Icma.az
close
up
RU
Qadın körpəsini dənizə bu söhbətə görə atıbmış Keçmiş əri hər şeyi DANIŞDI

Qadın körpəsini dənizə bu söhbətə görə atıbmış Keçmiş əri hər şeyi DANIŞDI

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb.

Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var.

Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib.

Onun keçmiş əri Həmid Eyvazov Teleqraf-a açıqlamasında bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib.

Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb.

H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib:

"Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata "TikTok"-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır.

Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!".

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see237

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see158

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see157

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see150

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see133

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri