Qaçırıldığı iddia olunan təyyarə Səudiyyə Ərəbistanında eniş edib Yenilənib
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı iddia olunur.
“Qafqazinfo” “Ynet” nəşrinə istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinə məxsus və göyərtəsində 174 nəfər sərnişin olan reys qeyri-adi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilib.
Bildirilir ki, təyyarə qısa müddət ərzində fövqəladə vəziyyəti, ardınca isə qaçırılmanı bildirən siqnallar verib.
Hazırda təyyarənin qaçırılması barədə təsdiqlənmiş məlumat olmasa da, pilotla əlaqə qurmağın mümkün olmadığı bildirilir. Həyəcan siqnallarının səbəbi araşdırılanadək təyyarəni müşayiət etməsi üçün İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcısı havaya qaldırılıb.
Məlumata görə, artıq İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats məsələ ilə bağlı təcili məsləhətləşmələr keçirir.
***
Sözügedən təyyarə Səudiyyə Ərəbistanında eniş edib.
İsrail mətbuatı qaçırılma siqnalının verilməsinə pilotlar arasında baş verən fiziki qarşıdurmanın səbəb olduğunu yazıb.

Baxış sayı:97
Bu xəbər 30 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















