Qadın sahibkarın ölkədən çıxışına stop qoyuldu: 100 min manatdan çox borc
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb.
Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün iddia qaldırıb. İddiada bildirilir ki, dəfələrlə R.İsrafilovaya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin ödənişlər yerinə yetirilməyib.
Məhkəmənin qərarı ilə MMC-nin rəhbəri, 69 yaşlı R.İsrafilovanın ölkədən çıxışı vergi öhdəlikləri tam yerinə yetirilənədək qadağan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Avqust 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















