Icma.az
close
up
RU
Qadınlar bu sahələrdə işləyə bilməzlər ARAŞDIRMA

Qadınlar bu sahələrdə işləyə bilməzlər ARAŞDIRMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın sivil ölkələrində kişi və qadınların hüquqları bərabərdir, amma əmək qabiliyyətləri yox... Bu, bir tərəfdən qadınların xeyrinədir, hüquq da sənin tərəfində, komfort da...
Bəs qarşı tərəf?
Qadınlara qarşı belə güzəştli yanaşmalar kişiləri narahat edirmi?
Düzü, çox vaxt özləri də insanın bu zərif “variantı”nın ağır işlərdə çalışmasını istəməzlər, ancaq bəzi ölkələrdə mentalitet qanunları üstələdiyi üçün heç ümumi işlərdə də qadınları yormurlar. Məsələn, İranda qadınlar küçə süpürmür, zibil daşımırlar. Azərbaycanda küçə təmizlikçiləri əksər halda qadınlardan ibarət “komanda” olsa da, ikinci iş bir neçə istisna halları çıxmaq şərtilə kişilərin öhdəsinə düşür.
Ağır işləri kişilərin öz güclü çiyinlərinə götürməklərini anladıq, amma bir məsələ də var ki, ümumiyyətlə bu “kişi işi”dir deyib qadınları yaxın buraxmadıqları işlər də az deyil. Düzdür, son illərdə vəziyyət qadınların xeyrinə dəyişib. Ümumiyyətlə “kişi işi” ifadəsi, cəmiyyətin bəzi təbəqələrində hələ də mövcud olan gender ayrı-seçkiliyini əks etdirən anlayışdır. Bu anlayışa görə bəzi peşələr kişilərə məxsus hesab olunur və qadınların həmin sahələrdə çalışması ya təəccüblə qarşılanır, ya da arzuolunmaz sayılır. Qadınların fiziki və psixoloji olaraq bu işlərə uyğun olmadığını düşünənlər var.
Bu sahələr hansılardır?  Bakıvaxtı.az siyahını bizim.media-ya istinadən təqdim edir.
1. Hərb və hüquq-mühafizə orqanları,
2. Tikinti və ağır sənaye,
3. Fəhləlik, qaynaqçılıq, mexanika,
4. Yük və taksi sürücülüyü.
Üzdə qadının “zərif cins” sayılması səbəb göstərilsə də, əslində əxlaqi prinsiplər də öz sözünü deyir. Kişilərin çoxluq təşkil etdiyi bu sahələrdə qadının kişi kollektivində işləməsi xüsusən də şərq  mental düşüncələrə sığmır. Qadının belə sahələrdə işləməsi  həyat yoldaşı və ya atası tərəfindən də yaxşı qarşılanmır.
Bununla belə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində qadınlara rəsmən qadağan olunmuş peşələr var.
Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli olan işlər siyahısında şaxtaçılıq, mal-qara kəsən, yanğınsöndürən, buldozer maşinisti, bacaların və sobaların təmizləyicisi, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis kimi işlər yer alır. Amma fiziki işdə işləmədən, rəhbər işçi olaraq və ya sanitar-tibbi xidmətlər göstərən qadınların yeraltı işlərin yerinə yetirilməsinə icazə verilir.
Məlumat üçün bildirək ki, Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır.  Bundan başqa qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Dünyanın 104 ölkəsində bu tip qadağalar mövcuddur. Eyni zamanda, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir.

Bəzi ekspertlərə görə, müasir dünyada bu hal cinsiyyətinə görə insanın ayrı-seçkiliyə məruz qalması və əmək hüquqlarının pozulması kimi qəbul olunur.


BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunur. Belə ki, indiyədək hərb, siyasət, aviasiya sahələrində də qadınları görmək istəmirdilər. Amma bu sadalanan sahələrin bir çoxunda qadınlar artıq uğurla çalışmağa başlayıb və sübuta yetiriblər ki, problem heç də fiziki gücdə deyil, onun qarşısındakı sosial baryerlərdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri