Icma.az
close
up
RU
Qadınlar cəmiyyətdə aparıcı rola malikdir

Qadınlar cəmiyyətdə aparıcı rola malikdir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Cəmiyyəti heç vaxt qadınsız təsəvvür etmək mümkün deyil. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını, daim dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoymuş, Azərbaycan qadınlarının bilik və bacarıqlarına görə irəli çəkilməsini, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilməsini əsas vəzifə kimi prioritet hesab etmişdir.

Azərbaycan qadınına ən yüksək qiyməti məhz Heydər Əliyev verib. Ulu öndər Heydər Əliyev demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi özünü qadınlara göstərilən yüksək diqqət və qayğı ilə təcəssüm etdirir. Dünyəvi dövlət olaraq Azərbaycanda da 8 Mart rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması qadınlarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. “Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını təmin etmiş, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasını yaratmışdır.

Böyük şəxsiyyət Heydər Əliyevin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” imzaladığı Fərman qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur.

Məhz, Ulu Öndərin təşəbbüsü ilə həmin ildə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüşdür. Heydər Əliyevin iştirakı ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının I Qurultayı keçirilmiş və bu mötəbər tədbir dövlət gender siyasətinin tarixində mühüm hadisə olmuşdur. 1998-ci ildən başlayaraq hər beş ildən bir keçirilən bu qurultaylar dövlət gender siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I Qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”

Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür.

Bu gün dekomratik ölkələrdən gələn xarici qonaqlarımız da Azərbaycan qadınlarının ölkənin inkişafina çox böyük töhfə veridiyini məmnunluqla ifadə edirlər. Azərbaycan qadınları 100 ildən artıqdır ki, seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bir neçə il öncə Amerikanın “Foreign Policy News” xəbər portalında “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqalənin yayımlanması heç də təsadüfi deyildir. Məqaldə qeyd olunur ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdır. Həmçinin bildirilir ki, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan qadınlardan daha əvvəl seçki hüququ əldə etmişlər.

Azərbaycan qadınları son 30 ildə mühüm məsələlər ətrafında daim səfərbər olublar və gələcəkdə də bu istiqamətdə fəallıq göstərəcəklərinə əminik. Şübhəsiz ki, qadınlarımız ölkəmizin siyasi, iqtisadi və ekoloji gündəliyində duran vəzifələrin yerinə yetirilməsi üçün öz öhdəliklərinə əsl vətəndaşlıq məsuliyyəti ilə yanaşırlar. Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəal vətəndaşlıq mövqeyi sərgiləyirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının rolu olmasın. Qadınlar ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Qadınlar ictimai proseslərdə fəal iştirak edir, siyasətlə, sahibkarlıqla məşğul olur, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışır. Azərbaycan qadını dövlət qulluqçusudur, ictimai-siyasi xadimdir. Məhz bütün bunlar qadınlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bu gün hüquq və azadlıqları tam təmin edilmiş Azərbaycan qadınının səsi dünyanın ən yüksək kürsülərindən gəlir. Azərbaycan qadınları beynəlxalq tədbirlərə qatılır, öləmizin milli mənafeyini qoruyur, mədəniyyətimizi təbliğ edirlər.

Bu baxımdan, Azərbaycan qadınlarını beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyəti və dövlət qadın siyasətinin həyata keçirilməsinə verdiyi dəstək xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq və qadınların hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, tibb, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrdə həyata keçirilən irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına xidmət edir. O özünün həyat və fəaliyyəti ilə hər bir Azərbaycanlı qadını üçün nümunədir.

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu dövlət qadın siyasəti həyata keçirilir, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi dövlət siyasətində əsas istiqamətə çevrilib. Respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ildə-ilə daha da artır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Ən çətin və mürəkkəb sahələrdə qadınlar uğur qazanırlar. Bu isə Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin apardığı güclü qadın siyasətinin məntiqi nəticəsidir.

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri