsinə düşməmək üçün geri çəkilmişdir.

Abbas Mirzə düşmənin şiddətli hücumunu və onun Culfa,Xudafərin körpülərinə doğru irəliləməsini eşidib rus qoşunlarının başqa ordusundan Təbrizə daha çox yaxınlaşan general-mayor Aristovun ordusunun qabağını almaq üçün sınanmış atlı hissələri və Xoydan bir neçə Qacar ordu polku toplayaraq Mərəndə tərəf hərəkət etmişdir.

Mərəndin qərb tərəfində Abbas Mirzə rus ordusuna qarşı savaşmışdır. Lakin o,Azərbaycanın mərkəzini mühafizə etmək və düşmənin qabağını almaq üçün cəsarətlə döyüşmüşsə də rusları geri çəkilməyə məcbur edə bilməmişdir.

Naibüssəltənə Təbrizi müdafiə etmək üçün Araz kənarından tələsik qayıtmış,şəhərdəki hərbi istehkamları möhkəmləndirmişdir.Abbas Mirzə ərzaq və hərbi sursat işini təmin etdikdən sonra Gəncəni müdafiə etmədən qaçıb şəhəri düşmən ixtiyarına buraxmış Mərənd valisi Nəzərəli xanı bu işdə taqsırlanrıb başqa sərkərdə və valilərə ibrət dərsi olsun deyə onun güllələnməyini əmr etmişdir.

Rus baş komandanlığı tərəfindən Azərbaycanın mərkəzini almağa göndərilmiş general Aristov Culfa körpüsündəki Qacar ordu qüvvələrinə hücum etmiş,buranı fədəkarlıqla müdafiə edən Qacar əsgərlərinə arasıkəsilmədən zərbə endirib,Acıçay kənarına qədər irəliləmişdir.

İyun ayının 21-də o,qüdrətli rus top hissələrinin iştirakı ilə bir neçə şiddətli hücumlardan sonra Təbriz yolunu rus qoşunları üçün açmışdır.

Rus ordusu Təbriz şəhərinə girən zaman Yusif Müctəhidin oğlu Mir Fəttah xəyanət fikrinə düşüb,minbərə çıxaraq,gözlənilmədən şəhərin ən böyük məscidində toplanmış,həyəcana,qəzəbə gəlmiş camaata Rusiya imperatoru I Nikolay və Paskeviçi tərifləməyə başlamış, xalqı heç bir həyacan göstərmədən Rusiya dövlətinə itaət etməyə çağırmışdır.

Bu hiyləgər, ikiüzlü mollanın açıqcasına xəyanətini gözləməyən, qeyrətli,vətənpərvər Azərbaycan türkləri birdən-birə həyəcana gəlib qəzəbli tufan dalğaları tək Mir Fəttahın üstünə cummuş,onu tikə-tikə doğramışdır.Sonra məsciddəki adamlar kəfən geyərək şəhərdən çıxmışlar.

Abbas Mirzə tərəfindən şəhərin idarə və intizamına başçı təyin edilmiş Rüknüddövlə və Asəfüddövlə əhalinin həyəcanından qorxuya düşüb,onu güclə,zorla sakitləşdirib dağıda bilmişdir.

Nəhayət,ruslar top hissələrinin köməyi ilə bir neçə şiddətli hücumdan sonra Abbas Mirzənin şəhər xaricindəki istehkamlarını işğal edərək, 1827-ci il noyabr ayının 3-də,cümə günü Təbriz şəhərindəki Ərk qalasını işğal işğal etmişdilər.Ruslar Asəfüddövləni tutub Təbriz şəhərini gözətçilərə tapşırmışlar.

Şəhərin iki ağaclığında düşmənin başqa bir ordusu ilə savaşan Naibüssəltənə bu vaxt özünü şəhərə yetirmişdir.Lakin o,Təbrizi xilas etmək üçün nə qədər can atmışsa da,artıq ümidini üzüb, Qaimməqamı şəhərə göndərmiş,özü yeni qüvvələr toplamaq üçün Səlmas şəhərinə tərəf hərəkət etmişdir.

Abbas Mirzə bu şəhərin də vəziyyətini pis görüb sazişdən başqa bir çarə olmadığını bildikdə həddən artıq kədərlənmiş,rus qüvvələri baş komandanı ilə saziş müzakirələrini başlamaq qərarına gəlmişdir.

Bu vaxt Qaimməqam Təbrizdən qayıdıb vəziyyətin necə olduğunu, şəhərin rus ordusu tərəfindən işğal edildiyini bildirmişdir.Abbas Mirzə isə inanılmış gürcü Bijən xanı məktubla birlikdə Paskeviçin yanına göndərmişdir.Abbas Mirzə məktubunda qeyd etmişdir ki,Paskeviç asanlıqla Təbrizi işğal edə bilməyəcək,vətənpərvər,qeyrətli Azərbaycan türklərini itaətə gətirə bilməyəcəkdir; buna görə də,əgər o,öz hörmətini saxlamaq istəyirsə,düşmənçilikdən əl çəkməli,iki tərəfin razılaşacağı şərtlərlə şəhəri boşaltmalıdır.Paskeviçin hərbi təcrübəsi olduğuna görə Abbas Mirzənin bu təklifini ağla müvafiq görüb,bu zamana qədər Qacar dövlətinin bütövlüyünü qorumaq uğrunda çoxlu fədakarlıq göstərmiş Azərbaycan şəhərlərini işğal etməyin,xüsusilə islam dini və türklərin milli hissiyatlarına zidd olduğuna görə,vəziyyətin çətinliyini dərk etmişdir.Ruslar Təbrizi bütünlüklə hələ öz ixtiyarına keçirmədiklərinə görə əhali bazarlarda,küçələrdə,hətta evlərdə bir çox rus əsgərlərini tələf etmişdilər.Abbas Mirzənin qabaqcadan təxmin etdiyi kimi, Qacar dövlətinin türk xalqı və xüsusilə Azərbaycan əhalisi,xüsusən sənətkarlar müxtəlif yollarla son imparatorluqları olan Qacar dövlətini qorumaq üçün müxtəlif yollarla rus ordusunu həlak edib dağıtmaq fikrinə düşmüşdür.

Təcrübə,tədbir sahibi olan Paskeviç Abbas Mirzənin təklifi ilə razılaşaraq,onun göndərdiyi elçiyə bildirmişdir ki,sazişə zəmin hazırlamaq üçün bir məclisdə Naibüssəltənə ilə görüşmək fikrindədir.

İrəvan və Naxçıvan müharibəsi

Rus işğal ordusu 1827-ci il iyun ayının 29-da Naxçıvanı zəbt elədi.Cavanbulaq çayı sahilində ruslar Abbas Mirzə ilə müharibə edərək, onu da məğlub etdilər.Sentyabrın 23-də Paskeviçin hərbi qüvvələri İrəvan qalasının 2 verstlyində düşərgə saldılar.1827-ci il sentyabrın 24-də İrəvanın rus qoşunları tərəfindən növbəti mühasirəsi başlandı.Paskeviç həmin gün Muğanlıtəpədən sağa doğru batareyalar qurdu və bütün gecəni qalanın içərisini top atəşinə tutdu.Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu.Ağır topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı.Qala müdafiəçilərini sudan məhrum etmək məqsədi ilə Paskeviçin əmri ilə qala divarlarının dibinndəki kəhrizlər daşla dolduruldu.Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını tələb etdi.Lakin bu müraciətlərə məhəl qoymayan Həsən xan Qacar əksinə,bürcləri təmir etdirərək yeni döyüşə hazırladı.Qala qarnizonu rus qoşunlarını güclü atəşə tutdu.Lakin rusların mühasirə korpusu topları şəhərə yaxınlaşdıra bildi.Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmri ilə İrəvan qalasına 40 topdan 1000-dən artıq mərmi yağdırıldı.Şəhər od-alov içində yanmağa başlandı.

Top atəşinin müşaəti ilə podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq qülləsini tutdu.Məhz 6 günlük mühasirədən sonra Zəngiçay yaxınlığındakı qala divarları rus toplarının atəşi ilə dağıdıldı və rus ordusu şəhərə daxil ola bildi.Bu arada Qacar ordusu general Krasovskini məğlub və Üçkilsəni geri qaytardı.

Müharibənin dayandırmaq üçün danışıqların başlanması

Abbas Mirzə Paskeviçin sülh təklifini eşitdikdən sonra qan tökmənin qabağını almaq məqsədi ilə rus sərkərdəsinin tələbini qəbul etmişdir.O, oğlu Bəhram Mirzəni bir neçə Qacar xanları və qoşunla birlikdə Urmu və Sulduz yolu ilə qabaqcadan göndərmiş,sonra isə özü bir neçə adamla görüşün təyin olunduğu Tufarqan şəhərinə hərəkət etmişdir.Paskeviç Abbas Mirzə ilə görüşmək məqsədi ilə qabaqcadan bura gəlib Qacar dövlətinin vəliəhdinin gəlməsini gözləyirdi.Naibüssəltənə gəldikdə Paskeviç və bütün rus sərkərdələri onu layiqincə ehtiramla qarşılamış, düşərgənin xaricində görüş üçün təyin edilmiş yerə çatdıqda bir dəstə rus sərkərdəsi və əsgəri hərbi salam vermişlər.Abbas Mirzə özünəxas vüqar və mətanətlə Avropa qaydası üzrə hərbi salama cavab verərək onun üçün hazırlanmış yerdə əyləşmişdir.

Paskeviç müharibəni dayandırmaq şərtləri və abırlı saziş bağlamaq haqda Abbas Mirzənin təkliflərini eşitdikdən sonra İrəvan,Naxçıvan, Maku,Lənkəran, Muğan ərazilərini vermək və iyirmi milyon əşrəfi Rusiyaya təzminat ödəmək şərti ilə saziş bağlayacağını bildirmişdir.Paskeviçin hədələrindən sonra bir tərəfdən İngiltərənin səlahiyyətli müvəkkili Con Makdonaldın müdaxiləsinə,digər tərəfdən isə bu zaman Rusiya və Osmanlı dövlətləri arasında başlanmış müharibəni (1828-1829) nəzərə alaraq Paskeviç saziş müqaviləsinin bağlanmasına tələsdiyinə görə rus canişini hərbi qənimətin on milyon azalmasına və Makudan vaz keçməsinə razı olmuşdur.

Bu vaxta qədər İngiltərə dövləti Qacar dövlətinə verdiyi vədləri, Abbas Mirzənin Azərbaycan ordusuna verəcəyi hərbi yardımı yerinə yetirməmiş,yaxud yerinə yetirmək istəməmişdir.Hazırda isə son cərəyanlar və siyasi hadisələr İngiltərəyə qarşı təhlükə törətdiyinə və rusların Hindistan darvazalarına yaxınlaşdığına görə İngiltərənin ixtiyarlı müvəkkili Makdonald Paskeviçi hədələmiş,Napoleonun məğlubiyyətindən sonra bütün Avropa hökmdarları və hökumət başçılarının qəbul etdikləri qərar üzrə bir hökmdar başqa dövlətin torpaqlarına təcavüz edərsə,bütün dövlətlər birləşib təcavüzkar dövlətə müharibə edəcəklərini bildirib (Vyana Konqresi və müqəddəs ittifaqa işarədir) və Paskeviçi saziş bağlamağa məcbur etmişdir.

İngiltərə nümayəndəsinin təzyiq və hədələri nəticəsində,habelə Rusiya-Osmanlı müharibəsinin başlanmasına görə Paskeviç sazişə razı olmuşsa da,Fətəli şah onunla razılaşmamışdır.Fətəli şah qorxurdu ki, rus sərkərdəsi qəniməti və təzminatı alıb Qacar dövləti əleyhinə müharibəni davam etdirsin.

Ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see194

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see158

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri