Qadın ərindən qisas almaq istədi, başqasının maşınını əzdi VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Qadın ona xəyanət edən keçmiş ərindən intiqam almaq üçün səhvən başqasının avtomobilinə zərər vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, sərxoş qadın keçmiş ərindən xəyanətə görə qisas almaq məqsədi ilə bıçaq və çəkic götürərək onun avtomobilinə hücum edib. Ancaq, avtomobilləri səhv salan qadın qonşusunun “Renault” markalı maşınının təkərlərini deşib, şüşələrinə və faralarına zərər yetirib.
İşdən qayıdan avtomobil sahibi gördüyü mənzərədən şoka düşüb. Avtomobilinə 1655 manat zərər dəyən kişi məhkəməyə müraciət edib. İndi 35 yaşlı qadın məhkəmə qarşısına çıxacaq.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 08 Sentyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















