Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Amazon kütləvi ixtisarlara hazırlaşır

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Oktavian Romaya gələndə, çariça Misirə qayıtmaq qərarına gəldi. Bu vaxt o, Sezardan ikinci uşağına hamilə idi, lakin uşağın itirilməsi ilə hamiləlik sona çatdı.

Kleopatra özünə yeni dayaq axtarmalı idi. Mark Antoni ilə görüşəndə, onu Misirə dəvət etdi, çünki b.e.ə. 41-ci ildə artıq o, Tarsusda Antoni ilə yaxınlıq etmişdi. Misirə gələn Antoni burada çox dəbdəbəli saray həyatı sürürdü. Plutarx bu dövrü kiçik detallarla təsvir edir.

B.e.ə. 38-ci ildə Kilikya Kleopatranın nəzarətinə keçdi. O, Antoniyə Suriya yürüşü üçün 200 gəmi verdi. Kleopatra Antonidən ekiz uşaq - Helos adlı oğul və Selena adlı qız doğdu.

Antoninin Romada Oktaviaya evlənməsi Kleopatraya pis təsir göstərdi və Antoni Kleopatranı Antioxa çağırdı və qadın 3 yaşlı ekizlərini oraya gətirdikdə, ataları onları ilk dəfə gördü. B.e.ə. 35-ci ildə Antoni Kleopatranı Parfiya imperiyasına yaxın olan əraziyə gətirdi. Sonra qadın Misirə qayıtdı, çünki artıq ikinci dəfə yenə hamilə idi. B.e.ə. 36-cı ilin yayında o, Antonidən Ptolomey Filadelfus adlanan ikinci oğlunu doğdu.

Antoni b.e.ə. 35-ci ildə Parfiyaya qarşı ikinci yürüşə hazırlaşırdı. Bu vaxt Oktavia Afinaya səyahət etdi, o, özü ilə 2 min nəfərlik qoşun gətirmişdi. Lakin Antoni döyüşdə itkilərə məruz qaldı. Kleopatra ilə birlikdə o, Antioxa gəldi və Oktavia Romaya qayıtmalı oldu. Oktaviana bu, öz bacısının Antoninin qurduğu tələnin qurban olması tək acı bir təsir göstərdi.

B.e.ə. 34-cü ildə Antoni və Oktavian qızğın təbliğat müharibəsinə başladılar və bu mübarizə sonrakı illərdə də davam etdi. 33-cü ildə Oktavian Antonini Roma ərazisini Kleopatraya verməkdə ittiham etdi. Həmin ili Antoni Sezarionu Sezarın hüquqi varisi elan etdi. Bu vaxt 200 senator Antonini dəstəkləyirdi və Romadan qaçıb, onun tərəfinə keçdi.

Kleopatra döyüşmək üçün Antoniyə 800 gəmidən ibarət olan öz donanmasından 200-nü verəcəyini vəd etdi və Antonini məcbur etdi ki, Oktavianı boşama barədə Romaya xəbər göndərsin. Bu iki rəqib arasında təbliğat müharibəsini daha da gücləndirdi. Oktavianınkı ilə müqayisədə Antoninin donanması daha böyük idi. Kleopatra ilə birlikdə o, müttəfiq çarlardan da kömək almışdı.

B.e.ə. 31-ci ilin 2 sentyabrında Aktsium dəniz döyüşündə Oktavianın donanması ilə Antoni və Kleopatranın qüvvələri üz-üzə gəldi. Kleopatra öz flaqman gəmisində idi, lakin tezliklə döyüş yerindən qaçdı, Antonini qorxaqcasına tək qoydu. Antoni də döyüşməyi davam etdirməyi unudub, Kleopatranın dalınca getdi. Sentyabrın 3-də Antoni məğlub oldu, onun qoşunları da Oktavianın tərəfinə keçdi.

Oktavian Afinanı işğal etdi; Antoni və Kleopatra isə Misirə döndülər. Kleopatra qorxurdu ki, Aktsium məğlubiyyəti xəbəri Aleksandriyada qiyam qalxmasına səbəb ola bilər. O, taxt-tacını oğlu Sezariona verməyə hazırlaşırdı. 30-cu ilin yazında Oktavian Aleksandriyaya tələsdi. Antoninin donanması da, süvari dəstəsi də Oktaviana təslim oldu. Oktavian Aleksandriyada sarayı da işğal etdi və Kleopatranın üç uşağını əsir götürdü. O, Kleopatranı da Romadakı triumfdan keçirməyi planlaşdırırdı.

Kleopatraya dedilər ki, Oktavian onu və uşaqlarını Romaya aparacaqdır. Bu vaxt Antoni özünü intihar etmişdi. Misir isə artıq Romanın əyalətinə çevrilmişdi. Kleopatra triumfda nümayiş etdirilmək kimi təhqirdən xilas olmaq yollarını arayırdı. Öz sərdabəsində gizlənən Kleopatra ilanın sancması ilə özünü öldürdü. O, öləndən sonra Antonidən olan uşaqları Romaya gətirildi və onları alicənablıq göstərən Oktavia böyütdü. Sezarionu isə Orktavian özünə rəqib hesab etdiyindən, öldürtmüşdü.

Kleopatra sonuncu Misir çariçası olmaqla, dövlətçilik müstəqilliyi naminə hər vasitəyə əl atmışdı, lakin niyyəti baş tutmadıqda, intihar yolu itlə həyatdan getmişdi.

Çin imperatriçəsi

Bu qadının şəxsi adı U Jao idi, bizim eranın 660-705-ci illərində Çinin imperatriçəsi olmuşdu. Əvvəlki dövrlərdə digərləri ilə birlikdə, sonra isə dövləti təkbaşına idarə etmişdi. Onun əri taxt-tacda olanda, imperatriçə-arvad kimi fəaliyyət göstərmişdi. 660-690-cı illərdə oğlanları imperator olanda, o, dul qadın fəaliyyəti ilə məşğul olmuş, 660-705-ci illərdə əslində birbaşa Çini idarə etmişdi. O, Çin tarixində yeganə hökmdar idi ki, onun legitimliyi geniş surətdə tanınırdı. Hökmdarlıq etdiyi 45 il ərzində Çin dünyada böyük qüdrətə yiyələnmişdi, burada mədəniyyət və iqtisadiyyat geniş inkişaf etmişdi. Həm də saraydakı korrupsiya xeyli azalmışdı.

Lakin onu dövlət çevrilişi ilə taxt-tacdan götürdülər və bundan bir neçə ay sonra o, öldü.

Erkən ömrü vaxtı U imperator Taconqun kənizi olmuşdu. Həmin imperator öldükdən sonra onun doqquzuncu və həm də varisi olan oğluna ərə getdi. U imperatriçə-arvad olmaqla, qadınlar arasında ən yüksək rütbəyə yiyələnmişdi. Onun hakimiyyəti imperatora xas olandan fərqli idi və saraya nəzarət etməyə başladı.

İmperator 660-cı ildə ürək zərbəsinə məruz qaldıqda, U sarayın inzibatçısına çevrildi. 683-cü ilə kimi imperator səlahiyyətlərinə yiyələndi. 683-cü ildə isə imperator oldu. Varisin 17 yaşı olana qədər qadın hökmranlıq edə bilərdi. U isə ənənəni pozub, imperatorun oğlanlarını idarəçiliyə yaxın qoymamaqla, tam hakimiyyəti ələ keçirdi. O, ölkənin Tan adını da Cou ilə əvəz etdi, özünün royal adını da Li-dən U-ya dəyişdirdi. Həm də o, özünə imperator kimi rəsmi mərasim keçirdi.

İmperatriçə U Çinin ən böyük imperatorlarından biri sayılır. O, hər şeydən əvvəl, möhkəm liderliyi və səmərəli idarəetməsi ilə seçilirdi. Bunlar Çini dünyanın ən qüdrətli millətlərindən birinə çevirdi. Çin imperiyasının ərazisi xeyli genişləndi, Mərkəzi Asiyanın dərinliklərinə qədər uzandı. O, Koreya yarımadasında müharibələr apardı, yeni ərazilər işğal etdi. Çin cəmiyyətində sosial siniflərin nüfuzunu zəiflətdi, lakin ölkədə təhsil və ədəbiyyat inkişaf etdirildi.

U islahatların açarı rolunu oynayırdı, imperial imtahan sistemi yaratmışdı. Bu sistem Çində meritokratiyanın təşəkkül tapmasında mühüm rol oynadı. Yaradılan rəqabət sistemi məmur dəstəsinə istedadlı adamların daxil olmasını asanlaşdırdı. O, həm də çox sayda tikililər inşa etdirirdi. Bütün bunlarla yanaşı, onun əsl karyerası siyasi liderlik idi.

U həmçinin fəal ailə həyatı yaşayırdı, onun dörd oğlu var idi. Nəvələri isə sonralar mühüm vəzifələr tutdular.

Çin tarixində U bir sıra titullarla tanınır. Uşaq vaxtı, valideynləri onu kitab oxumağa həvəsləndirmişdi, öz təhsili ilə dövrə xas olmayan bir qaydada məşğul olurdu. O, musiqiyə, kalliqrafiyaya, ədəbiyyata, tarixə, siyasi xadimlərə və digər idarəçilik işlərinə böyük maraq göstərirdi. 14 yaşında o, artıq imperial sarayda kəniz idi, onun buradakı vəzifəsi katibə tipində idi. Saraya yollananda, ondan ayrıldığına görə ağlayan anasına belə cavab verdi: "Sən hardan biləsən ki, bu, Göylər oğlu ilə görüşmək üçün mənim xoşbəxt taleyim deyildirmi". Anası qızının ambisiyasını anladı və ağlamağını kəsdi.

U sarayda imperatorun xoşuna gəldi və onunla bir dəfə intim yaxınlıq etdi. Bununla da o, imperatora güclü təsir göstərmək imkanına yiyələndi. İmperator 649-cu ildə öləndə, taxt-tacda onu kiçik oğlu əvəz etdi. Hələ atasının sağlığında, onun U ilə yaxın əlaqəsi olmuşdu.

650-ci ildə arvad olan U imperatorun kənizi kimi böyük rütbəli titula malik idi və tədricən möhkəm nüfuz qazandı. Qəbul edilən qərarların çoxuna o, nəzarət edirdi. Ancaq rəhmsiz bir qadın kimi tanınırdı, hətta öz uşaqlarını öldürməkdən də çəkinməmişdi. Qədim Çin inamını qəbul etməli idi ki, qadın, imperator hakimiyyətinə yiyələnə bilməz.

650-655-ci illərdə o, imperial arvada çevrildi. İmperator 21 yaşında taxt-taca gəlmişdi, taca onun özündən böyük olan iki qardaşı deyil, məhz onun özü  yüksəlmişdi. Lakin onun öz arvadından xoşu gəlmirdi. 652-ci ildə U-nun imperatordan ilk uşağı oldu. Bir il sonra o, digər oğlunu doğdu, sonra bir qız uşağı doğuldu. Lakin körpə tezliklə öldü. İmperatorun yaxını Uanı qətlə yetirməkdə U ittiham edildi və o, özünü təmizə çıxara bilmədi.

U imperatriçə olanda çoxlarını, o cümlədən öz ailə üzvlərini hədəf götürmüşdü. 684-cü ildə o, 12 nəfəri edam etdirdi, onların hamısı imperial ailənin qanına məxsus idi.

U-nun tədbirlərinin çoxu populyar olmaları ilə seçilirdi və bu, onun hökmranlığına köməklik göstərirdi. O, öz mövqeyini möhkəmləndirmək üçün hərbi və diplomatik bacarığından geniş istifadə edirdi. Onun ən yüksək islahatlarından biri imperial imtahan sistemini inkişaf etdirmək idi. Meritokratiyanın tərkib hissəsi olan bu sistem bizim eradan əvvəl, Xan sülaləsi vaxtı meydana gəlmişdi. Bu sistemə görə daha yaxşı təhsil almış iddiaçı hökumət xidmətinə götürülməli idi. Dövlət işinin nəzəriyyəsi və praktikası rolunu oynayan bu sistemin imtahanlarında yalnız kişi cinsinə məxsus olanlar iştirak edə bilərdi. Belə seçim hökumət bürokratiyasını xeyli dərəcədə inkişaf etdirirdi. İmtahan sistemi idarəetmədə başlıca dəyişiklikləri əmələ gətirdi. Hökumət vəzifələrinə əvvəllər yaxın düşə bilməyən və əyalətdən olan adamlar irəli çəkilirdi. Seçimdə ləyaqət prinsipi, meritokratiyanın tələbləri vacib sayılırdı, protektsionizm hallarına yol verilmirdi.

U-nun sarayı ədəbi yaradıcılığın fokusu rolunu oynayırdı. İmperatriçənin özünün yazdığı 46 poema Tan poemaları külliyyatında toplanmışdı. Onlardan çoxu siyasi nəticələrə xidmət etmək üçün yazılmışdı. U həm də sarayın digər yaradıcı adamlarına da himayəçilik edirdi.

Janna d`Ark - Fransanın milli qəhrəmanı

Janna d`Ark 1412-ci ildə Fransanın şimal-şərqindəki Domremi kəndində anadan olmuşdur. 1431-ci ilin mayında ölmüşdür. O, Müqəddəslər siyahısına salınmışdı, axı o, Fransanın həm də milli qəhrəmanı hesab olunurdu.

Kəndli qızı olan Janna inanırdı ki, o, ilahi qüvvələrin təsiri altında hərəkət edir. Fransız ordusuna başçılıq edərək, Orleanda möhtəşəm qələbə qazandı. İngilislərin Yüz illik müharibədə Fransanı bütünlüklə işğal etmək cəhdini isə ilk dəfə olaraq dəf etməyə müvəffəq olmuşdu. Sonrakı ildə o, əsir götürülmüş, ingilislər və onların kalloboranatları tərəfindən tonqalda yandırılmışdı. Bu qız öz müasirləri arasında ən böyük milli qəhrəmana çevrilmişdi və onun uğuru fransızların sonrakı milli mübarizəsini oyadaraq, ona güclü təkan vermişdi.

II Dünya müharibəsində Fransa müqavimət hərəkatının lideri general Şarl de Qoll ingilislər onun təşəbbüs xarakterli təklifini başa düşməyəndə demişdi ki, mən Janna d`Arkam, vaxtilə ingilislər onu tonqalda yandırmışdılar, indi mənimlə də belə rəftar edə bilərsiniz.

Janna Domremidəki fransız fermerinin qızı idi, bu kənd Lotaringiyanın sərhədində yerləşirdi. İngilisləri dəf etmək ideyasını ona yol göstərən böyük mələk Müqəddəs Mixail, Aleksandriyadan olan Müqəddəs Marqaret təlqin etmişdi. Janna həm ruhi, həm də fiziki igidliyə malik idi, sağlam düşüncədə möhkəm olmaqla yanaşı, digər xarakterik atributlara da sahib idi.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see257

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see188

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see180

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see143

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see132

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see126

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see121

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri