Icma.az
close
up
RU
Qadınlar azadlıq adı altında kişilərə qarşı QOYULUR

Qadınlar azadlıq adı altında kişilərə qarşı QOYULUR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

"Bu gün Azərbaycanda ailəli insanlar arasında çox mənfi bir tendensiya yaranıb. Onlar ailənin, uşağın məsuliyyətini çəkməkdən sanki yan keçirlər".

Bunu Modern.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

O qeyd edib ki, çox rahat şəkildə boşanmağa qərar verirlər, unudurlar ki, bu qərarın ağır fəsadlarını məhz uşaqlar çəkir.

"Onlar bunun fəsadlarını həm indi, həm də ailə quranda çəkirlər. O uşaqlar da potensial boşanma ehtimalı olan gənclər olacaqlar. Boşanma qərarı verən valideynlər bunu fərqində deyillər. İnsanlar çox əfsuslar ki, bu gün eqoist və hedonist, yəni zövqə, həzzə meyilli şəkildə həyat sürdürmək istiqaməti götürüblər. Ailə dəyərləri arxa plana keçib və mənasız xırda mübahisələr bəzən boşanma həddinə gəlib çatır. Bu da çox təəssüf doğurucu haldır və istiqamət olaraq genişlənir", - Üzeyir Şəfiyev bildirib.

Sosioloqun sözlərinə görə, artıq 1-2 uşaq dünyaya gətirdikdən sonra qadınlar tək başına eqoist, hedonist həyat sürdürməyə qərar verirlər:

“Hesab edirəm ki, bu qadın hüquqları ilə bağlı maarifləndirmə işlərinin onlar tərəfindən düzgün qavranmaması ilə izah olunur. Onlar ehtimal ki, qərb güc mərkəzləri tərəfindən Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsasını sarsıtmaq üçün ailə institutunu hədəf götürən aqressiv feminist dalğanın təsiri altında olan, gender bərabərliyi adı altında “hüquqi maarifləndirmə” aparan bəzi təşviqatçıların işinin “nəticəsi”dir. Bu gün ailə, qadın problemində əsasən kişi-qadın qarşıdurması mövcuddur. Nədənsə məişət zorakılığı deyəndə də qadına qarşı zorakılıq qabardılır. Halbuki məişət zorakılığı qadına, kişiyə və uşağa qarşı olan zorakılıqdır. Güman edirəm ki, bu gün Azərbaycanda süni şəkildə qadın-kişi qarşıdurması yaradılır”.

Sosioloq sonda qeyd edib ki, qadınlar düzgün yönləndirilmir, hüquq bərabərliyi, azadlıq adı altında kişilərə qarşı qoyulur:

“Bu da boşanmaların statistikasında özünü göstərir. Qadınlar iqtisadi fəal kütləyə çevrildikdən, kişilərdən iqtisadi asılılıqdan çıxdıqdan sonra artıq müstəqil eqoist və hedonist həyat sürdürməyə meyilləniblər. Çox əfsuslar olsun ki, ailə dəyərləri dağıdılır. Bu gün məhkəmələrə müraciət edənlərin əksəriyyəti qadınlardır, onlar artıq köhnə qaydalarla yaşamaq istəmirlər. Kişilər də ailəni köhnə qayda ilə idarə edə bilmirlər. Qadınlar bu gün daha müstəqil, sərbəst və bəncil həyat yaşamaq istəyirlər. Onlara televiziyalarda “ailə problemlərinə” köklənən şou xarakterli verilişlər təsir göstərir. Yəni ailə probleminin efirlərə daşınması yolverilməzdir. Eyni zamanda televiziya verilişlərində boşanmış qadınların dəbdəbəli, təntənəli həyatının sərgilənməsi də məhz evdar qadınlarla bağlı mənfi tendensiyaya yol açır. Çox yaxşı olar ki, örnək ailələrdən portret verilişlər nümayiş etdirilməlidir. Vəziyyət o həddə gəlib çatıb ki, bəzi mışhur imzalar da boşanmanı, subaylığı təbliğ edirlər. Hətta günümüzdə boşanmadan sonra parti də keçirirlər. Bunu işbazlar xüsusilə genişləndirmək istəyirlər. Bu da şübhəsiz ki, ailələrə mənfi təsir göstərir. Belə halların qarşısını almaq, ailələri sağlamlaşdırmaq lazımdır. Sosial medianı sağlamlaşdırmaq lazımdır ki, belə mənfi tendensiyalar ailə dəyərlərinə mənfi təsir göstərməsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri