Qadınlar kişi stomatoloqlara GETMƏYƏCƏK bu ölkədən QADAĞA
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Əfqanıstanın Kəndəhar şəhərində Taliban hökuməti qadınların kişi stomatoloqlara müraciət etməsini qadağan edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Bildirilir ki, Taliban döyüşçüləri şəhərdəki bütün stomatoloji klinikalardan qadınları çıxarıb və onlara kişi həkimlərin qəbuluna getməməyi əmr ediblər.
Talibanın hakimiyyətə gəlməsindən sonra Əfqanıstanda qadınların hüquqlarını məhdudlaşdıran bir sıra addımlar atılıb. Son vaxtlar ölkə hökuməti universitet proqramlarından qadın müəlliflərin kitablarını çıxarıb və insan hüquqları, cinsi təcavüz mövzularını əhatə edən 18 fənni tədris etməyi qadağan edib. Qadağan olunan 680 kitabın təxminən 140-ı qadın müəlliflər tərəfindən yazılıb.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Sentyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















