Icma.az
close
up
RU
Qadınlar ən çox bu peşə sahibləri ilə evlənmək istəyir SİYAHI

Qadınlar ən çox bu peşə sahibləri ilə evlənmək istəyir SİYAHI

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Qızlar həyat yoldaşı seçimində hər zaman diqqətli olmağa çalışsalar da, yanılmaları  da qaçılmazdır. Ən yaxşısını axtarıb ən pisinə qismət olmaq və ya ümumiyyətlə əli havada qalmaq var. Ər seçimində ən xırda məsələlərə də fikir verən qadınların ilk növbədə diqqət yetirdiyi məsələ kişinin peşəsidir. Elə qızın valideynlərinin də elçilk mərasimində verdiyi ilk sual bəy namizədinin kim olması, harda işləməsi ilə bağlı olur.
Tanınmış tanışlıq xidmətlərinin gəldiyi ümumi nəticə budur ki, indi qızlar əsasən stomotoloqlara üstünlük verirlər. Güman ki, işi dişdən çıxan bu mütəxəssislər bəlkə də qadınları bir müddətlik də olsa susdura bilən tək-tük kişilərdəndir. Hər halda ağzı açıq halda heç kim danışa bilməz.
Respondentlər içərisində stomotoloqları ən çox bəyənən rus qızlarıdır.
İkinci yerdə isə İT mütəxəssisləridir. Bu susqun, başını aşağı salıb texnoloji işlərlə, proqramlarla məşğul olan kişilərin də yəqin elə susmağı qadınların diqqətini çəkib. Evdə çox danışan kişinin olması bir faciədir. Sakit, diqqətli, bütün günü kompüter arxasında oturan, arvadı dəng etməyən, hətta qısqanmağa vaxtı olmayan ər hər evə lazımdır.
Sosioloqlar deyirlər ki, bu iki peşədən olan kişilərin ailələrində nadir hallarda qalmaqallar, eləcə də pulla bağlı problemlər olur. Respondentlərin 43%-i öz həyatlarını hər hansı ixtisas üzrə həkimlə bağlamaq arzusundadır, 38%-i isə daha konkretdir və stomatoloqları seçir. Arqumentləri isə  “qızıl əllər” və məsuliyyətdir.
Bəs Azərbaycanda vəziyyət necədir? Müasir qızlar həyat yoldaşı seçimində kimi görürlər?
Azərbaycanda seçim daha çox ənənəvi dəyərlər, sosial status, maddiyat və valideynlərin təsiri ilə formalaşır. Sosioloq Aytac Həsənova Bizim.Media-ya bildirib ki, qızların və valideynlərin ən hörmətlə yanaşdığı namizədlər həkimlərdir:
“Sahəsindən asılı olmayaraq bütün həkimlər həmişə arzulanan namizədlər olublar. Bəlkə də əksər qızların xəyalından həkimə ərə getmək keçib, zamanla və ya taleyin qisməti ilə dəyişib.
Ümumiyyətlə uniformalı kişilər həmişə diqqət mərkəzində olublar. Ona görə də arzulanan kürəkənlərin arasında orqan işçiləri də üstünlük təşkil edir. Dövlət qulluqçularını da unutmaq olmaz. Kostyum və qalstuklu ciddi kişilər stabil və etibarlı ailə həyatına işarə kimi anlaşılır”.
Sosioloq deyir ki, bu sahələrə qızlardan çox onların valideynləri hörmətlə yanaşır. Peşəkar status və yüksək gəlir qızlarının daimi təminatı həm də özlərinin qürur mənbəyi deməkdir.
A.Həsənova müşahidələrinə əsasən son vaxtlar Azərbaycanda da İT mütəxəssislərinə maraq artdığını deyir. Getdikcə artan maaşlar və xaricdə işləmə perspektivləri ilə İT mütəxəssisləri yeni nəsil qızların maraq dairəsindədirlər.
Mütəxəssis bir neçə ilə qədər hərbçilərin də ön sıralarda yer aldığını deyir. Amma son vaxtlar gənc qızlarda hərbçilərin yaxşı ailə başçısi olmalarına şübhə yaranıb.
“Xüsusən də II Qarabağ müharibəsindən sonra hərbçilərə olan hörmət daha da artıb. Hər zaman da xilaskar, mərd oğullar kimi qəlbimizdə qalacaqlar. Amma bir məsələ də var ki, uzun müddət kişi kollektivində olan hərbçilər bəzi hallarda qadınlara qarşı həddindən artıq diqqət, ya da emosional qeyri-sabitlik göstərə bilirlər. Bu da onları sevib-seçən qızları narahat edir.
Sərt xüsusiyyətləri onların özlərini qadından üstün görməyi, qısqanclığı, eyni zamanda digər qadınlara həssaslıqları çaşdırıcı olur ki, belə ziddiyyətli davranışlar qadınları uzaq durmağa sövq edir. Təbii ki, bu hamıya aid edilə bilməz, amma son illərdə qızların bu sahəyə ehtiyatla yanaşmasının səbəblərindən biri budur”.(bizim.media.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri