Icma.az
close
up
RU
Qadın övladlarını və xərçəng xəstəsi olan ərini güllələyib intihar etdi

Qadın övladlarını və xərçəng xəstəsi olan ərini güllələyib intihar etdi

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

ABŞ-da qadın övladlarını və ərini güllələyərək intihar edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rayan və Emili 2010-cu ildə Nyu-Hempşir ştatının Madberi qəsəbəsində keçirilən xeyriyyə gecəsində tanış olublar. O zaman 19 yaşlı iqtisadiyyat tələbəsi Emili könüllü işləyirdi, 33 yaşlı Rayansa tədbirin sponsor şirkətini təmsil edirdi.

Bir neçə ay sonra aralarında romantik hisslər yaranıb və iki ildən sonra bu münasibət evliliyə çevrilib. Daha beş ildən sonra cütlüyün ilk övladı Parker dünyaya gəlib, 2019-cu ildə qızları Ryan, 2022-ci ildə isə ikinci oğulları doğulub.

Həlledici an 2023-cü ildə olub – Rayana qlioblastoma, yəni aqressiv beyin şişi diaqnozu qoyulub. Xəstəlik və müalicə onun işləmək imkanını əlindən aldı və bütün maliyyə yükü Emilinin üzərinə düşüb.

Fastfood restoranlar şəbəkəsində maliyyə meneceri işləyən qadın başa düşürdü ki, maaşı ailəni dolandırmağa və ərinin bahalı müalicəsinə yetərli deyil. Bu isə onu dələduzluq hərəkətlərinə sövq edib. Növbəti iki il ərzində o, sənədləri saxtalaşdıraraq 660 min dollar mənimsəyib.

Pul vəziyyəti xilas etməyib. Rayanın səhhəti durmadan pisləşirdi, 2025-ci ilin avqustunun əvvəlində isə şəbəkə sahibi mənimsəmələri aşkar edərək polisə müraciət edib. Qaçılmaz ifşanı dərk edən Emili ailəni qarşıda gözləyən sınaqlardan “qurtarmağa” qərar verib.

Avqustun 14-nə keçən gecə qadın uşaq otağına daxil olub, altı yaşlı qızı Ryanı səkkiz yaşlı Parkerin yanına uzadaraq elə atəş açdı ki, güllə hər ikisinə dəydi. Sonra o, oyanmış ərini güllələyib özünü öldürdü.

Qonşuların çağırışı ilə hadisə yerinə gələn polis dörd nəfərin meyitini və ikinci mərtəbədə qapalı otaqda qalmış üç yaşlı oğlanı tapdı. Hazırda yeganə sağ qalan uşaq nənə və babasının himayəsindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri