Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Qaçqınsız dünya quraq!

Qaçqınsız dünya quraq!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Dünyada qaçqınlıqdan, köçkünlükdən ağır dərd ola bilməz. Bunu soydaşlarımız bu həyatı yaşadığı üçün deyə bilirəm. Çünki uzun illər onların nələr çəkdiyini gözlərimizlə görmüş, acısını hər biri kimi yaşamışıq, ürəyimiz yanıb, parça-parça olub.

Artıq dövlətimiz qaçqınlığa son qoyub. Ölkəmizin minlərlə qaçqınının hər biri öz ata-baba yurdunun azadlığını görüb, əksəriyyəti yurd-yuvasına qayıdıb. Böyük Qayıdış Proqramı davam edir. Yaxın gələcəklə onların hamısı doğma evlərinə qayıdacaq. Çünki daşı daş üstündə qalmayan Qarabağ və Şərqi Zəngəzurun əraziləri dövlətimiz tərəfindən yenidən qurulur.

1990-cı illərdən başlayaraq ermənilərin Azərbaycan torpaqlarında olan tamah dişi minlərlə soydaşımızın xoş gününü, səadətini didib-parçaladı. Onları doğma ata-baba yurdundan didərgin saldı. 126 yaşayış məntəqəsi zorla boşaldıldı. XX əsrin ən faciəli hadisələrindən biri törədildi - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edildi. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu, Qarabağ, ətraf rayonlardan, həmçinin Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min insan müxtəlif dərəcəli xəsarət aldı. 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkünü oldu Vətənimizin...

2020-ci ilin 44 günlük İkinci Vətən müharibəsinin Zəfərlə bitməsi yurdundan məcburən qovulan və 30 ildən artıq köçkün, qaçqın həyatı yaşayan soydaşlarımızın üzünü güldürdü. Qəlbləri fərəhlə döyündü, qürur hissi yaşadılar. Çünki artıq bu statusu daşımayacaqdılar. Onlar müzəffər Ali Baş Komandanımızın və əzəmətli milli ordumuzun əyilməz zabit və əsgərlərinin hünər meydanında göstərdiyi qəhrəmanlıqla öz ata-baba torpaqlarının yenidən sahibi olmuşdular.

2023-cü ilin sentyabr ayının 20-də birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə Xankəndi, Xocalı, Xocavənd kimi tarixi torpaqlarımız öz sahiblərinə qovuşdu. Mənfur erməninin Qarabağdan və Şərqi Zəngəzurdan birdəfəlik ayağı kəsildi.

30 ildən artıq qaçqınlıq həyatı yaşayan soydaşlarımızı yada saldıqca, onların 30 il yurdsuz, evsiz-eşiksiz yaşadıqlarını düşündükcə, qəlibimiz yenidən düşmənə qarşı sonsuz nifrətlə dolur.

Qələbə qazansaq da, Zəfər bizim olsa da, lakin qaçqın-köçkünlərimizin 30 illik həyatını unutmaq olarmı? Bu torpaqlar uğrunda canından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz var. Onların hər birinin Qarabağımızın anası Azərbaycana qovuşmasında misilsiz qəhrəmanlığı olub.

Qaçqınlıq həyatı yaşayan soydaşlarımız tarixin bütün dövrlərində anılacaq. Çünki bizim qaçqınlıqda yaşlaşan gənclərimiz oldu. Qaçqınlıqda yurd həsrəti ilə dünyasını dəyişən ağbirçək, ağsaqqallarımız oldu. Evinin, həyətinin xəyalını qəlbinə gömən insanlar, uşaqlığı Qarabağda və Şərqi Zəngəzurda qalan, gəncliyi qaçqınlıqda keçən soydaşlarımız oldu.

Torpaqlarımız bu gün azaddır. Hər azad torpağımızda üçrəngli bayrağımız dalğalanır. Minlərlə insan artıq evindədir, qayıdıb, yaşayır. Digərləri isə qayıdacaq.

Lakin onların qaçqın, köçkün kimi 30 il ərzində nələr yaşadığı unudulmayacaq. Və qaçqınlıq, köçkünlüyü yaşayan xalq kimi bütün dünyada buna məcbur qalan insanlara böyük yanğı ilə yanaşırıq. Çünki onlar da bizim taleyimizin eynisini yaşayırlar.

Qoy bütün dünya ən yaxın gələcəkdə qaçqınsız bir dünya qurmaq qənaətinə gəlsin. Son qoyulsun qaçqınlığa. Bir parça torpağı heç kim sahibinə çox görməsin. Axı insanlar müqəddəs torpaqlarına yaxından bağlıdır. Onlar torpaqsız-yurdsuz özlərini heç yerdə xoşbəxt hiss etmirlər. Görəsən dünya bunu anlayırmı?

Yeri gəlmişkən, 2000-ci ilin 4 dekabrında BMT Baş Assambleyasının qərarına əsasən 20 iyun-Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Nə yaxşı ki, bu qərar verilib. 4 dekabr və 20 iyunda dünya qaçqınları yada salınır. Düşünürəm ki, tək yada salmaqla ötməz, qaçqınsız bir dünya qurmaq da gələcəkdə bütün dünyanın gəldiyi ümumi qərar olmalıdır.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri