Icma.az
close
up
RU
Qaçmış məhkumların yeri üz tanıma sistemi ilə müəyyən edilib

Qaçmış məhkumların yeri üz tanıma sistemi ilə müəyyən edilib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Nyu Orlean şəhərində həbsxanadan qaçan 10 məhkumdan ikisi üz tanıma texnologiyası sayəsində yaxalanıb. Qaçan şəxslərin kimlikləri məlum olsa da, texnologiyadan onların yerini müəyyən etmək üçün istifadə olunub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 16 mayda baş verən kütləvi qaçışdan sonra hərəkətə keçən Luiziana Ştat Polisi, 10 məhkumun fotoşəkillərini və məlumatlarını qeyri-kommersiya təşkilatı olan "Project NOLA"ya göndərib. Bu təşkilat şəhər boyu təxminən 5.000 təhlükəsizlik kamerasını idarə edir və bu kameralardan 200-ü üz tanıma texnologiyası ilə təchiz olunub.

Bu sistem vasitəsilə məhkumlardan ikisi şəhər mərkəzində yerləşən French Quarter bölgəsində müəyyən edilib. Onlardan biri qısa zamanda tutulub, digəri isə bir neçə gün sonra yaxalanıb.

Həbsdən qaçan şəxslərin kimliyi təhlükəsizlik orqanlarına məlum idi. Lakin üz tanıma sistemi, onların şəhər daxilində harada olduqlarını real vaxtda müəyyən etmək üçün istifadə olunub. Qaçanlardan Kendall Myles, üz tanıma kamerası vasitəsilə izlənərək qısa müddətdə tutulub. Digər bir məhkum da eyni metodla izlənərək yaşayış kompleksində yaxalanıb.

"Project NOLA" təşkilatının rəhbəri Bryan Lagarde, kamera şəbəkəsinin ictimaiyyətin dəstəyi ilə, könüllü şəkildə evlərə, iş yerlərinə, kilsələrə və məktəblərə quraşdırıldığını bildirib. Təşkilatın kameraları birbaşa polisə bağlı deyil; lakin sistemdən gələn uyğunluq bildirişləri təhlükəsizlik orqanları ilə paylaşılır.

Bu sistem 2009-cu ildə Katrina qasırğasından sonra zəifləyən polis imkanlarına dəstək olmaq məqsədilə yaradılıb. Bu gün təkcə Nyu Orleanda deyil, digər şəhərlərdə də istifadə olunur.

Hərçənd ki, təhlükəsizlik qüvvələri bu texnologiyanı effektiv hesab edirlər, Amerika Vətəndaş Azadlıqları İttifaqı (ACLU) kimi təşkilatlar üz tanıma sistemlərinin məxfilik hüquqlarını poza biləcəyi və xüsusilə azlıq qrupları üçün səhv uyğunlaşmalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Brookings İnstitutunun 2022-ci il hesabatına görə, bu sistemlər ağdərili kişilər üçün daha dəqiq nəticələr verir, lakin qaradərililər və qadınlar üçün səhv nisbəti daha yüksəkdir.

Nyu Orlean Polis İdarəsi "Project NOLA" ilə əməkdaşlığı və əldə olunan üz tanıma məlumatlarının dəqiqliyini araşdırmağa başladığını açıqlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri