Qadınlar üçün ən yaxşı idman növləri müəyyən edilib
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qadınlar üçün ən faydalı idman növləri yoqa, güc məşqləri, çanaq dibinin əzələləri üçün məşqlər, eləcə də aerob yüklər — o cümlədən gəzinti və üzgüçülük hesab olunur.
Redaktor.az xəbər verir ki, bu barədə əməkdar həkim, estetik ginekologoq İnna Apolixina "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə danışıb.
Həkimin sözlərinə görə, məşqlər bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır və istənilən yaşda qadınlar üçün faydalıdır. Fiziki aktivlik insulin və kortizol səviyyəsini azalda bilər. Bu hormonların artıqlığı yumurtlamanın pozulmasına səbəb ola bilər. İdman həmçinin estrogen və progesteron hormonlarının balansını tənzimləyir ki, bu da menstrual dövrün və məhsuldarlığın normal gedişi üçün vacibdir. Üstəlik, idman stres səviyyəsini də azaldır.
Bununla belə, məşqlər orta intensivlikdə olmalıdır. Həftədə ümumilikdə 150 dəqiqə, yəni gündə 20-25 dəqiqə məşq tövsiyə olunur. Bu, həm hamilə qadınlara, həm də premenopauza və menopauza dövründə olanlara aiddir. Hamiləlik zamanı fiziki aktivlik hamiləlik diabeti riskini azaltmağa, bel və çanaq əzələlərini gücləndirməyə, doğuş zamanı ağrıları azaltmağa kömək edir. Menopauza dövründə isə məşqlər istilik basmaları (qızdırma hissi) epizodlarının intensivliyini və tezliyini azaldır, əhval-ruhiyyədəki dəyişkənliyi nizamlayır və sümük kütləsinin itirilməsini yavaşlada bilər.
Xədicə BAXIŞLI
Baxış sayı:121
Bu xəbər 01 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















