Icma.az
close
up
RU
Qadına qarşı zorakılıq heç də əxlaq(sız)la bağlı deyil

Qadına qarşı zorakılıq heç də əxlaq(sız)la bağlı deyil

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil

Əlahəzrət faktdır ki, müasir həyatımızda dünyanın hər yerində qadına zorakılıq halları təəssüf ki, bitmir, tükənmir. İllərdir gerçəkləşən  “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası gender əsaslı olsa da məişət zəminində, ailələrdə, şəxsi münasibətlərdə qadınlara qarşı törədilən şiddətlər, zorakılığın müxtəlif formalarında təzahür edən təzyiqlər, ayrıseçkiliklər və hətta qətllər az deyil. Təəssüf ki, bu qəbildən baş verən digər cinayət hadisələrinə də tez-tez rast gəlirik. Xüsusilə son illər ailə-məişət və şəxsi münasibətlər zəminlərində qeydə alınan xoşagəlməz hadisələrin şahidi oluruq. Bir çox hallarda isə bu hadisələrin “əxlaqsızlıq”la əlaqələndirilməsi diqqət çəkir. Bu hal istisna deyil. Lakin müşahidələrə və statistikaya əsaslansaq görərik ki, qadınlara qarşı zorakılıq heç də həmişə əxlaqla bağlı deyil. Bu yerdə Frido Kahlonun sözləri yada düşür: “Əxlaq və namus deyincə sadəcə qadından danışan hər kəs əxlaqsız və namussuzdur”. Frida Kahlo haqlıdır, haqlı deyil, bu, başqa mövzudur. Lakin idrak etmək lazımdır ki, əxlaqi keyfiyyətləri kişi və ya qadınlıqdan asılı olmayaraq hər kəs daşımağa borcludur. Çünki əxlaq bir dəyərdir və dəyər İNSAN olan hər kəsə məxsusdur. Axı İNSAN ən ali varlıqdır. Belə isə, əxlaq etiketləri nəyə görə cinsi ayrıseçkiliyə bölünməlidir? Əxlaq cins məsələsi deyil, əxlaq mənəviyyatdır, mənəvi irsdir, o görünmür, içdədir, insanın iç dünyasındadır. İçini-iç dünyanı təmiz saxlamaq Yaradanın bizə əmanəti, bizim isə sözlə ifadə edə bilməyəcəyimiz borcumuz deyilmi? Bir anlıq xatırlamağa çalışaq: birinə maddi borcumuz olanda özümüzü necə hiss edirik? Təbii ki, o borcu maksimum tezliklə ödəməyə çalışırıq, ödəyə bilməyəndə isə utanarıq, mənəvi üzüntüyə uğrayarıq, xəcalət çəkirik və s. Bəs mənəvi dünyamızı, mənəvi borcumuzu nədən unuduruq? Yaradılışdan bizə ( qadın-kişi, fərq etməz) verilən əmanətə (insanı insan edən dəyərlərə) sahib çıxmayanda, onu qorumayanda özümüzü necə hiss edirik? Daxili aləmimizin çirkləndiyinin fərqinə varırıqmı? Yoxsa bu məsuliyyəti başqasının üzərinə atmağa çalışırıq? Özünü, daxili aləmini - Yaradanını, ailəsini, doğmalarını, yaxın və uzaq çevrəsini, ölkəsini, dövlətini, millətini düşünməyin, təəssübünü çəkməyin cinsi varmı sizcə? O zaman dünya gündəmindən düşməyən bu yanlış yanaşmanın, qərəzin səbəbi nədir? Bu ayrıseçkiliyə əsas verən amillər: ədalətsizlikdirmi, ayrıseçkilikdirmi? Yoxsa cəhalət və ya cahillikdir? Məhdud dünya görüşümü, savadsızlıqmı, qorxaqlıqmı?  Suallar o qədər çox ki,..

Hər kəs ailəsinin, valideyininin, daşıdığı şəcərənin qarşısında, vətəndaş kimi  dövlətinin, qanunun qarşısında, ruhani tərəfdən yanaşdıqda isə dünya, kainat qarşısında (yazılan və yazılmayan ) məsuliyyət daşıyır. İnsan oğlu mənəviyyatını qoruya bilməzsə, sadalanan məsuliyyəti dərk etməzsə, təəssübkeşlik hissindən uzaq düşərsə qadına qarşı zorakılığa, şiddətə necə son qoyular?

...Zərurətdəndir ki, 1991-ci ildən bəri hər il “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” adı altında qlobal kampaniya həyata keçirilir. Qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran bu kampaniya hər il eyni vaxtda 25 noyabr - 10 dekabr tarixlərində qadına qarşı zorakılığı dünyanın diqqətində saxlayır. Ötən illər ərzində kampaniyaya 187 ölkədən 6 mindən çox dövlət və qeyri-dövlət qurumları qoşulub. Bu, dünyanın sivil, aydın vətəndaş cəmiyyətinin çalışması, cəhdi, istəyi, tələbidir. Bəli bu, vətəndaş cəmiyyətinin qadınlara zorakılıq kimi qorxunc problemin həlli yolunda daxili və xarici dünyamıza töhfə vermək uğrunda mücadiləsidir. Artıq illərdir ki, Azərbaycan da dünyanın bir parçası olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib. Hər il eyni tarixdə “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında bütün ölkə ərazisində tədbirlərin keçirilməsi, mövzu ilə bağlı xüsusilə  böyüyən gənc nəslin maarifləndirilməsi təqdirəlayiqdir.

Mətanət Ağamirli

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri