Icma.az
close
up
RU
Qadın bu yolla kişiyə enerji ötürə bilər inanılmaz sirr...

Qadın bu yolla kişiyə enerji ötürə bilər inanılmaz sirr...

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın təbiət tərəfindən elə yaradılıb ki, kişi üçün ilham mənbəyi olsun, ona həyat enerjisini ötürsün. Burada söhbət təkcə cinsi yaxınlıqdan və törəməkdən getmir - baxışlarla, toxunuşla, isti, nəvazişli sözlərlə, hazırladığı qidayla, öz əli ilə saldığı yataqla və s. üsulla o enerjini ötürə bilər. İfritə, erkəkləşmiş qadın deyil, əsl qadının enerjisi kişiyə daim sevgiylə ötürülür.

Hurriyyet.Az publika.az-ın bununla bağlı maraqlı yazısını təqdim edir: Qadın enerjisinin asan və sərbəst axını üçün sevgi açar rolunu oynayır. Bu enerji sanki ali məhəbbətin tumurcuğunda yerləşir. Tumurcuq yalnız isti enerji vasitəsilə göyqurşağının bütün rənglərində çiçəklənir, çünki ona Ladanın (Slavyan mifologiyasında nikah və sevgi ilahəsi. Həmçinin bahar fəslinin rəmzi) xalis gücü təsir edir. Bu, ali yaradılış olan insanın bütün hüceyrələrini titrədən sehrli işıqdır.

Təbiətin düzəninə görə, qadın özünün bütün sevgi enerjisini xoşladığı kişiyə ötürməlidir. Əgər bu prosesdə ləngimə yaranarsa, qadın orqanizmində özünüməhvetmə prosesi başlayır. Əvvəlcə əsəb sistemi sıradan çıxır, daha sonra böyrəklər, qadın orqanları, bunun ardınca isə digər orqan və toxumalarda dağılma prosesi gedir. Çox sıx hallarda bədəndə yığılıb qalmış artıq enerji piylənmə xəstəliyinə gətirib çıxarır. Başqa sözlə, ana təbiət özü qadından tələb edir ki, enerjisi bədənə toplanıb ziyan olmaqdan onu kişiyə ötürsün. Çünki enerji axar çay kimidir, o, bir yerə toplanarsa, ya sel basar, ya da bataqlığa çevrilər.

Kişilərə gəldikdə isə, eynilə güclü cinsin də zərif tərəf müqabilinə ötürdüyü enerji təkcə cinsi aktla, qucaqlaşma ilə, öpüşlə məhdudlaşmamalıdır. Kişinin qadın gözəlliyini, zərifliyini, onun xəfif hərəkətlərini izləməsi belə bunu hiss edən qadın üçün enerji axınıdır. Günə kişi iltifatı, mehriban baxışı, xoş sözü ilə başlayan qadın həmin günü fiziki, mənəvi problemlərdən uzaq olar. Ancaq baxış təsiri də müxtəlif ola bilər: insan gücü göz vasitəsilə əlli faiz ötürülə bilər. Pxisoloqlar ikona, heykəl, rəsm əsərlərinin müəmmalı gücünü bununla izah edirlər. Xüsusilə də mükəmməl hazırlanmış heykəl və rəsmlərə çox baxanda mühərrik kimi onu seyr edən insanın enerjisini özündə toplayır. Sonra isə baxmaqda davam edən insana həmin enerjini "işlənmiş" halda ötürür. Bu, həm müsbət, həm də mənfi enerji ola bilər - baxdığın şəklin mahiyyətindən asılıdır. Əlbəttə ki, gözəl qadın, təbiət təsvirlərindən müsbət enerji almaq mümkündür. İnteryerlərin müsbət auralı rəsmlərlə bəzədilməsi təkcə dizayna xidmət etmir. Bu, həm də həmin məkanda yaşayan, işləyən insanların müsbət enerji ilə yüklənməsi üçündür.

Bu o deməkdir ki, qadına baxan kişi ona öz enerjisinin yarı hissəsini ötürür və bu enerjinin müsbət və mənfi olması da onun baxışının arxasında gizlənən mənadan asılıdır. Əgər kişi qadına sadəcə cinsi həvəsini təmin edəcək dişi kimi deyil, onun gözəl üzünə, zərif yerişinə bir ilahəyə, parlaq ulduza, ətirli çiçəyə diqqət edər kimi baxarsa, dolayısı yolla bu gözəlliyi özünə qaytarmış olacaq. Çünki qadın xoş baxışı öz üzərində hiss edən kimi eyni yüklü baxışı kişiyə geri verəcək, əks təqdirdə isə mənfi aura ilə əhatələnəcək. Başqa sözlə, kişi əks cinsə necə baxmağı ilə öz orqanizmini tənzimləyir.

Mütəxəssislər deyir ki, hətta xəstə qadına kişi sevgi dolu baxır, ona hətta ölüm döşəyində belə gözəl göründüyünü, ilahəyə bənzədiyini deyirsə, o qadında sürətlə sağalma prosesi başlayır. Eynilə kişiyə də öz xanımının, ən azından xoş simalı tibb bacısının sözləri müsbət təsir göstərər. Odur ki, Tanrının yaratdığı bu iki cins bir-birini xoş sözlərdən, nəvazişdən əsirgəməməlidir. Göründüyü kimi, sevgi, baxış, gözəl münasibət də bumeranq kimi onu atanın özünə qayıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Fevral 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri