Icma.az
close
up
RU
Qadın xəstəliklərinə işarə edən 6 əlamət

Qadın xəstəliklərinə işarə edən 6 əlamət

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir qadın öz cinsi sağlamlığına qarşı çox diqqətli olmalıdır.

İstənilən dəyişiklik ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən qadın özündə aşağıdaki simptomları müşahidə etdikdə mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Bu simptomlar arasında:

1. Qadın cinsiyyət yolllarından istənilən qeyri-təbii ifrazatlar. Kəsmiyə bənzər, yaşıl, qəhvəyi, qanlı, irinli, pis qoxulu, yandıran, qadın cinsiyyət yollarına yeyici təsir edən, qaşınmaya səbəb olan ifrazatlar hər hansı infeksiyanın əlaməti ola bilər. Dərhal ginekoloqa müraciət edin. Belə infeksiyalar vaxtında müalicə olunmazsa, çox ağır fəsadların (iltihablar, sonsuzluq) inkişafına səbəb ola bilər.

Əgər qadında qanlı ifrazatlar cinsi əlaqədən sonra müşahidə olunursa, bu uşaqlıq boynu eroziyanın və hətta onkoloji xəstəliyin əlaməti ola bilər.

2. Ağrılar. Ümumillikdə ağrının köməyi ilə orqanizm bizə hər hansı pozulma haqqında siqnal verir. Qarının aşağı hissəsində ağrılar, cinsi əlaqə zamanı ağrılar, menstruasiya zamanı güclü ağrılar cinsiyyət sistemində olan xəstəliklərin və pozulmaların əlaməti ola bilər.

Belə ağrılar mioma, endometrioz, kolpit (uşaqlıq iltihabı), onkoloji xəstəliklər zamanı mümkündür.

Əgər ağrı qəfildən əmələ gəlib və çox kəskin xarakter daşıyırsa, bu yumurtalığın yırtılmasının (apopleksiya) əlaməti ola bilər.

3. Qanaxmalar. Menstruasiyadan kənar qadın cinsiyyət yollarından qanlı ifrazatların olması ciddi xəstəliklərin simptomu ola bilər. Belə qanaxmalar miomanın, endometriozun, hətta onkoloji xəstəliklərin əlaməti ola bilər.

Menopauza dövründə olan (menstruasiyalar tam kəsiləndə) qadının cinsiyyət yollarından qanlı ifrazatların olması bir çox hallarda onkoloji xəstəliyə işarə edir.

4. Menstrual funksiyasının pozulması (menstruasiyalar öz vaxtında başlamır - daha tez və ya daha gec başlayır, menstruasiyanın müddəti qısalıb və ya əksinə uzanıb, bir neçə ay ərzində menstruasiya baş vermir və s.) da narahatçılıq üçün səbəb yaradır. Cavan qadınlarda bu hormonal pozulmanın, erkən klimaksın, yumurtalıqların tükənməsi sindromunun simptomu ola bilər.

5. Xarici cinsiyyət orqanların üzərində səpgilər herpesin, dəri-zöhrəvi xəstəliklərinin, infeksiyaların əlaməti ola bilər.

6. Sidik ifrazı zamanı ağrılar da qadın cinsiyyət sistemi xəstəliklərinin, infeksiyaların əlaməti ola bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri