Qadınla görüşmək üçün okeanı keçib Rusiyaya gəldi, həbs olundu VİDEO
Icma.az bildirir, Lent az portalına istinadən.
Minlərlə mil qət edərək bir qadınla görüşmək üçün yola çıxan amerikalı yaxtaçının romantik hekayəsi Rusiya məhkəməsində başa çatıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 59 yaşlı Çarlz Ueyn Zimmermana 5 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisədə həbs cəzası verilib. Bu qədər sərt cəzanın səbəbi isə onun gəmisində daşıdığı ov karabini və patronlar olub.
2025-ci ilin iyununda Zimmermana məxsus “Trude Zena” adlı 35 futluq yaxta Soçi limanında lövbər salıb. Yoxlama zamanı gömrük əməkdaşları gəmidə odlu silah aşkar ediblər. Söhbət qara rəngli ov tüfəngindən və Remington kalibrli sursatdan gedir. Onların bir hissəsində korroziya izləri olub.
Amerikalı deyib ki, karabin ona yalnız uzun səfər zamanı özünü qorumaq üçün lazım olub. O, yaxtanın göyərtəsində silahın olmasının hüquqi nəticələr doğurmayacağını düşünüb. Zimmermanın uzun və təhlükəli səfərinin məqsədi internetdə tanış olduğu Kazan sakini olan bir qadındır. Şəxsi görüş üçün kişi təkbaşına Atlantik okeanını və Aralıq dənizini keçib.
Səfərin xronologiyası:
1 iyul 2024-cü il: Zimmermann Şimali Karolinadakı Fort-Makon limanından yola çıxıb və ailəsinə Yeni Zelandiyaya üzdüyünü bildirib.
İyul 2024-cü il: Dənizçi marşrutunu Avropaya doğru dəyişib və əlaqəni kəsib.
23 iyul 2024-cü il: ABŞ Sahil Mühafizəsi onu rəsmi olaraq itkin düşmüş elan edib.
19 iyun 2025-ci il: Yaxta Soçidə saxlanılıb.
İş materiallarında vurğulanır ki, amerikalı Rusiyaya getmək qərarını özü verib, lakin Rusiya Federasiyasında qüvvədə olan silahın ölkəyə gətirilməsi qaydalarını öyrənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















