Icma.az
close
up
RU
Qadınlar, yoxsa kişilər daha rahat ALICIDIR?

Qadınlar, yoxsa kişilər daha rahat ALICIDIR?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər zaman qadınlarla kişilər arasında təzadlar, fikir ayrılıqları olub. Bu fərqlilik gündəlik həyat tərzində də özünü açıq şəkildə göstərir. Əksər məsələlərdə qadınların yanaşması kişilərdən tam fərqlənir.
 

Belə fərqliliklərdən biri də alış-verişə olan münasibətdir. Məsələn qadınlar alış-veriş zamanı daha detallı, planlı və diqqətli davranırlar.


Onlar məhsulları müqayisə edir, keyfiyyət və qiymətə xüsusi önəm verirlər. Bu səbəbdən qadınlar daha düşünülmüş seçim edən alıcı hesab oluna bilər.
Kişilər isə adətən daha tez qərar verirlər.
Onlar uzun araşdırmaya vaxt ayırmaqdansa, konkret ehtiyaclarını qarşılayan məhsulu seçib prosesi qısa zamanda bitirməyə üstünlük verirlər. Buna görə kişilər “sürətli alıcı” kimi daha rahat görünə bilərlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan marketoloq Elxan Mərdanlı kişilərin daha rahat alıcı olmasını onların qərarvermə hissinin daha güclü olması ilə əlaqələndirib:
 

“Ümumiyyətlə kişilərin alış-veriş ənənələri qadınlardan fərqlidir. Belə ki, kişilər ehtiyac duyduqları vaxt alış-veriş edirlər. Qadınlarsa bir çox hallarda ehtiyac duymadıqları hallarda belə alış-verişə gedirlər.


Kişi mağazaya daxil olanda nə alacağını dəqiq bilir. Bəlkə on görə ki, kişilər üçün geyimlər heç də geniş çeşidə malik deyil. Ona görə də nə alacağına qərar vermək kişilər üçün daha rahatdır.
Məsələn, kişi düşünür ki, “toya gedirəmsə, mənə kostyum lazımdır”, “havalar soyuyub, bir kurtka alım” və s.
Amma qadınlarda vəziyyət fərqlidir.

Nəzərə alaq ki, qadınlar geyimlərini tək özləri üçün yox, həm də digər qadınlara görə seçirlər.
 

Biz çox zaman elə düşünürük ki, qadınlar yalnız kişilər üçün geyinib, bəzənirlər. Əslində elə deyil. Qadınlar daha çox digər qadınlar üçün bəzənib geyinirlər.


Bir anlığa göz önünə gətirin ki, bir qadın digər qadının geyiminə, makiyajına və hətta saç düzümünə kişilərdən daha çox fikir verir”.
Müsahibimiz hesab edir ki, kişilərin alış-verişi daha rahat olduğu qədər, onlara mal satmaq daha asandır:
“Heç bir qadın aldığı geyim barədə qəti qərar vermir. İstənilən seçimində qadın nigaran qalır.
Bu da onunla bağlıdır ki, qadınlar kişilərdən fərqli olaraq daha mükəmməl və daha gözəl görünmək istəyirlər. Bu da onların seçim imkanlarını xeyli çətinləşdirir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Dekabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri