Icma.az
close
up
RU
Qadın klimaksını yaxınlaşdıran 4 amil

Qadın klimaksını yaxınlaşdıran 4 amil

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

İnkişaf etmiş ölkələrdə klimaks qadınlarda orta hesabla 51 yaşında başlayır.

40 yaşına kimi olan qadında başlayan klimaks erkən klimaks sayılır. Erkən klimaks qadının sağlamlığına çox mənfi təsir edir. Qadınların sağlamlığını qoruyan əsas hormon estradioldur. Bu hormon qadınların dərisini, sümüklərini, ürək-damar, cinsiyyət  və s. orqan və sistemlərini cavan və sağlam saxlamağa kömək edir. Klimaks zamanı estradiolun və digər qadın hormonlarının səviyyəsi kəskin enir ki, bunun nəticəsində qadının orqanizmi müdafiəsiz qalır. Məhz bu səbəbdən menopauza (klimaks) dövründə olan qadınlarda ürək-damar, cinsiyyət, dayaq-hərəki sistemlərində müxtəlif pozulmaların və xəstəliklərin riski artır.

Erkən klimaks keçirmiş qadın estradiolun müdafiəsindən daha tez məhrum olur ki, bu da onda pozulmaların riskini daha da artırır.

Bəzən gündəlik həyatda yol verdiyimiz səhvlər bizə zamansız olaraq hər hansı xəstəliklər və ya pozulmalar şəklində geri dönür. Bu pozulmalar biri də erkən klimaksdır ki, bu pozulmadan özünü sığortalamaq üçün bəzi vərdişlərimizdən imtina etməli və bəzi yeni xeyirli vərdişlər qazanmalıyıq.

1. Siqaret çəkmək

Siqaret çəkən və çəkməyən qadınlar arasında aparılmış araşdırmalar siqaret çəkən qadınların digərlərinə nisbətən daha tez klimaks dövrünə girdiyini göstərib.

2. Düzgün qidalanmamaq

Bədəndəki piy kütləsi müəyyən çəkidən aşağı olarsa, menstruasiya pozulmaları baş verə və klimaks yaşana bilər. Qadının bədənində olan piy kütləsi qadının hormonal fonun normal olmasını təmin edir. Bu piy kütləsi normadan aşağı olduqda, hormonal fon pozulur.

Çox arıq olmaq və sürətli çəki itirmək menstruasiyadan kəsilmə səbəblərindən biridir. Orqanizmdə olan piyin miqdarı müəyyən bir nöqtəyə gəldikdə qadın yenidən aybaşı olaraq normal həyatına geri dönə bilər.

3. Stressli həyat tərzi keçirmək

Qadınlarda stressin ən sevimli hədəflərdən biri cinsiyyət sistemdir. Çox güclü və ya uzunsürən xroniki stress qadınlarda erkən klimaksa səbəb ola bilər.

4. Hərəkətsiz yaşam tərzinə sahib olmaq

Azhərəkətli həyat tərzi ümumillikdə bütün orqanizmə mənfi təsir edir. Azhərəkətlilik nəticəsində orqanizmdə qan dövranı pozulur, müxtəlif orqan və sistemlərdə durğunluq yaranır ki, bu da gələcəkdə müxtəlif pozulmalara gətirib çıxardır.

Erkən yetkinliyə girən qız uşaqları da erkən klimaks problem ilə qarşılaşır. Ailə tarixçəsi, əməliyyatla yumurtalıqların götürülməsi, autoimmun xəstəlikləri, xərçəngin müalicəsi və xromosom pozğunluqları da klimaksa səbəb olan əsas səbəblər sırasındadır.

Klimaksı gecikdirmək üçün aşağıdakı tədbirlər görülə bilər:

- Həftədə ən azı 3 dəfə idmanla məşğul olun.

- Bədən kütlə indeksinizi hesablayın. Nə çox kilolu, nə də çox arıq olun.

- Siqaret çəkməyin və passiv çəkmədən də uzaq olun.

- Qidalanmanızda kalsiumla zəngin olan qidalar çox olmalıdır. Gündə 200 ml süd için, qatıq və ya dondurma yeyin.

- Balıq, qoz, fındıq, balqabaq çəyirdəyi, brokkoli, kələm, gül kələmi, pomidor, bibər, kök, qara gavalı, nar, üzüm, çiyələk, qarpız, emal edilməmiş taxıl, və taxıl məmulatları kimi yüksək antioksidantlara malik qidalara üstünlük verin.

- Həmçinin yaşıl çay və təzə greypfrut suyu kimi sərbəst radikallarını udma gücü yüksək olan içkilərdən istifadə edin.

- Antioksidant dərmanlar qəbul edin.

- Açıq havada tez-tez olun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri