Icma.az
close
up
RU
Qadın sürücü avtomobili aşırdı 7 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Qadın sürücü avtomobili aşırdı 7 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Quba Bakı yolunda minik avtomobilinin aşması bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Lent.az-a məlumat verən Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə Quba-Bakı yolunun şəhər istiqamətində 140-cı kilometrliyində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Kia Sportage” markalı minik avtomobili aşıb. Nəticədə avtomobildə olan biri azyaşlı olmaqla 6 nəfərdən beşi xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.

Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.

4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Yanvar 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri