Qadının qatilinin tapılması üçün 1117 nəfərdən DNT nümunələri götürülüb
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Alman polisi sentyabrda Hessen əyalətinin Darmşdat şəhərində 36 yaşlı qadını meşədə qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.
Avtosfer.az “Bild”ə istinadla xəbər verir ki, polis qatilin tapılması üçün 1117 nəfərdən DNT nümunəsi götürüb. Onların hamısının kişi olduğu bildirilir.
Qeyd edək ki, iki uşaq anası Larissa R. sentyabrın 16-da Lamperthaym meşəsində qaçışdan sonra evinə qayıtmayıb. Qısa müddət sonra onun cəsədi evindən bir neçə kilometr məsafədə meşədə tapılıb. Onun üç bıçaq zərbəsi ilə qətlə yetirildiyi müəyyən edilib.
Meyitin tapıldığı yerdən götürülən sübutlar əsasında qatilin DNT-si müəyyən edilib. Həmin DNT nümunəsinin polis sistemində qeydiyyatda olmadığı müəyyənləşdirilib. Bu da qatilin tapılmasını daha da çətinləşdirir. Polis hazırda DNT nümunələrinin araşdırılmasını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















