Icma.az
close
up
RU
Qadının üstündə güclü nəzarət, zəhm olmalıdır

Qadının üstündə güclü nəzarət, zəhm olmalıdır

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Bu dəqiqə heç kimi günahlandırmağa haqqım yoxdur. Əgər kimisə günahlandırsam, gərək onu bu vəziyyətə gətirəni günahlandırım. Biz özümüz zəmanəni idarə edirik. Niyə incəsənətin bugünki vəziyyətindən narazı olmalıyam? Dramaturq yazmırsa, yoxdursa, götür klassikadan istifadə et. Aktyor seçilmirsə, əlifbadan başlayaq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı rejissor Nail Naiboğlunun yutub layihəsində deyib. Aktrisa sənət adamlarının həyatından, incəsənətdən danışıb:

"Aktyora dərs deyən müəllimlərdən başlayaq. Ona bu sənəti öyrədən, necə gözəl məbəd olduğunu deyir. Bu məbəddən girmək üçün hər şeyini qurban verməlidir. Sənətkarın pulu, gözəl şəraiti olmur. Sənətkarın 99,99 faiz mənzili olmur. Bunu bilə-bilə sənətə gedir. Niyə? 2 saat, 45 dəqiqəlik çıxışında arzularını oynayır, özünü kral hesab edir. Aktyora bunları başa sala-sala sənətə gətirmək lazımdır. O bilməlidir ki, qurban gedir. Əbəs yerə demirlər ki, incəsənət qurban tələb edir. İnsan hansısa səhvi ya qudurğanlıqdan, ya da ehtiyacdan edir".

Aktrisa qadın-kişi münasibətlərindən danışıb:

"Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı eləsinin nsəlini süpürərdim. Həyat yoldaşı sənin "emblemin"dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox. Bir dəfə kanal rəhbərinə zəng vurdum ki, eyibdir, nəvəm, gəlinim baxır. Qorxuram, bizə gələndə televizoru söndürürdüm. Cavab verdi ki, bilirsiz bu veriliş nə qədər qonorar gətirir".

Aktrisa "Niyə yeni aktyorlar yetişmir" sözlərinə etiraz edib: 

"Bu qədər eqoist olmaq olmaz. Cavan uşaqlar var. Prezident aktyorların imkanlarını düzəldib. Aktyor 120-130 manat alırdı. 50 faiz artanda 75 manat edir. Bir də kateqoriyalar: əyalət, şəhər, akademik... Aktyorların da ailəsi, balası var. İstəyirlər balalarını tanısınlar.  Aktyorun məşq vaxtı ürəyi gedib. Təcili yardım gəlib ki, acdır. Bir dəfə dostuma dedim niyə çəkilsəm? Dedi, Sumqayıtdan durub Bakıya gəlmək üçün avtobus və metroya minlməliyəm. Yolda öləcəyəm, basdıranda bilməyəcəklər kiməm. Ondansa oturmuşam evimdə. Niyə deyirəm ki, dərdinizi danışmayın? Siz məhkumsunuz".

Bəşirqızı yaşadığı küsülülüklərdən söz açıb:

"Mən də yalan danışmışam: kiminsə çantamda nəyinsə olduğunu bilməməsi üçün. Müqəddəs yalan danışmışam: kiminsə evini yıxmadan. Hər bir insanı bağışlayaram, ürəyimdə kin yoxdur. Xətrimə dəyəni silirəm. 15 il danışmadığım adamla səhnədə birlikdə rol oynadım. Gəldi, qarşımda diz çökdü. Dedim, aktyoruq, bir səhnədə oynaya bilərik. Amma get işinlə məşğul ol, səni insan saymıram. Tək Afaqla olmaz. Səhnədə gül, alqış lazımdır. Başıma yığmışam cavanları, orta yaşlıları. Mənim tamaşamda onlar xoşbəxt olurlar. Buna görə mənə paxıllıq çəkmək olmaz. Bilmirsən bir saat yarım səhnədə nələr çəkirəm. Yenə də bu vəziyyətdə səhnəyə çıxır, gülüş payını tamaşaçıya verirəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Aprel 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri