Icma.az
close
up
RU
Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi MƏHKƏMƏ

Qadın ərinin münasibətini gizli kamera ilə çəkdi MƏHKƏMƏ

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Çinin Quansi Cuan muxtar bölgəsində qeyri-adi bir məhkəmə işi ictimaiyyətin diqqətini çəkib.

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, ərinin başqa qadınla münasibətini aşkar edən qadın evə gizli kamera quraşdıraraq görüntüləri çəkib və bu videoları sosial şəbəkələrdə paylaşıb.

Lakin daha sonra bu görüntülərdəki qadın - məşuqə, gizli çəkilişə və görüntülərin yayılmasına görə məhkəməyə müraciət edib.

Hadisənin təfərrüatları

Hadisə 2023-cü ilin avqust ayında baş verib. Məşuqə - soyadı Vanq olan qadın ərə getmiş Hu soyadlı kişi ilə birgə yaşadığı kirayə mənzildə gizli kamera aşkar edib. Bu kamerada onların şəxsi münasibətləri lentə alınıb və görüntülər yaddaş kartına yazılıb. Daha sonra videolar və şəkillər sosial mediada dəfələrlə paylaşılıb və geniş auditoriya tərəfindən izlənilib.

Vanqın iddiasına görə, bu kameranı kişinin həyat yoldaşı Li bacısı və qardaşı ilə birgə quraşdırıb. O, məhkəməyə müraciət edərək şəxsi həyatının pozulduğunu, reputasiyasına və şəxsiyyət hüquqlarına zərər verildiyini bildirib. Vanq paylaşılmış materialların silinməsini, rəsmi üzr istənilməsini və mənəvi zərərin qarşılanması üçün kompensasiya tələb edib.

Məhkəmənin qərarı

Li isə iddiaları qəbul etməyərək bildirib ki, mənzili onun əri kirayələyib və o, uşağının təhlükəsizliyi üçün kameranı quraşdırıb. Həmçinin, ərinin xəyanətini sübut etmək və onun qarşısını almaq məqsədilə videoları paylaşdığını deyib. Linin bacı və qardaşı isə heç bir hüquq pozuntusu etmədiklərini deyərək məsuliyyətdən yayınmağa çalışıblar.

İşə baxan Tenq Rayon Məhkəməsi Linin Vanqın hüquqlarını pozduğuna qərar verib və bütün görüntülərin silinməsini əmr edib. Eyni zamanda, məhkəmə Vanqın əvvəlcədən evli kişi ilə münasibət quraraq ictimai adət-ənənələrə və sosialist dəyərlərə zidd davrandığını da qeyd edib. Məhkəmə Vanqın ciddi psixoloji zərər gördüyünü sübut edən dəlil olmadığı üçün üzr istənilməsi və maddi kompensasiya tələbini rədd edib.

Apellyasiya şikayətinə baxan Vucou şəhərinin Orta Məhkəməsi də ilkin qərarı qüvvədə saxlayıb.

Cəmiyyətin reaksiyası

Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər, "Bir məşuqənin həyat yoldaşından mənəvi təzminat tələb etməsi gülüncdür", - deyə fikirlərini bildirib. Digərləri isə görüntülər olmasaydı, qadının ərini xəyanətə görə necə məhkəməyə verə biləcəyini sual edib.

Leyla
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri