Icma.az
close
up
RU
Qadın futbolunda yeni mərhələ başlayır

Qadın futbolunda yeni mərhələ başlayır

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan Yüksək Qızlar Liqasında 2025/26 mövsümü start götürüb. Sevindirici haldır ki, çempionatda iştirakçı komandaların sayı ötən mövsümlə müqayisədə ikiqat artaraq 12-yə yüksəlib. 

Bundan əlavə, qızlarımızın milli komanda səviyyəsində də uğurlu çıxışları artmaqdadır. 

Bugünkü həmsöhbətimiz isə AFFA Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayevadır. 

⁠- Zümrüd xanım, Yüksək Qızlar Liqasında iştirakçı komandaların sayının ikiqat artması hansı müsbət dəyişikliklərə yol açıb? 

-  Yüksək Qızlar Liqasının yeni mövsümünə start verilib. Artıq 3 tur keçirilib. Hazırda A millimizin təlim-məşq toplanışları, yoldaşlıq oyunları olduğu üçün 8 günlük fasilə yaranıb. AFFA Qadın Futbolu Departamenti tərəfindən təşkil olunan bu liqa qadın futbolunun inkişafı baxımından mühüm addımlardan hesab olunur. Ötən mövsümlərlə müqayisədə liqada iştirak edən komandaların sayı 6-dan 12-yə yüksəlib. Bu, həm klublar arasında, həm də ümumilikdə ölkə üzrə qadın futboluna marağın artdığını göstərir. Həmçinin sevindirici haldır ki, cari mövsüm çempionata bölgələrdən də komandalar qoşulub. İlk dəfə iştirak edən komandalar da var. Həm Bakıdan, həm bölgələrdən. Bu, qadın futbolunun nəinki paytaxt Bakıda, həm də regionlarda coğrafiyasının genişlənməsinə, gənc qızların futbolla məşğul olmasına şərait yaradır. Qeyd etmək istəyirəm ki, 12 iştirakçıdan 5-i Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən komandalardır. Digərləri isə həvəskar klublardır. Məsələn, Zaqatala cari mövsüm 2 komanda ilə təmsil olunur. Ötən mövsümdən "Dirçəliş" klubu və yeni, gənc qızlardan ibarət "Zaqatala" QFK. Eyni zamanda Bakıdan "Liman"ı da qeyd etmək istəyərdim. Düşünürəm ki, çempionata maraq, rəng qatmaq potensialına sahibdirlər. Bundan əlavə, Gəncənin "Ümid" komandası gənc heyətlə çıxış etsə də, onların təşəbbüsü regionlarda qadın futboluna olan marağın artdığını göstərir. Yüksək Qızlar Liqasının əsas məqsədi U-17, U-19 və A milli komandaları üçün potensiallı futbolçuların hazırlanması, onların oyun təcrübəsinin artırılması və qadın futbolunda rəqabət mühitinin genişləndirilməsidir. Bildiyiniz kimi, çempionatın qalibi bizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Son 2 mövsümün çempionu "Neftçi"dir. Bu da yarışa rəngarənglik qatır. 

- Azərbaycanda qadın futbolunun inkişaf dinamikası haqda nə deyə bilərsiniz? Ümumi durumu necə qiymətləndirirsiniz? 

-  Bu gün Azərbaycanda qadın futbolunun inkişaf dinamikası müsbət istiqamətdə irəliləyir. Həm iştirakçı sayı, həm təşkilat, həm də nəticələr baxımından nəzərə çarpacaq irəliləyiş müşahidə olunur. Artıq qadın futboluna marağın artmasını təkcə federasiya tərəfindən deyil, klubların, bölgələrdəki komandaların, media nümayəndələrinin yüksək səviyyədə diqqət göstərməsi ilə hiss edirik. Qadın futbolu AFFA-nın prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Federasiya tərəfindən böyük dəstək göstərilir. Xüsusilə, A millimizin nəticələri bu dəstəyin öz bəhrəsini verdiyinin sübutudur. Uşaq və yeniyetmələrdən ibarət yığma komandalarımız, yerli liqaların genişləndirilməsi, beynəlxalq təcrübənin artması - atılan bütün  addımlar qadın futbolunun möhkəm əsaslar üzərində qurulmasına xidmət edir. Bu gün qadın futbolu cəmiyyətimizdə artıq pozitiv qəbul olunur. Əvvəllər rastlaşdığımız, mövcud olan müəyyən streotiplər, baryerlər tədricən aradan qalxıb. Valideynlər daha rahat şəkildə övladlarını bu idman növünə yönləndirirlər. Gənc qızlarımız futbolla peşəkar şəkildə məşğul olmağa maraq göstərirlər. Bütün bunlar onu deməyə əsas verir ki, qadın futbolu ölkəmizdə getdikcə daha da populyarlaşan və perspektiv vəd edən bir sahəyə çevrilməkdədir. 

- Bəs qadın futbolunun daha da inkişaf etməsi üçün hansı addımların atılmasına, hansı dəyişikliklərə ehtiyac var? 

-  Qadın futbolunun daha da inkişaf etməsi üçün ilk növbədə bölgələrdə və paytaxtda infrastrukturun genişləndirilməsinə və uşaq futbolu məktəblərinin sayının artırılmasına ehtiyacımız var. Məqsədimiz də daha çox qızların futbola cəlb olunması, onların erkən yaşlardan sistemə uyğunlaşmasıdır. Növbəti mövsümlər liqaların sayını artırmaq və əhatə dairələrini genişləndirmək istəyirik. Məsələn, aşağı liqalarda hazırda Bakı, İsmayıllı, Zaqatala, Göygöl bölgələrindən iştirak varsa, biz artıq bu əhatəni genişləndirməliyik. Azərbaycanın digər bölgələrdə də qızların yarışlarını keçirməliyik. Həmçinin məşqçi və hakim heyətinin də ixtisaslaşdırılması da əsas məqsədlərimizdən biridir. Beynəlxalq təcrübəmiz artmalıdır, oyun praktikamız güclənməlidir. Media dəstəyi və ictimai maarifləndirmə kampaniyaları olmalıdır. Eyni zamanda sponsorluq və tərəfdaşlıq imkanlarının genişləndirilməsi yolu ilə də biz klubların maliyyə dayanıqlılığını da tənzimləyə bilərik. Hal-hazırda qadın futbolunda, Yüksək Qızlar Liqasında sponsorumuz yoxdur. Sponsorumuz olsa, həm liqaya rəngarənglik qatılardı, həm də maliyyə cəhətdən də müsbət aspektlər olardı. Uşaq və yeniyetmə qızlar üçün futbol məktəblərinin sayı çoxalmalıdır. AFFA-nın məktəblərlə əməkdaşlığı var. Amma marağı artırmaq üçün əməkdaşlığı genişləndirməliyik. 

-  Qızlardan ibarət U-17 millimiz də Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başladı. İlk oyunda Uelsə 0:7 hesabı ilə məğlub olduq. Millimizdən bu mərhələdə nə gözləmək olar? 

-  Kifayət qədər çətin və rəqabətli qrupa düşmüşük. Rəqiblərimiz Uels, Kosovo və Moldova milliləridir. Xüsusilə, Uels və Kosovo komandaları güclü fiziki hazırlığa və oturuşmuş oyun sisteminə malik olan komandalardır. Bu da qarşıda bizi çətin mübarizələrin gözlədiyini göstərir. Biz bunu bilirik və hazırıq. Əsas məqsədimiz həm nəticə əldə etmək, həm də beynəlxalq təcrübə qazanmaqdır. Məşqçi heyətimiz hazırlıqlara ciddi yanaşıb. Komandamızın oyunlara maksimum motivasiya ilə çıxacağına inanırıq. Qarşıdakı matçlarda millimizdən əzmkar və inamlı mübarizə gözləyirik. 

-  Qeyd etdiyiniz kimi, artıq qadınların futbolla məşğul olmasına münasibət baxımından inkişaf hiss olunur. Bəs hələ də bu mövzuda çətinliklər qalmaqdadırmı? Futbolla məşğul olmağa can atan qızlara nə demək istəyərsiniz? 

-  Bəli, hazırda qızların futbolla məşğul olması ilə bağlı müəyyən çətinliklər var. Yoxdur deyə bilmərik. Bəzi bölgələrdə infrastruktur zəifdir. Bunu açıq söyləyirik. Futbol məktəblərinin azlığı, bölgələrdə ailələrin bu sahəyə hələ də tam etibar etməməsi müəyyən maneələr yaradır. Cəmiyyətimizdə qadının futbolla məşğul olmasına qarşı köhnə düşüncələr hələ də var. Amma sevindirici hal odur ki, bu baryerlər tədricən qırılır. Hər il daha çox qız futbolla məşğul olmağa başlayır. Biz bunu görürük. Futbolçu olmaq istəyən qızlara demək istəyirəm ki, qorxmasınlar, öz arzularının arxasınca getsinlər. Əgər futbolu sevirsinizsə, bu işlə məşğul olmaq sizə zövq verirsə, daim öz üzərinizdə işləyin, zəhmət çəkin. Hazırda Azərbaycan qadın futbolu inkişaf mərhələsindədir. Biz bir neçə il sonra tarixin bir parçası ola bilərik. Hər hansı bir mötəbər turnirin qalibi ola bilərik, finalda oynaya bilərik. Mən buna inanıram. Qızlara demək istəyirəm ki, futbol yalnız oğlanların oynayacağı oyun deyil. Siz də bunu bacararsınız. Güclü olun, öz yerinizi futbol dünyasında tutun. Hər zaman bütün qızlarımızı dəstəkləyirik və dəstəkləməyə də davam edəcəyik".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri