Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliyada sosial media fenomeni olan qadın izləyicilərindən pul toplamaq üçün 1 yaşlı körpəsini dərmanlarla zəhərləməkdə təqsirli bilinib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, oktyabr ayında səhhətində yaranan problemlər səbəbiylə körpə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsindən sonra başladılan araşdırma nəticəsində qadın işgəncə, zəhərləmə, təhqir və fırıldaqçılıqda ittiham edilib. Polis araşdırmasında məlum olub ki, ötən il avqust və oktyabr ayları arasında qadın körpəyə həkim razılığı olmadan bir sıra dərmanlar verib.
Qadın körpənin fotolarını paylaşaraq izləyicilərdən 37,300 dollar (63 000 AZN) toplayıb. Onun haqqında sabah məhkəmə qərarı çıxarılacaq.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















