Icma.az
close
up
RU
Qadının gözəl görünmək instinkti

Qadının gözəl görünmək instinkti

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Qadınlar haqda deyilən fikirlər, yazılan kitablar, yaradılan rəsmlər, çəkilən filmlər bitib-tükənmir. Adətən, qadınları anlamağa çalışan kişilərin cəhdi fiaskoya uğrayır. Niyə, bilirsinizmi? Çünki kişilərə görə qadınlar dayaz varlıqlardır, odur ki hər şeyi öz ağılları ilə üzdən anlamağa çalışırlar. Halbuki, qadın sirrini hərəkətə gətirən enerji mənbəyi çox dərindədir.

Bir qadında aşkarlanan xarakteri başqa bir qadına şamil etmək düzgün deyil. Çünki hər qadının illüziya yaratmaq, sirr qondarmaq məharəti başqadır, unikaldır. Kişilərdə qadının daxili aləmini vərəqləmək, oradakı rəngli sirlərə vaqif olmaq istəyi başadüşüləndir. Ancaq bu zərif cinsin icad elədiyi illüziyalara uymayan, onun arzu və istəklərini dərindən anlaya bilən bir kişiyə rast gəlinibmi, görəsən?

Metafizik-kimyəvi reaksiyalarla hər dəm sirr yaratmağı bacaran qadının bir sirrini aşkar edən kişi dərhal növbəti sirr pərdəsi ilə üzləşir. Görünən bu ki, qadın gizlinləri və istəkləri sonsuz sayda qat-qat düzülmüş rəngarəng pərdələrin arxasında gizlənir. İstənilən anda daha yeni və daha gözəl formada peyda olan bu sirr pərdələri insan təxəyyülü qədər tükənməz və sonsuzdur.

Milyon illərin təkamülü nəticəsində həyat şəraitindən və növündən asılı olaraq, təbiətdəki canlılarda cütlüyün dünyaya gətirdiyi balaya münasibəti də müxtəlif cür formalaşıb. Elə canlılar var, dünyaya gətirdikləri balaları axıra qədər birgə bəsləyib böyüdürlər. Eləsi var, erkək partnyor balalayan dişinin müdafiəsində, doğulan yavruların yemlənməsində və böyüməsində heç bir məsuliyyət daşımır. Buna misal olaraq pişiklərin həyatı gözümüzün qabağındadı. Bu cür həyat tərzi, demək olar, bütün ev heyvanlarında da hökm sürür. İtlərdə, inəklərdə, qoyunlarda, keçilərdə, donuzlarda, atlarda, eşşəklərdə də belədir. Ata özünü unutqan, məsuliyyətsiz aparsa da, ana balalarını ərsəyə çatdırmamış onları öz yanından aralamır. Lakin, dünyaya gətirdiyi balaların sonrakı həyatı üçün heç bir məsuliyyət daşımayan canlı növləri də mövcuddur. Bura həşaratları, balıqları aid etmək olar.

İnsanda isə, birinci növdə dediyimiz kimi, dünyaya gələn cocuq üçün hər iki tərəf məsuliyyət daşıyır. Lakin sonsuz sayda həyat nümunələri göstərir ki, bu cütlükdə dünyaya gələn balaya dişi tayı erkək tayından daha çox canıyananlıq edir. Bu, çox əhəmiyyətli məqamdır. Adətən, vəhşi təbiətdə yaşayan, məsələn, fil, canavar, şir, pələng kimi heyvanların ailəsində erkəklər dişilərlə birgə yaşayaraq doğulan balaları böyütməkdə analara arxa olurlar. Çünki təbiətin sərt şərtləri altında ana təkbaşına bala böyüdüb nəsil artıra bilmir. Eynilə, insan həyatı da belədir. Ona görə ailədə, ən azı balalar böyüyüb ərsəyə çatana kimi cütlüklərin birgə yaşaması şərt kimi qəbul olunur. Çünki insan cəmiyəti də canavarın yaşadığı təbiət kimi amansız və sərtdir. Lakin getdikcə sivilləşən dünya bu şərtin aradan qalxmasına da səbəb olur. Bütün problemlərə baxmayaraq, ən çətin məqamlarda övladları axıra qədər sinəsinə çəkən "zərif cins” adlandırdığımız ana tərəf olur. Fikrimcə, insan növünün doğulub yaşamasında, yəni bəşəriyətin Yer kürəsindən tükənməməsində qadınlar daha çox fədakarlıq göstərirlər.

Bütün bu xroniki xüsusiyyətlərə görə heç vaxt kişilər, yəni erkəklər qadınların, yəni dişilərin duyğusunu sona qədər anlaya bilməyəcəklər. Lakin qadının həmişə gözəl və zərif görünmək kimi heç vaxt tükənməyən bir arzusu da var. Sən əgər rəssamsansa, onu gözəl çəkməli, şairsənsə onun vəsfinə zərif sözlərlə naxış vurmalı, aşiqsənsə könlünü duymağa çalışmalı, həyat yoldaşısansa, onun bütün eqolarını təmin etməyə can atmalısan.

Onu da bil ki, söhbətin bir məqamında qarşındakı qadın özünü eşitməməzliyə vuraraq, "necə-necə?” deyə soruşarsa, demək, sənə onun haqda düşündüyün səhvini düzəltməyə yenidən şans verir. 

Murad Köhnəqala 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri