Icma.az
close
up
RU
Qadın gərək ərini anasının xörəklərindən yeməyə qoymasın! Baş kulinar

Qadın gərək ərini anasının xörəklərindən yeməyə qoymasın! Baş kulinar

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar mədəniyyət işçisi, məşhur kulinar, milli mətbəximizlə bağlı onlarla kitabın müəllifi Tahir Əmiraslanov Modern.az saytına geniş müsahibə verib. Həmsöhbətimiz Ermənistan və Azərbaycan mətbəxinin oxşarlıqlarından, kulinariya sahəsindəki boşluqlardan, qidalanma mədəniyyətindən, ərzaq mallarının keyfiyyətindən və bu kimi digər məsələlərdən danışıb.
 

Müsahibədən aninsu təqdim edirik.
 

-  Tahir müəllim, əvvəllər belə bir deyim var idi ki, kişilərin ürəyinə gedən yol mədəsindən keçir. Buna görə də qadınlar həyat yoldaşları üçün ən yaxşı yeməyi bişirərdilər. Bu deyim indi də qüvvədə qalırmı?
 

-  Rəhmətlik Sara Oğuz “Ocaqlarımızın bərəkəti” kitabında bu fikri çox gözəl ifadə edir. Deyir ki, Azərbaycan xanımı üçün mətbəx iş məsələsi deyil, eşq məsələsidir. Qadın uşaqlarına, yoldaşına sevgisini mətbəxdə göstərir. Zərdüşt peyğəmbər deyir ki, xörək bişiriən xörəyə ancaq fiziki deyil, həm də mənəvi təsir göstərir. Əgər qadın sevə-sevə yemək bişirirsə, onun bütün energetikası kişiyə də keçir, yox əgər əsəbi, yorğun halda yemək bişirirsə, kişi ya televizyanın qabağında yatacaq, ya telefonla oynayacaq, ya da qadından uzaqlaşacaq. Bu, onun özündən aslı deyil, qida informasiya daşıyıcısıdır. Bir də baxırsan kimsə haqqında deyirlər ki, o, niyə bu gözəllikdə qadını qoyub başqasını aldı? Çünki o gözəl xanımın cinsəl hissləri realizasiya olub. Kişilər ona çoxlu kompliment deyiblər, çoxlu sevənləri olub, baxıb özünə və sair, amma o biri bir o qədər baxımlı olmasa da, yaxşı yemək bişirib həyat yoldaşının könlünü xoş etməyi düşünür və bütün müsbət enerjini ərinə ötürür. Kişi özü də bilmir ki, onu niyə sevir, ona necə vurulub...
Qədim hind fəlsəfəsində də var ki, əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin. Hind mədəniyyətində həyat yoldaşlarını əlləri ilə yedizdirirmək ənənəsi var. Bu sakral qidalanmadır. Fikir verirsinizsə, qadınla kişi yaşlandıqca, bir-birlərinə oxşayırlar, çünki bütün informasiya, energetik mübadilə daimi olaraq onların arasında bu və digər yollarla gedir. Əgər qadında ağırlıq varsa, kişi ondan aralanacaq. Bütün dinlərdə qadınların kişilərə xəyanəti doğru qəbul edilmir. Bu səbəbdən Tanrı qadınlarda bakirəlik pərdəsi yaradıb, fizioloji olaraq heç bir önəmi olmasa da, çox önəmlidir. Çünki qadın hansı kişi ilə birlikdə olsa, onun bütün məlumatların daşıyır və yeni olacaq körpəyə ötürür. Qadına verilən rol tamamilə başqadır, həyat cənnətdə yaranır, Tanrı həyatın yarısını, yəni cənnəti ana bətninə köçürüb.
Bu gün qadınlar savadsız dietoloqların yanına gedib özlərini arıqlatmaq istəyirlər. Amma qadının bətnində yağ yoxdursa, onun rəhmi mühafizə olunmur. Bu cür bətində uşaq sağlam olmayacaq, 100 dəfə həkimə gedəcəklər. Alimlər də vurğulayır ki, qadının bədənində yağ çox, yanları biçimli və iridirsə, o qadın daha ağıllı olur və daha çox ağıl ötürə bilir. Elə qadınlar daha güclüdür və rahat doğurlar. Bunların hamısının səbəbləri var. Mənim elmi işimin bir hissəsi qidanın insanın çoxalmasına təsiri idi, “Sevgi mətbəxi” kitabım da tibb alimlərinin rəyləri ilə çıxdı və məhz buna aid idi - qidanın insanın repreduktiv funksiyasına təsiri. Getdikcə qadın və kişi arasında bərabərlik yaratmaq adı ilə isə bütün bu sistemi məhv edirlər. İndi nadir qadınlar evində ərinə gözəl yemək bişirmək haqqında düşünür...
 

Müsahibə yaxın günlərdə yayımlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri