Icma.az
close
up
RU
Qadınlara BƏD XƏBƏR: Süni intellekt sizi işsiz qoyacaq

Qadınlara BƏD XƏBƏR: Süni intellekt sizi işsiz qoyacaq

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son üç il ərzində süni intellektin (Sİ) geniş istifadə olunmağa başlaması ilə demək olar ki, bütün sahələrdəki bizneslər bu texnologiyanı mənimsəməyə çalışır.

2024-cü ilə qədər 5.000-dən çox işçisi olan şirkətlərin 50 faizdən çoxu süni intellektdən istifadə etməyə başlayıb. Bu texnologiya işəgötürənlər üçün daha çox məhsuldarlıq və daha az xərc, yəni əmək haqqına qənaət deməkdir.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Süni intellektin iş bazarına təsiri: Qorxulu gələcəkmi?

Süni intellektin sürətli inkişafı artıq əmək bazarına ciddi təsirlər göstərməyə başlayıb. Dünyanın müxtəlif ölkələrində işçilər Sİ texnologiyalarının az sayda texnologiya nəhəngi tərəfindən idarə olunan bir gələcəyə yol açmasından narahatdırlar.

Yeni məzunların işə qəbul səviyyəsi tarixi minimuma düşüb, tam ştatlı iş yerləri azalıb, yerini frilans və müqaviləli işlərə verib. CV-lərdə yalan məlumatlar artıb, çünki iş tapmaq prosesi çətinləşib və rəqabət sərtləşib.

Bəzi texnologiya liderləri texnologiyanın insanı problemlərdən azad etdiyini iddia etsə də, tarix göstərir ki, texnoloji inkişaflar mövcud sosial bərabərsizlikləri daha da dərinləşdirə bilər. Süni intellektin təlim aldığı məlumat bazalarında gender və irqi ayrı-seçkilik halları artıq müşahidə olunub.

BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatına əsasən, süni intellektin qadınların məşğulluğuna mənfi təsiri daha yüksəkdir. Xüsusilə yüksək gəlirli ölkələrdə bu fərq daha aydın görünür.

ABŞ və digər inkişaf etmiş ölkələrdə qadınlar üçün yüksək avtomatlaşdırma riski 9.6%-ə çatıb, bu da kişilər üçün olan 3.5%-lik göstəricidən xeyli yüksəkdir.

Qadınların daha çox çalışdığı katiblik, inzibati və məlumat daxil etmə işləri süni intellektlə asanlıqla əvəz oluna bilir. İş saatları baxımından qadınlar artıq kişilər qədər çalışsa da, əməkhaqqı bərabərsizliyi davam edir. Çünki qadınlar əlavə olaraq daha çox vaxtlarını ödənişsiz ev işlərinə sərf edirlər.

Süni intellektlə bağlı planlar

OpenAI və iPhone-un yaradıcıları tərəfindən hazırlanmaqda olan naməlum süni intellekt cihazı da diqqət çəkir. Bu cihaz nə klassik smartfon, nə də ağıllı eynək olacaq. Onun daha çox iPod Shuffle-a bənzəyəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri