Qadının başı, qolu və büstqalteri timsahın mədəsindən tapıldı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zimbabvedə Zambezi çayının sahilində dostları ilə istirahət edən qadını timsah parçalayıb. Yırtıcı növbəti gün izlənilərək öldürülüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Nyoni Bryus həyat yoldaşı, eləcə də iki dostu ilə birlikdə üzmək və şəkil çəkmək üçün adaya gedib. Qadın suya daxil olduqdan sonra timsah onun üzərinə hücum edib.
Şahidlərin sözlərinə görə, sürünən Nyonini tutaraq dərinliyə aparıb. Dostlarının onu xilas etmək cəhdləri nəticəsiz qalıb.
Dekabrın 23-də, faciədən bir gün sonra polis əməkdaşları və Parklar İdarəsinin nümayəndələri timsahı taparaq zərərsizləşdiriblər. Yırtıcının mədəsindən qadının başı, sol qolu və büstqalteri çıxarılıb.
Hakimiyyət orqanları vətəndaşları sürünənlərin yaşadığı su hövzələrinin ətrafında son dərəcə ehtiyatlı olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Dekabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















