Icma.az
close
up
RU
Qaçqınkom keçmiş məcburi köçkünün evlə bağlı iddialarına CAVAB VERDİ

Qaçqınkom keçmiş məcburi köçkünün evlə bağlı iddialarına CAVAB VERDİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") Laçın rayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçay oğlunun sosial şəbəkədə səsləndirdiyi iddialarına münasibət bildirib.

Modern.az-ın məlumatına görə, "Qaçqınkom" qeyd edib ki, M.Q.Hüseynov Ağdam rayonu Təzəkənd kəndi Dəmiryol stansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidə müvəqqəti məskunlaşıb.

Bildirilib ki, onun Komitəyə müraciəti əsasında Xocalı rayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcud qaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayış evinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın 21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmiş püşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmış ünvanını əldə edib.

M.Q.Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə ona püşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isə qızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsi tələb edib.

"Bildiririk ki, hazırda Xanabad kəndinə köç başlamayıb. Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyi ilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib, lakin bu günədək cavablandırılmayıb",- deyə Komitə bildirib.

Vurğulanıb ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpa olunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən Dövlət Komitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatması keçirilir:

"Püşkatma Dövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şura üzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir. Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsinin funksional fəaliyyəti ilə bağlı M.Q.Hüseynovun əsassız fikirlərinin və onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsi hüquqi məsuliyyət yarada bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri