Qaçırdığı 15 yaşlı qızı öldürmək istədi Cinayətin TƏFƏRRÜATI
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə təqsirləndirilən İlkin Məmmədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsdirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Şəmkir rayon sakini olan İlkin 2022-ci ildə Bakıda 2007-ci il təvəllüdlü Şəhla adlı xanımla tanış olur. O bir müddət Şəhla ilə sevgi münasibətləri yaşadıqdan sonra onu qaçırıb Şəmkirə aparır və qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayırlar.
2024-cü ildə cütlük Şəmkir rayonundan Bakının Qaradağ rayonuna köçür. Bir müddət burada yaşayandan sonra İlkin Şəhladan şübhələnir və onu döyməyə başlayır. Nəticədə Şəhla bir yaşlı qızı ilə evdən çıxıb atasının evinə gəlir.
Bir neçə aydan sonra İlkin Şəhla ilə barışmaq qərarına gəlir və ona yenidən birlikdə yaşamağı təklif edir. İlkin bildirir ki, Xırdalan şəhərində ev kirayələyib və onlar həmin ünvana köçməlidirlər. Şəhla isə onunla birlikdə yaşamaqdan imtina edir. Şəhlanın xalası danışığa gələn İlkini evdən qovur və ona deyir ki, ailənin problemi ilə bağlı Xoşqədəmin verilişinə müraciət edəcək.
Evdən çıxıb gedən İlkin bir müddətdən sonra geri qayıdır və bir daha Şəhlaya onunla getməyi təklif edir. Şəhla bu dəfə də onun istəyini rədd edəndə cütlük arasında dava düşür və İlkin mətbəx bıçağı ilə ona 3 zərbə vurur.
Faktla bağlı cinayət işi başlanıldıqdan sonra İlkin saxlanılıb və mühakimə olunub. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















