Qadın avtobus sürücüləri sərnişinlərin davranışlarına müsbət təsir edəcək Ekspert
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Dünəndən 2 qadın avtobus sürücüsü vəzifələrinin icrasına başlayıb. Onlar 140 və 141 E avtobuslarında çalışacaqlar.
Qadınların sürücülük fəaliyyətindən Redaktor.az-a fikirlərini bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd etdi ki, qadınların ictimai nəqliyyatda, avtobus sürücüsü kimi fəaliyyətə başlaması normal haldır:
"Bu, bizi təəccübləndirməməlidir, çünki əvvəllər də ictimai nəqliyyatda işləyən qadınlarımız olub. Əsasən tramvay xətlərində çalışan sürücülərin əksəriyyəti qadınlar olub. Taksi xidməti sahəsində çalışan qadınlar da mövcuddur. Həmçinin, təyyarə idarə edən pilot qadınlarımız var. Qadınların avtobus sürücüsü kimi fəaliyyətə başlaması həm bu seqmentə olan etibar, inam və güvəni artıracaq, həm də sərnişinlər üçün ictimai nəqliyyatın avtobus seqmentini daha cəlbedici edəcək. Eyni zamanda, sürücü və sərnişinlər arasındakı davranışların müsbət istiqamətdə dəyişməsinə şərait yaradacaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















