Icma.az
close
up
RU
Qadın niyə sahibkar olmalıdır?

Qadın niyə sahibkar olmalıdır?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Son onilliklərdə qadın sahibkarlığı dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib. Beynəlxalq araşdırmalar göstərir ki, qadınların biznes fəaliyyətində iştirakının artması həm iqtisadi inkişafı sürətləndirir, həm də sosial bərabərliyi gücləndirir. Məlumatlara görə, dünyada təxminən 43% biznes qadınlara məxsusdur və bu göstərici son illərdə davamlı şəkildə artmaqdadır. Digər tərəfdən, hazırda dünyada 250 milyondan çox qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bu rəqəm iqtisadi sistemdə qadınların rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir. 2024-cü ilin məlumatlarına görə, yeni yaradılan bizneslərin təxminən 49%-i qadınlar tərəfindən təsis edilib və bu, son beş ilin ən yüksək göstəricisidir. Bu tendensiya göstərir ki, qadın sahibkarlığı yalnız sosial məsələ deyil, həm də iqtisadi inkişafın əsas faktorlarından biridir.

Qadınların yaratdığı bizneslər kiçik və orta sahibkarlıq sektorunun inkişafına ciddi töhfə verir. Qadın sahibkarlar xüsusilə xidmət, ticarət, sosial biznes və innovasiya sahələrində yeni iş yerləri yaradırlar. Qadın sahibkarlar çox vaxt regionlarda və kənd yerlərində biznes quraraq yerli iqtisadiyyatın inkişafına töhfə verirlər. Araşdırmalar göstərir ki, qadınların gəlirləri ailə rifahına, təhsilə və səhiyyəyə daha çox yönəlir. Bu isə uzunmüddətli sosial kapitalın formalaşmasına səbəb olur.

Amma qlobal inkişaf tendensiyalarına baxmayaraq, qadın sahibkarlar hələ də bir sıra struktur problemlərlə qarşılaşırlar. Beynəlxalq araşdırmalara görə, qadınlar tərəfindən yaradılan startaplar qlobal vençur kapitalının cəmi 2–4%-ni cəlb edə bilir. Bu isə maliyyə bazarlarında gender bərabərsizliyinin mövcud olduğunu göstərir. Bir çox ölkələrdə sahibkarlıq hələ də “kişi fəaliyyəti” kimi qəbul olunur. Bu stereotiplər qadınların biznes qurmaq motivasiyasına və investorlardan maliyyə cəlb etməsinə mənfi təsir göstərir. Araşdırmalara görə, qadınlar kişilərlə müqayisədə 47% daha çox hallarda ailə və şəxsi səbəblərə görə bizneslərini bağlamağa məcbur olurlar. Bu isə sosial infrastrukturun – uşaq baxımı xidmətləri, çevik iş formaları və s. kifayət qədər inkişaf etmədiyini göstərir. Bu səbəbdən bir çox ölkələr qadın sahibkarlığını təşviq etmək üçün xüsusi dövlət proqramları həyata keçirir. ABŞ-da qadın sahibkarlığı üzrə dövlət kredit zəmanət proqramları, mentorluq və biznes təlimləri həyata keçirilir. Bu proqramlar nəticəsində qadınlar ölkədə bütün bizneslərin təxminən 42%-ni idarə edir. Avropa İttifaqında qadın sahibkarlığının inkişafı üçün qadın startap fondları, innovasiya proqramları və gender bərabərliyi strategiyaları tətbiq olunur. İsveç, Norveç və Finlandiya kimi ölkələrdə uşaq baxımı sistemi, çevik iş rejimi və gender bərabərliyi siyasəti geniş şəkildə tətbiq olunur.

Azərbaycanda da qadın sahibkarlığının inkişafı son illərdə diqqət mərkəzində olan istiqamətlərdən biridir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə qeydiyyatdan keçmiş fərdi sahibkarların təxminən 23-24%-ni qadınlar təşkil edir. 2025-ci ilin məlumatına əsasən, Azərbaycanda 338 mindən çox qadın fərdi sahibkar fəaliyyət göstərir və ümumi sahibkarların təxminən 23,6%-i qadınların payına düşür. Qadın sahibkarların fəaliyyət sahələrinə baxdıqda onların 35,3%-nin xidmət sektorunda, 21,5%-nin ticarət sahəsində, 25,4%-nin isə kənd təsərrüfatında fəaliyyət göstərdiyi görülür. Eyni zamanda qadın sahibkarların əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir ki, bu da yerli iqtisadiyyatın inkişafına və məşğulluğun artmasına müsbət təsir göstərir. Son illərdə dövlət proqramları və biznes dəstəyi mexanizmləri də bu sahədə fəallığın artmasına kömək edir. Məsələn, 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 472 qadın sahibkarın layihəsinə ümumilikdə 18,7 milyon manat güzəştli kredit ayrılıb ki, bu da qadın sahibkarlığının maliyyələşdirilməsində dövlət dəstəyinin genişləndiyini göstərir.

Bütün bunlarla yanaşı, qadınların sahibkarlığa cəlb edilməsini gücləndirmək üçün qadın startap fondlarının yaradılması, güzəştli kreditlər və dövlət zəmanətli kredit proqramları effektiv hesab olunur. Eyni zamanda sahibkarlıq üzrə təlimlər, mentorluq proqramları və biznes inkubatorları da önəmli rol oynayır. Həmçinin rəqəmsal platformalar qadın sahibkarlar üçün yeni imkanlar yaradır. Rəqəmsal maliyyə və e-ticarət qadınların maliyyəyə çıxışını genişləndirə və biznes imkanlarını artıra bilər. Bu baxımdan dövlət siyasəti, maliyyə institutları və biznes ekosisteminin digər iştirakçıları qadın sahibkarlığının inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul etməlidirlər.

Çinarə Ağayeva
Biznes məsləhətçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri