“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Günteks” MMC (VÖEN - 0701428371) olub.
Yeniavaz.com xəbər verir ki, “Günteks” MMC “Qaçqınkom”un sifarişi ilə bu qurum üçün önü bağlanan cibli jaketlər satacaq.
“Qaçqınkom” “Günteks” MMC-dən ümumilikdə 9 000 ədəd cibli jaket alacaq və 136 min 467 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, qurum 1 jaketi 15,2 manata satın alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Günteks” MMC 30 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şərur rayonunun Şəhriyar kəndi olan MMC-nin qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır.
Onu da bildirək ki, “Günteks” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra tender müsabiqələrində iştirak etməyə başlayıb və son bir ildə ümumilkdə dövlət qurumlarının keçirdiyi 28 tender müsabiqəsində qalib olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qaçqınkom 42 minə ev təmir etdirir
16 Dekabr 2024 10:54
İTS məşhur şirkətdən 45 min manatlıq SMS alır
07 Oktyabr 2025 10:33
“Qaçqınkom” 533 ailəni 483 min manata köçürəcək
30 May 2025 13:45
Bakıda şirkətdən 23 min oğurlandı
09 Dekabr 2024 12:53
Qaçqınkom sədri vətəndaş qəbulu keçirib
26 Avqust 2025 17:49
Baxış sayı:79
Bu xəbər 02 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















