Qadağa qoyulan müğənnilər yenidən EFİRDƏ Tolikdən sərt ETİRAZ VİDEO
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycanda bir qrup müğənni və sənət adamına efir qadağası qoyulduğu barədə yayılan siyahı ətrafında müzakirələr davam edir.
Bakıvaxtı.az xatırladır ki, bir neçə gün əvvəl mediada yayılan həmin siyahılarda bəzi tanınmış ifaçıların adları yer almışdı.
Siyahıda adı çəkilən bəzi sənətçilər artıq yenidən televiziya proqramlarında görünməyə başlayıblar. Belə ki, müğənnilər Vəfa Şərifova və Talıb Tale aparıcı Zaur Nəbioğlunun təqdim etdiyi "Rəngarəng" verilişində qonaq qismində iştirak ediblər.
Məsələ sosial şəbəkələrdə də müzakirəsiz ötüşməyib. Aparıcı Tarix Əliyev (Tolik) bununla bağlı paylaşım edərək diqqət çəkən fikirlər səsləndirib. O, Vəfa Şərifovanın canlı efirdə iştirak etdiyi görüntünü paylaşaraq bəzi sənət adamlarına ünvanlanan tənqidi sözlər yazıb. Tolik bildirib ki, son günlər bu mövzu ətrafında özlərini "qəhrəman" kimi təqdim edən bəzi şəxslər indi səssiz qalmağa üstünlük verirlər və bu cür davranışların səmimi olmadığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl siyahıda adı hallanan digər ifaçılar - Ayan Babakişiyeva və Şəbnəm Tovuzlu da yenidən televiziya efirlərində görünmüşdülər. Bu isə efir qadağası ilə bağlı yayılan siyahıların nə dərəcədə rəsmi olması məsələsini yenidən gündəmə gətirib./Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 Mart 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















