Icma.az
close
up
RU
Qadınlar məcburi hərbi xidmətə cəlb olunur

Qadınlar məcburi hərbi xidmətə cəlb olunur

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Avropa müdafiəni gücləndirir   


Ukraynadakı müharibə səbəbindən tez-tez gərgin anlar yaşayan Polşanın Baş naziri Donald Tusk ölkədəki bütün kişilərin hərbi təlim keçməsi üçün işlərin davam etdiyini açıqlayıb. Rusiyanın 1,3 milyon, Ukraynanın isə 800 min əsgəri olduğunu bildirən Tusk, öz ölkələrində cəmi 200 min civarında olan əsgər sayını 500 minə çatdırmaq istədiklərini açıqlayıb. "Müharibə vəziyyətində biz istəyirik ki, Polşadakı bütün kişilər bu sahədə təlim keçsinlər və ehtiyatda olan hərbi gücümüz potensial təhlükələrlə üzləşmək üçün kifayət etsin", deyə Polşa lideri Tusk bildirib.

“Sherg.az” “Milliyet.com.tr”nin BBC (Türkcə)dən əldə etdiyi məlumatı təqdim edir. Məlumatda qeyd olunur ki, Avropanın bir neçə ölkəsi müdafiə imkanlarını genişləndirmək üçün qadınların orduya cəlb olunmasını məcburi edib. Əsas səbəb Rusiyanın Ukraynaya hərbi təcavüzüdür. Bu, bəzi Avropa ölkələrinin məcburi hərbi xidmətə baxışını da dəyişib. Coğrafi baxımdan Rusiyaya daha yaxın olan ölkələr bu sahəyə xüsusi diqqət ayırır. Ölkələrin bir çoxu mümkün müharibə təhlükəsinə qarşı ordularını gücləndirməyə çalışırlar. Polşa lideri Tuskun planı işə düşsə, Rusiyanın bütün Avropa qonşuları gələn ilə qədər hərbi xidmətə qayıdacaqlar. Qərbi Avropanın bir çox ölkəsi İkinci Dünya müharibəsindən və ya Soyuq müharibədən sonra hərbi xidmətə çağırışı ləğv etdi. Lakin qitədə bu təcrübədən əl çəkməyən ölkələr də olub. Bu ölkələrlə yanaşı, Ukrayna, Litva, İsveç və Latviya da son illərdə hərbi xidmətə çağırışı bərpa ediblər. BBC-yə danışan Böyük Britaniyanın keçmiş müdafiə naziri Tobias Ellvud deyib: “Biz ABŞ-nin Avropaya verdiyi təhlükəsizlik zəmanətlərini geri götürdüyünü və Trampın Ukrayna əvəzinə Rusiya ilə ittifaq qurduğunu görürük”. Beləliklə, Avropada hərbi münaqişə riski daha böyükdür. Bu, nəsildə bir dəfə olan müdafiə dəyişikliyi tələb edir. İsveç və Norveçdə qadınlar üçün də hərbi xidmət məcburidir. Bəzi ölkələrdə onlar könüllü olaraq orduya gedə bilirlər. İngiltərədəki qadın əsgərlər də artıq qızğın qarşıdurmalarda iştirak edə biləcəklər. Həmçinin 2026-cı ildən Danimarkada, 2028-ci ildən isə Latviyada qadınlar üçün hərbi xidmətin icbari olması planlaşdırılır ki, burada da qadınlar hazırda könüllü olaraq hərbi xidmət keçmək hüququna malikdirlər. Yenə də Avropada hərbi xidmətə çağırış ideyası populyar deyil. Keçən il "Gallup" araşdırma firmasının sorğusuna əsasən, Avropa Birliyi vətəndaşlarının yalnız 32 faizi ölkələri işğal olunarsa, döyüşməyə hazır olacaqlarını bildirib. İtaliya, Avstriya və Almaniya vətəndaşları təkcə Aİ-də deyil, bütün dünyada ölkələrinə təcavüz edilərsə, döyüşməkdən ən çox çəkinənlərdir. ABŞ-də yerləşən Karnegi Beynəlxalq Sülh Fondundan Sofia Besç və Katrin Uitsqardın fikrincə, icbari hərbi xidmət də böyük maliyyə yükü daşıyır. Bu yük həm çoxlu sayda insanı evlə təmin etmək, həm qidalandırmaq, həm də insanların karyeralarına fasilə verdikləri zaman iqtisadiyyata təsirindən qaynaqlanır. Digər tərəfdən, ekspertlər bildirirlər ki, Danimarka, İsveç və Litva kimi bəzi ölkələr əsgərlərə peşə təhsili, hərbi xidmət zamanı maaş və sonradan məşğulluq imkanları təklif etməklə hərbi xidməti daha cəlbedici etməyə və onun iqtisadi təsirlərini tarazlaşdırmağa çalışırlar. Onlar həmçinin bildirirlər ki, Estoniyada İT işçiləri orduda olduğu kimi eyni sahədə qiymətləndirilir və karyeralarına yeni bacarıqlarla qayıdırlar. Ekspertlər əlavə edirlər ki, hər bir ölkənin vəziyyəti və ehtiyacları fərqli olduğu üçün bu məsələdə bütün ölkələrə uyğun olacaq formul yoxdur və hər bir ölkə öz həllini yaratmalıdır. Hərbi xidmətin məcburi olduğu Avropa ölkələrində dini, siyasi və ya əxlaqi səbəblərə görə hərbi xidmət keçmək istəməyənlərə əqidəsinə görə hərbi xidmətdən boyun qaçırma hüququ verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see404

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see398

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see309

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see301

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see298

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see295

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see282

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see275

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see267

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see265

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see236

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see234

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see230

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see216

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see204

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see198

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see190

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see187

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri