Icma.az
close
up
RU
Qadınlar seksdən niyə soyuyur? SƏBƏBLƏRİ

Qadınlar seksdən niyə soyuyur? SƏBƏBLƏRİ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cinsi istəyinizdə azalma olduğunu hiss edirsinizsə, bunun bir çox səbəbləri ola bilər.

Münasibətinizdə olan problemlər cinsi istəyi azaldan səbəblərə başçılıq edir.

Əgər sizə dəyər verilmədiyini düşünürsünüzsə və ya münasibətinizdə sevgi, yaxınlıq hiss etmirsinizsə, cinsi əlaqədə həvəsli olmağınız ehtimalı da azalacaq. Əgər tərəf müqabilinizə nifrət edirsinizsə, istifadə edəcəyiniz heç bir dərman istəyinizi yüksəltməyəcək. Ancaq münasibətinizdə problem yoxdursa, tibbi baxımdan da cinsi istəyi azaldan səbəblər mövcuddur.

Kifayət qədər yatmamaq

Gündə 7-8 saat yuxu almaq məsləhətdir. Gün ərzində daha çox qəhvə içmək başqa problemlərə də yol açır. Aparılan araşdırmalarda çox yatan qadınların ertəsi gün daha yüksək cinsi istəyə sahib olduğu sübut edilib. Hətta hər artan yuxu saatında cinsi istək 14% artır.

Əgər yuxu probleminiz varsa, bitki mənşəli çaylar, yatmazdan əvvəl yoqa və ya isti duş kimi rahatlaşdırıcı üsullardan yararlanın.

Çox kimyəvi maddələr qəbul etmək

Aparılan araşdırmalarda müşahidə edilib ki, sidiyində "ftalat" adlı qatqı maddəsi çox olan qadınlarda cinsi istəksizlik riski 2.5 qat artır. Ftalat maddəsinin kişilərdə endokrin sistemə təsir etməsi isə başqa bir araşdırmada sübut edilib. Bu araşdırma maddənin qadınlardakı hormonlara da təsir etdiyini müəyyənləşdirib. Xüsusilə libidoya təsir edərək, estrogen və testosteron hormonlarında dəyişikliyə səbəb olur. Tədqiqatçılar qidalarda olan xüsusi ftalat növünə diqqət yönəltsələr də, bənzər maddələr gündəlik məhsullarda da mövcuddur. Daha çox işlənməmiş və üzvi qidalar yeməklə kimyəvi təsirlərə məruz qalma nisbətini azalda bilərsiniz.

Depressiyada olmaq

Depressiya şikayəti olan qadınların orqazm olması çətinləşir. Eyni zamanda depressiya əleyhinə dərmanlar da cinsi istəyə mənfi təsir edə bilər.

Menopauza olmaq

Menopauza olmağın müsbət tərəfi menstruasiya dövrlərinin çətinliklərindən xilas olmaq olsa da, dəyişən hormon səviyyələri cinsi istəyi azaldır. Menopauzadan sonrakı dövrdə qadınların yarısından çoxu cinsi istəksizlik yaşadığını bildirir. Bir qadın yaşlandıqca qanda estrogen və testosteron hormonları azalır. Bu hormonlar isə cinsi arzu ilə əlaqəlidir. Həmçinin vaginal quruluq da bu dövrdə yaşanır və cinsi əlaqə əsnasında artan ağrı riski qadını seksdən soyudur.

Mükəmməl olmaq

Bəzi qadınlar düşünür ki, həyat yoldaşları onlardan mükəmməl olmalarını gözləyir. Bu düşüncə də qadınlarda cinsi istəksizlik yaradır. Çünki tərəf müqabillərindən hiss etdikləri təzyiq özünəinamı azaldır və cinsi qayğını artırır. Bu da normal olaraq libidoya pis təsir edir.

Vacib işlər

Qadınların cinsi istəklərinin yüksək olması üçün rahat olmaları və bütün diqqətlərini zövqə yönəltmələri vacibdir. Hər kəsi özündən əvvəl düşünmək diqqəti dağıdır. Həyatın stress faktorları isə seksi düşünməyi çətinləşdirir. Kişilərə nisbətən stressli qadınların cinsi həvəsə istiqamətlənmələri daha çətin olur. Stress yaradan faktor aradan qalxanda isə cinsi istək də normala qayıdır.

Yeni bir dərman atmaq

Dərmanlar hormon səviyyəsini dəyişdirə bilər, bu da libidonu azaldır. Xroniki problemləri müalicə etmək üçün istifadə edilən bir çox dərman, doğuş həbləri və antidepressantlar cinsi istəyi azalda bilər. Hətta antidepressantlar orqazm olmağı qeyri-mümkün hala da gətirər. Əgər dərmana başladıqdan sonra cinsi istəyinizin dəyişdiyini hiss edirsinizsə, çəkinməyin və həkiminizlə əlaqə saxlayın.

Hamilə olmaq

Bəzi qadınlar hamiləlik müddətində cinsi istəyin artdığını hiss edir, bəziləri üçün isə seks ağıllarına gələn ən son şey olur. Bir çox hallarda cinsi istək 9 ay ərzində dalğalanır və nə qədər rahat hamiləlik keçirsəniz də, buna təsir edir. Ancaq istəyiniz azaldıqda ən azı bunun normal olduğunu bilərək rahat olun.

Lent.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri