Icma.az
close
up
RU
Qadın çox sirli və güclü varlıqdır

Qadın çox sirli və güclü varlıqdır

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır...

Qadın çox sirli və güclü varlıqdır. Alilik, ülvilik timsalı olan qadın bəşəriyyətə zinət, insanlığa şöhrətdir. Qadın gözlərə işıq, qəlblərə yaraşıqdır. Onu bəşər tarixinin qızıl sətirləri, şah əsəri də adlandırmaq olar. Qadın doğma Ana, sevimli bacı, sədaqətli həyat yoldaşıdır. Ana Vətən, Vətən isə Ana deməkdir.

Əsrlərboyu müxtəlif dövrlərdə fiziki cəhətdən zəif olan qadınlar müəyyən təzyiqlərlə üzləşiblər. Lakin qadınlar zaman-zaman savadı və təhsili sayəsində bu təzyiqlərdən xilas ola biliblər. Savadlı qadın savadlı gələcək deməkdir və Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb. Cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qadının aciz, hüquqsuz olması, millətin yarısının xəstə olması anlamına gəlir. Bu səbəbdəndir ki, istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolu çox böyük olub.

Ailədə uşaqların tərbiyəsi məsələsində yükün çoxu qadının-ananın üzərinə düşür. Ana dünyagörüşlü, savadlı olanda, təbii olaraq, uşaq da gələcəkdə savadlı olur. Ana öz övladını həyat yolunda düzgün addımlamaq üçün doğru yol göstərir. Maarifpərvər insan, mesenat Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişi təhsil alırsa, bu, yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”.

Çətin gündə dayaq olublar

Azərbaycan qadınları hər zaman cəmiyyətin həyatında önəmli rol oynayıblar. Onlar öz atalarına, qardaşlarına, həyat yoldaşlarına çətin günlərdə dayaq olmağa çalışıblar. Qadınlarımız həmçinin ictimai-siyasi həyatda da fəal iştirakı, elm, mədəniyyət, ədəbiyyat sahəsində bilik və bacarıqları ilə seçiliblər. XIX əsrdə yazıb yaratmış Ağabəyim ağa Ağabacı, Xurşidbanu Natəvan, Mirzə Fatma Kəminə, Aşıq Pəri, Gövhər ağa, Fatma Şirvani, Qönçəbəyim və başqaları kifayət qədər mütərəqqi təfəkkür düşüncələri və dünyagörüşləri ilə Azərbaycanda deyil, onun hüdudlarından kənarda tanınıblar. 1918-ci ildə Azərbaycanda qadına seçki hüququ verilməmişdən əvvəl qadınlarımızın maarifpərvər rolunu xüsusi qeyd etmək lazımdır. Cəmiyyətdə Hənifə Məlikova, Firuzə xanım Qovanlı-Qacar, Bədisəba Köçərli kimi maarifpərvər qadınlarımızın olması təbii olaraq, ziyalı mühitin formalaşmasına da zəmin yaradıb.

Azərbaycan qadını yalnız ailəcanlılığı, sədaqəti ilə deyil, həm də mərdliyi, qəhrəmanlığı ilə seçilib. Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız Vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib, qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar. Milli qəhrəmanlarımız arasında Salatın Əsgərova, Gültəkin Əsgərova və Hökumə Əliyevanın olması dediklərimizi bir daha təsdiqləyir.

Qadının cəmiyyətdə rolu

Qadının Azərbaycan cəmiyyətində rolu həmişə yüksək olub və onlara əsl qiyməti ziyalı, maarifpərvər insanlar verib. Belə şəxsiyyətlərdən müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin, böyük mütəfəkkir şair və yazıçı Hüseyn Cavidin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda qadınların hüquqlarının qorunmasının, onların ictimai fəallığının təşkili məsələsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində idi. Məhz Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan qadınları cəmiyyətin həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Azərbaycan qadını da hər zaman Ümummilli Liderin siyasətini dəstəkləyib.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən idi. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə bu qurumun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) fəaliyyət göstərməyə başladı. Hazırda dövlət komitəsi çox fəal işləyən qurumlardan biridir və ölkədə gender bərabərliyinin qorunması, qadın və uşaqların problemlərinin həllində önəmli rol oynayır. Məhz AQUPDK-nın Avropa İttifaqı, eləcə də BMT ilə birgə apardığı layihələr çərçivəsində ölkəmizdə qadın sahibkarlığı inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Bir sözlə, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir və ölkəmizdə qadınların hüquqları qorunur. Əsası Ulu Öndər tərəfindən qoyulan qadına siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda onlara ehtiramını ifadə edərək qadınlarımızın müqəddəs ailə dəyərlərimizə çox bağlılığını, ölkəmizin ictimai həyatında böyük nüfuza malik olduqlarını vurğuladı.

Azərbaycan qadınlarının ictimai həyatda rolu Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Müstəqil Dövlətlər Birliyində bir çox Avropa və müsəlman ölkələrində sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində nümunəvi layihələr həyata keçirilir. Azərbaycan dövləti və cəmiyyəti haqlı olaraq belə qadınlarla fəxr edir.

Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək mümkündür. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir.

Qadınları kişilərdən fərqləndirən 10 əsas cəhət

Kişilər dəyişikliyə meyilli olurlar, qadınlar isə sabitliyə üstünlük verirlər. 

Kişilər arasında dahilər çox olduğu kimi, axmaqlar da çoxdur,  qadınlar isə həmişə qızıl ortanı gözləyirlər.

Kişilər nisbətən qadınlardan əhəmiyyətli dərəcədə asılıdırlar.

Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər.

Kişilər qadınlardan daha səxavətli olurlar.

Kişilər təfərrüatlara fikir vermir, amma qadınlar belə anları radar kimi anında izləmək bacarığına malikdirlər.

Kişilər bir çox motor işlərində qadınlardan daha yaxşıdırlar.  

Qadınlar dəqiqlik və çeviklik tələb edən hərəkətləri yerinə yetirməkdə mahirdirlər.

Kişilər qadınlardan daha rasionaldırlar.

Qadınlar kişilərdən daha sədaqətlidirlər.

Bütün qadınları, anaları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə ürəkdən təbrik edirik!

Bayramınız mübarək!

Səadət Hakıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see391

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see351

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see349

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see273

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see231

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see216

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see215

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see211

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see203

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see190

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see185

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see185

Bu ölkədə 3 nəfər hantavirusdan ölüb

22 İyul 2026 03:20see179

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see176

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see174

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see169

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see166

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see163

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see161

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri