Icma.az
close
up
RU
Qadın futbolçuların aldıqları maaş açıqlandı

Qadın futbolçuların aldıqları maaş açıqlandı

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya üzrə qadın futbolçuların demək olar ki, yarısı ildə 10 min ABŞ dollarından (təxminən 17 000 AZN) az gəlir əldə edir. Bu nəticə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) qadın futbolunda əmək şəraiti ilə bağlı apardığı genişmiqyaslı sorğuda yer alıb.

İdman.Biz xəbər verir ki, araşdırma avqust–oktyabr aylarında keçirilib və 41 milli komandadan 407 futbolçu sorğuda iştirak edib. Nəticələrə əsasən, respondentlərin 66 faizi ildə 20 min ABŞ dollarından (təxminən 34 000 AZN) az qazandığını bildirib. Futbolçuların təxminən üçdə biri isə illik gəlirinin 0 - 4999 dollar (0 - 8500 AZN) aralığında olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin 49 faizi isə 10 min dollardan (təxminən 17 000 AZN) az qazanc əldə etdiyini söyləyib.

Araşdırmada göstərilir ki, futbolçu qadınların əsas gəlir mənbəyi klublardır. İkinci yerdə milli komandalar üzrə ödənişlər gəlir. Bununla yanaşı, demək olar ki, hər dörd futbolçudan biri futbol xaricində əlavə işlə məşğul olmağa məcbur qalır.

Müqavilə məsələləri də ciddi problem olaraq qalır. Sorğuya görə, futbolçuların 33 faizi klubla bir il və ya daha qısa müddətli müqavilə imzalayıb, 22 faizinin isə ümumiyyətlə klubla rəsmi müqaviləsi yoxdur. Respondentlərin yarıdan çoxu bərpa üçün vaxtın çatışmazlığından şikayət edib: 58 faiz beynəlxalq oyunlardan əvvəl, 57 faiz isə matçlardan sonra fasilələrin həddən artıq qısa olduğunu bildirib.

Logistika məsələləri də sorğuda ayrıca vurğulanıb. Belə ki, futbolçu qadınların 75 faizi turnirlərə ekonom siniflə uçduğunu deyib. Yalnız 11 faiz premium-ekonom və ya biznes sinifdən istifadə etdiyini qeyd edib.

FIFPro-nun hesabatı qadın futbolunda sosial və maliyyə şərtlərinin hələ də ciddi problemlərlə üzləşdiyini bir daha ortaya qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri