Icma.az
close
up
RU
Qadın boksçularımız III MDB Oyunlarını 1 qızıl, 5 gümüş və 3 bürünc medalla BAŞA VURDU

Qadın boksçularımız III MDB Oyunlarını 1 qızıl, 5 gümüş və 3 bürünc medalla BAŞA VURDU

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri yekunlaşıb.
Bizim.Media xəbər verir ki, boks yarışlarında qadınlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallar uğrunda döyüşlər keçirilib.
Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxıb. Boksçularımızdan 1-i qızıl, 5-i isə gümüş medalla turniri başa vurub.
Belə ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Gülər Hüseynova finalda rusiyalı Daria Qavrina üzərində qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçularımız – Aysel Fərəcova (46 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Fidan Bakarova (63 kiloqram) və Aynur İsmayılova (60 kiloqram) isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bundan əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram) və Mirrüqeyya Azərpur (57 kiloqram) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.
 

Digər final döyüşlərində isə rusiyalı boksçu Viktoriia Klimova (46 kiloqram), özbək idmançıları Nazokat Mardonova (50 kiloqram), Sabina Mirzaeva (52 kiloqram), Kumriniso Muhammədova (54 kiloqramda), Farzuna Ruzieva (57 kiloqram) və Rushanabonu İsoeva (63 kiloqram), Qazaxıstan təmsilçiləri Jasmin Abramyan (60 kiloqram) və Dilyara Tursynbek (66 kiloqram) qızıl medallara sahib olublar.


Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri