Icma.az
close
up
RU
Qadınlar Günü niyə məhz bu gün qeyd olunur? 8 MARTIN TARİXÇƏSİ

Qadınlar Günü niyə məhz bu gün qeyd olunur? 8 MARTIN TARİXÇƏSİ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

8 Mart Beynəlxalq Qadınlar Günü ilin ən gözəl bayramlarındandır. Doğrudur, bu bayrama kommersiya gözü ilə baxanlar da az deyil. Amma ilin bir gününü qadınlara həsr etmək olduqca gözəl bir təşəbbüsdür.
Bu bayramın tarixi barədə nə bilirik?
Qadınlar günü ilk dəfə Qərbdə qadınların kişilərlə bərabər hüquqlar uğrunda mübarizəsi nəticəsində yaranıb. Bu mübarizənin başlanğıc nöqtəsi XIX əsrin ortalarıdır. 1848-ci ildə Amerikada Birinci Qadın Hüquqları Konfransı keçirildi və burada Hisslər Bəyannaməsi imzalandı. Həmin bəyannamədə qeyd edildi ki, kişilərdən heç də az vətənpərvər olmayan qadınlar bir sıra hüquqlardan məhrumdurlar.
Ona görə də Konfrans bütün dövlətlər üçün hədəf müəyyən etdi. Yəni, qadınların universitetlərdə təhsil almaq, layiqli və yaxşı maaşlı işləmək, boşanma halında uşağın qəyyumluğu, mülkiyyət, seçilmək və seçmək hüquqlarını tanınmalıdır. Bu Bəyannamə qadınların və kişilərin hüquqlarının genişləndirilməsi hərəkatının əsaslarını qoydu.
Klara Setkin və 8 Mart
ABŞ-dan sonra erkən feminist hərəkatlar da Qərbi Avropaya, ilk növbədə Böyük Britaniya və Skandinaviyaya, daha sonra Avstriya-Macarıstan, Polşa, Bolqarıstan və digər ölkələrə yayıldı. Çox vaxt feminist hərəkatlar da Almaniyada olduğu kimi sosialist xarakterli idi.
Alman qadınlarının bərabər hüquqlar uğrunda mübarizəsinin təşkilatçılarından biri sosial demokrat, sonra isə kommunist olan Klara Setkin idi. Məhz o, artıq mövcud olan 1 May kimi qadın hüquqlarına dəstək üçün beynəlxalq etirazlar gününün tətbiqi ideyasını irəli sürdü.
Doğrudur, Klara Setkin öz mübarizəsinin nəticəsini görə bilmədi. Lakin o özündən sonra bir mübarizə yolu qoyub getdi. 1917-ci ilin fevralından başlayaraq martın əvvəllərinədək həm ABŞ-da, həm də Avropada qadın hüquqlarına dair yürüşlər keçirilirdi.
8 Mart kimin bayramıdır?
1921-ci ildə Kominternin III Konqresi çərçivəsində keçirilən Kommunist Qadınlarının II Beynəlxalq Konfransında 8 Martın kommunist qadınların bayramı adlandırıldı. Günsə 8 Mart 1917-ci ildə rus qadınlarının yürüş keçirdikləri günün şərəfinə seçildi. Klara Setkin, Nadejda Krupskaya və Anna Kollontai kommunist mühitində bu günü və ümumilikdə qadın hüquqlarını fəal şəkildə təbliğ edirdilər.
8 Mart hansı ölkələrdə qeyd olunur?
1920-ci illərdən Beynəlxalq Qadınlar Günü ilk növbədə kommunist ölkələrində, o cümlədən Mərkəzi Avropa ölkələrində, eləcə də Çində qeyd olunur. 1960-cı illərdə Amerika və Avropada feminizmin ikinci dalğasının başlaması ilə mart ayı BMT-nin Beynəlxalq Qadınlar İli elan etdiyi 1975-ci ilə qədər müəyyən bir tarix olmasa da, ilk dəfə olaraq 8 Martı Qadınlar Günü kimi qeyd etməsinə baxmayaraq, yenidən qadınların öz hüquqları uğrunda hərəkat ayına çevrildi. İki il sonra təşkilat 8 Mart Beynəlxalq Qadınlar Gününün təsis edilməsi haqqında qərar qəbul etdi.
Bu gün Böyük Britaniya, Almaniya, Fransa, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Braziliya və Cənubi Koreya da daxil olmaqla, dünyanın 100-dən çox ölkəsi 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Birləşmiş Ştatlarda bütün mart ayı qadınlara həsr olunur və “Qadınlar Tarixi Ayı” adlanır.
8 Mart Azərbaycanda da rəsmi şəkildə qeyd edilir. Və bu gün qeyri-iş günü hesab olunur.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri