“Qadınlar fiqurasını düzəldir, amma ağlını yox” Rəşid Mahmudov
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Estetik əməliyyatlar Allaha qarşı üsyandır, ağılsızlıqdır. Allah adamı necə yaradıb, elə də olmalıdır. Bu, qadınların axmaqlığı, zəka gerililiyidir”.
Bunu Musavat.com-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.
“Qadınlar fiqurasını düzəldir, amma ağlını yox. Heç görmüsünüzmü, bir adam gəlib desin ki, mənim ağlımı düzəlt. Müsəlmana belə şeylər yaraşmır. Bu, inkişaf demək deyil, əksinə, əqli gerilikdir. Özlərinə burun, qulaq, buynuz düzəltdirirlər. Normal adamlar belə şeylər etməz.
Xanımlarımız öz zəkaları üzərində işləmir. Bunun əvəzində gedib gözlərinin rəngini dəyişirlər. Ayıbdır, gələcəkdə bunun altını çəkəcəklər. Qadınlarımız milləti korladı”, - o bildirib.

Rəşid Mahmudov OD PÜSKÜRDÜ: Ağılsızlar!
18 Fevral 2025 14:22
“Borc alıb toylara salıram” Rəşid Mahmudov
30 Noyabr 2024 17:56
Tarixdə belə vəhşilik görülməyib Rəşid Mahmudov
26 Fevral 2025 15:49
Rəşid Mahmudov: “Borc alıb toylara salıram” VİDEO
30 Noyabr 2024 19:34
Kürəkənim 450 manat maaş alır Rəşid Mahmudov
02 Dekabr 2024 17:32

