Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Qadın yazıçıların birliyi niyə vacibdir?

Qadın yazıçıların birliyi niyə vacibdir?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Ədəbi mühitdə zaman-zaman səslənən, amma heç vaxt tam müzakirə olunmayan bir sual var: Niyə kişi yazıçılar daha çox qruplaşır, bir-birini müdafiə edir, bir-birini yüksəldirlər, amma qadın yazıçıların belə bir birliyi yoxdur? Niyə kişilərin ədəbi masaları daha geniş, qadınların ədəbi dairələri isə daha səssiz, daha tənhadır? Bu sual səslənəndə çox zaman məişət problemləri ön plana çəkilir və qadınların məişətin qurbanı olduqları deyilir. Amma məncə, bu cür ciddi bir sualın cavabı yalnız "məişətin qurbanı olublar" kimi sadə və emosional bir səbəblə izah oluna bilməz. Burada həm tarix var, həm sosial kodlar, həm psixoloji faktorlar, həm də qadının özünün özünə münasibəti.

Bu məsələ təkcə bizim cəmiyyətimizdə deyil, dünyanın demək olar ki, bütün ədəbi coğrafiyalarında oxşar şəkildə yaddaşa hopub. Amma Şərq mədəniyyətində, xüsusən bizə yaxın mentalitetlərdə bu problem daha kəskindir, daha çox görünəndir, daha üzdədir.

Kişi yazıçıların bir araya gəlişi heç vaxt təsadüfi olmayıb. Bu həm psixoloji, həm sosial, həm də tarixi faktorlardan ibarət çoxqatlı bir düzəndir. Ədəbi mühitlər, dərnəklər, redaksiyalar, çayxana masaları, yazıçı evləri, uzun illər boyu kişilərin formalaşdırdığı bir "qardaşlıq sistemi"nin tərkib hissəsidir. Bu sistem özlüyündə sanki qeyri-rəsmi bir institutdur. Bir-birini təqdim edirlər, tədbirlərə, konfranslara, ədəbi görüşlərə cəlb edirlər, bir-birini çap edirlər, almanaxlara, antologiyalara daxil edirlər, bir-birinin əsərlərini oxuculara "tövsiyə edirlər", mükafatlara namizədlikdə dəstəkləyirlər, əsərlərini tərcümə edir, yaxud etdirirlər və sair.

Bu, "sənət" dostlarının "bizimkilər" prinsipinə uyğun yazdığı rəylərdə də özünü büruzə verir, sosial şəbəkədə edilən qarşılıqlı paylaşımlarda da, oxucu auditoriyasının yönləndirilməsində də. Əlbəttə, burada qəbahət bir şey yoxdur. Lap düz edirlər, hətta "əcəb edirlər".

Amma burada bir problem odur ki, qadın yazıçılar hələ də bu instituta eyni intensivlikdə daxil ola bilmirlər. Deyə bilmərik ki, onların belə qapıları yoxdur. Əlbəttə, var, amma etiraf edək ki, kişi çevrələri qədər sistemli və qənaətcil deyil.

"Məişətin qurbanı olublar" ifadəsi bəzən dar mənada başa düşülür, sanki qadın yazıçıların problemi yalnız ev işi və ailə qayğılarıdır. Halbuki məsələnin kökü daha dərindir. Bu, daha çox qadının özünü suçlama mexanizmi ilə bağlıdır.

Qadın yazarın yazmaq üçün çəkdiyi daxili mübarizə kişi yazara nisbətən qat-qat ağırdır. O, yazanda vicdanına həmişə bir "günahkar səs" çökür: "Axşama yemək hazırlamışammı?", "Evi təmizləmişəmmi?" və sair.

Cəmiyyət qadının yaradıcılığını onun işi, peşəsi kimi yox, çox vaxt əlavə məşğuliyyət kimi görür. Ailədə qadının yazdıqlarının "dəyəri" kişi qələm sahiblərininki qədər qəbul olunmur. Qadın özünə (oxu: yaradıcılığına!) ayırdığı hər dəqiqəyə görə içində bir günahkarlıq hissi yaşayır. Bu psixoloji yük qadını təkliyə sürükləyir. O, ədəbi çevrələrin "sosiallıq tələb edən" fəaliyyətlərində, məsələn, ədəbi görüşlərdə, tədbirlərdə, müzakirələr istədiyi kimi iştirak edə bilmir. Hələ, əlavə olaraq, o, başqa bir yerdə işləyirsə, vəziyyət daha da çətinləşir, bəzən 24 saat qadının hələ günlük fəaliyyətinə belə kifayət etmir. Bu isə onun həmrəylik şəbəkələrinə daxil olmaq imkanını azaldır.

Qadın yazıçılar arasındakı ən böyük problemlərdən biri də rəqabətin yanlış yönlənməsidir. Bu, bir-birinə qarşı qısqanclıq, ya da hörmətsizlik deyil, daha çox "özünü təsdiqləmək uğrunda təkbaşına mübarizə"nin yaratdığı gərginlikdir. Çünki ədəbi mühitdə bir qadın yazar uğur qazananda ona qarşı fərqli, daha çox şübhəli baxışlar formalaşır, mütləq arxasında kimsə, nəsə axtarılır, əlavə dəstəyin olduğu və bu dəstəyi hansı yolla qazandığı şübhə altına alınır.

Bu tip qərəzli yanaşmalar qadının öz uğurunu açıq şəkildə bölüşməkdən çəkinməsinə səbəb olur. Digər qadın yazarlara dəstək vermək isə sanki bu ittihamları gücləndirəcəkmiş kimi görünür. Yəni qadın yazıçılar bir-birini dəstəkləməyəndə, çox vaxt bunun səbəbi aralarındakı rəqabət deyil, cəmiyyətin onlara yüklədiyi yanlış gözləntilərdir.

Qadın yazıçı özünə qarşı daha sərt, daha tələbkardır. O, tənqidi kişidən fərqli şəkildə qəbul edir. Yəni daha çox tənqidi şəxsiyyətinə yönəlmiş kimi hiss edir, həssas yanaşır. Bu həssaslıq hətta bəzən onu yazmaqdan, davam etməkdən də çəkindirir, "məndə heç nə alınmır, alınmayacaq" fikrini formalaşdırır.

Kişilər arasında tənqid çox vaxt "yaradıcılıq meydanı"nda bir cəng kimi qəbul edilir. Onlar bir-birini tənqid etdikcə daha da yaxınlaşırlar. Qadınlarda isə bu proses daha fərqlidir. Tənqid onları həm özündən, həm işindən, həm də qarşı tərəfdən uzaqlaşdırır.

Beləliklə, kişi yazıçılar arasında "debata əsaslanan həmrəylik" var, qadınlarda isə "sakitlik və çəkilmə üzərində formalaşan məsafə".

Ədəbi mühitdə oxucu auditoriyasının, tənqidçilərin, jurnallarda, qəzetlərdə qərar verənlərin çoxu kişilərdir. Bu da onların daha yaxşı başa düşdüyü mətnləri dəstəkləməsinə gətirib çıxarır.

Qadın yazar üçün özünü tanıtmaq daha çətindir. O, özünü reklam etməyi, öz yazısını öyməyi "ayıb" sayır. Kişi yazarlar isə özünü tanıtmağı yaradıcılığın tərkib hissəsi kimi qəbul edirlər.

Qadın yaradıcılığının mövzuları çox vaxt "şəxsi" kimi etiketlənir. Yəni yazdığın bir şeirin, bir hekayənin arxasında mütləq öz şəxsi həyatından nüanslar axtarılır. Olmasa belə, "düzüb-qoşulur". 19 yaşımda yazdığım bir povest haqqında hələ də eyni sualları eşidirəm: "Sən uşaq evində böyümüsən?", "Səni zorla ərə veriblər?", "Sən boşanmısan?" və sair. Halbuki o povestdə, sonradan yazdığım şeirlərin, hekayələrin əksəriyyətində məndən olan tək şey duyğular və təxəyyüldür. Kişi müəlliflərin "yazıçı təxəyyülü" sorğusuz-sualsız qəbul olunduğu halda, qadın yazarların təxəyyülü hər zaman şübhə altına alınır. Bu isə əsərlərin dəyərini aşağı salırmış kimi görünür. Halbuki bütün dünya ədəbiyyatını dəyişən qadın yazıçılar - Virciniya Vulf, Silviya Plaft, Anna Axmatova məhz müşahidə, təxəyyül və ümumiləşdirmə ilə şedevrlər yaratmışdılar.

Qadın yazıçılar üçün "ədəbi mentor" azdır. Kişilər bir-birinə müəllimlik edir. Qadınlar isə həm aqressiv təftişdən, həm də "yanlış anlaşılma" qorxusundan mentorluq əlaqələri qurmaqda çətinlik çəkirlər.

Bəs qadın yazıçılar arasında birlik niyə yaranmır?

Çünki qadınlar "birlik" deyəndə emosional yaxınlıq düşünür, kişilər isə "məqsədyönlü nəticə". Kişilərin ədəbi birliyi çox vaxt birgə layihəyə, birgə kitab təqdimatına, bir-birini "prosesə daxil etmək"yə əsaslanır.

Qadınların birliyi isə daha çox empatiya, dərdləşmək, ruh paylaşımı, anlaşmaq ehtiyacına əsaslanır. Beləcə, iki müxtəlif yanaşma iki fərqli nəticəyə gətirib çıxarır.

Bütün bu çətinliklərə baxmayaraq, qadın yazıçılar son 10-15 ildə daha çox görünməyə, daha çox söz deməyə başlayıblar. Lakin bu görünmə onların ədəbi çevrəsini heç də genişləndirməyə xidmət etmir. Qadın yazıçının mübarizəsi daha səssiz, daha fərdi, daha könüldən olur. Kişi yazıçıların yaratdığı "kollektiv aura" qadınlarda eyni şəkildə formalaşmır, çünki onların yaradıcılığı da fərqli təbiətlidir, bir növ daha dərindir. Bu səssiz inqilab hələ davam edir və nəticələri tədricən görünür.

Əlbəttə, bütün bunlar heç də "qadınlar ədəbi həmrəyliyə nail ola bilməz" fikrini qüvvətləndirmir. Onlar arasında da bu həmrəylik mümkündür. Amma bunun üçün əvvəlcə bəzi miflərdən azad olmaq lazımdır:

Məsələn,

- Qadın yazıçı qadına rəqib deyil, əksinə, ona güzgüdür.

- Qadın özünü tanıtmaqdan, təqdim etməkdən utanmamalıdır.

- Qadının yazısı "evdə, mətbəxdə yazıldığı üçün" ikinci dərəcəli ola bilməz.

- Qadın yazıçılar bir-birinin uğurunu "şəxsi uğursuzluq" kimi qəbul etməməlidirlər.

- Ədəbi həmrəylik emosional yox, praktiki fəaliyyət tələb edir.

Ən önəmlisi isə qadınların özünü ədəbiyyatda yan masa yox, əsas masa sahibi kimi görməsidir. Əgər onların özlərinə, öz yazdıqlarına olan bu baxışı dəyişsə, onda hər şey də yaxşıya doğru dəyişə bilər.

Məncə, qadınlar yazıçılar gələcəkdə öz aralarında birliyə nail olsalar, onda bu birlik kişi yazıçılarınkı kimi formal deyil, daha poetik, daha yumşaq, amma daha davamlı ola bilər. Qadın yazarların ədəbi klubları, gənc qadın yazarlara dəstək platformalar yaradıla bilər, qadın yazarlar bir-birinin əsərlərini təqdim və təbliğ edə bilərlər. Bu addımlar yaradıcı həmrəyliyi artıracaq, "tək yazan qadın" stereotipini dağıdacaq.

Bəs niyə bizə, cəmiyyətə, ədəbiyyata qadın yazıçıların birliyi vacibdir? Çünki qadının sözü dünyanı dəyişmək gücünə malikdir. Qadın yazıçının əsərlərində evin qoxusu, ananın nəfəsi, qız uşağının qorxusu, qadının daxili həyatının dərinliyi var. Bu, ədəbiyyatın ən güclü damarlarından biridir. Amma bu dərinlik daha çox fərq olunmalıdır.

Kişi yazarlar artıq yüzillərdir ki, öz ədəbi institutlarını qurublar. Qadın yazıçı isə hələ sözün içində öz evini tikir. Bu ev tək-tük otaqlardan ibarət olsa da, poetik nurla doludur. Bu nur birləşsə, böyük bir ədəbi səma yarana bilər. Bəlkə də ədəbiyyatın tarazlığı məhz o zaman tamamlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri