Icma.az
close
up
RU
Qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi Mələk restoranında dava düşdü

Qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi Mələk restoranında dava düşdü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda 2024-cü ilin sentyabrın 15-də əsgər yola saldı məclisində baş verən dava ilə olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu iş üzrə 1995-ci il təvəllüdlü Firdovsi Məmmədov təqsirləndirilən şəxs qismində mühakimə edilib. O, həmkəndlisi Railə xəsarət yetirməkdə ittiham edilib. 
Belə ki, Firdovsi 2024-cü ilin sentyabrın 15-də, saat 20 radələrində, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Mələk” şadlıq sarayında həmkəndlisinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar təşkil olunmuş musiqili məclisdə iştirak edib. O, sərxoş vəziyyətdə məclisin keçirildiyi zalda oynayan həmkəndlisi Railə yaxınlaşıb və rəqisinin dayandırmasını, yerinə keçərək oturmasını deyib. 
Bu zaman onların arasında mübahisə yaranıb. Firdovsi Railin üzərinə hücum edib, təpik və yumruqları ilə baş, bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Firdovsinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Firdovsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Sabirabad rayon Kürkəndi kəndində yaşayır: “Əmim nəvəsi Anar Məmmədlinin hərbi xidmətə gedəcəyim ilə əlaqədar sentyabrın 15-də Sabirabad şəhərində yerləşən “Mələk” şadlıq sarayında məclis təşkil olundu. Həmin məclis saat 17-də başladı. Məclis musiqili olmaqla məclisdə spirtli içki olan araq da verildi. Mən də həmin məclisdə iştirak etmişəm. Məclisdə də təxminən 40 nəfərə yaxın qohum-əqrəba və kənd sakinləri iştirak etdi. Mən yemək yeyərkən təxminən 500 qram araq içdim. Həmkəndlim Rail də həmin məclisdə iştirak etdi. Saat 20 radələrində onun musiqi sifariş verərək rəqs etdiyini gördüm. Rail rəqs edəndə qadınlardan da rəqs edən olub. Railin qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi. Buna görə də oturduğum yerdən qalxdım və Railə yaxınlaşaraq onun qulağına söyüşlə söz deyərək yerində oturmasını dedim. Bu sözümdən sonra Rail mənə qarşı ucadan nalayiq söyüş söyərək əlləri ilə yaxamdan kənara itələdi. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Rail bir dəfə yumruqla sifətimin sol tərəfindən vurdu. Railin zərbəsinin təsirindən arxaya getməklə səndələdim. Lakin yerə yıxılmadım. Rail məni vurduğu üçün onun üzərinə getdim. Amma ətrafda olan şəxslər məni və Raili kənara çəkdikləri üçün bir-birimizi vura bilmədik”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra məclisdə olan həmkəndliləri onu zaldan dəhlizə çıxarıb: “Bundan təxminən 10 dəqiqə sonra zala qayıdaraq məclisdə iştirak etdim. Mən zala qayıdarkən artıq Rail zalda olmayıb. Mən onun harada olduğunu bilməmişəm. Məclisdə təxminən 30 dəqiqədə iştirak etdim. Bundan sonra isə zaldan çıxdım və şadlıq sarayının həyətinə düşdüm. Şadlıq sarayının həyətində olarkən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə gətirdi. Bundan təxminən 15 dəqiqə sonra mənə məlum olan və məclisdə iştirak edən Sarxanbəyli kənd sakinləri Şöhrət və Şəhriyarın da polis şöbəsinə gətirdiklərini bildim. Lakin polis əməkdaşları Şəhriyar və Şöhrəti polis şöbəsinə niyə görə gətirdiklərini bilməmişəm”. 
Zərərçəkmiş Railin sözlərinə görə, sentyabrın 15-də bibisi nəvəsi Anar Məmmədlinin hərbi xidmətə getməsi ilə əlaqədar “Mələk” şadlıq sarayında keçirilən məclisdə iştirak edib: “Məclis saat 17-də başlasa da, mən saat 18 radələrində məclisə gəldim. Məclis musiqili olmaqla yanaşı, araq da verilirdi və məclisdə təxminən 50-60 nəfər şəxs iştirak edirdi. Yemək yeyərkən də təxminən 100 qram araq içdim. Saat 20 radələrində məclisdə iştirak edən qohumlarım rəqs edərkən məni də rəqsə dəvət etdilər. Ona görə rəqs etməyə başladım. Qohumlarla rəqs edərkən bizimlə bir yerdə qadınlardan da rəqs edən olub. Həmkəndlim Firdovsi də məclisdə iştirak edərək ayrı stolda əyləşdi. Rəqs edərkən Firdovsi mənə yaxınlaşdı, qulağıma aşağı oturmağımı, oynamamağımı dedi. Firdovsinin bu sözündən sonra ona işi ilə məşğul olmasını dedim. Bu sözü deyəndən sonra Firdovsi mənə qarşı söyüş söydü. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mən də Firdovsini söyərək əlim ilə onu kənara itələdim, ona yumruq atdım. Elə bu zaman ətrafda olan məclis iştirakçıları topalanaraq bizi bir-birimizdən kənarlaşdırmağa başladılar. Məclis iştirakçıları bizi bir-birimizdən kənarlaşdırarkən Firdovsi üstümə, mən də onun üstünə gedərək bir-birimizə təpiklə vurmaq istədik. Lakin məclis iştirakçıları bizi savaşmağa qoymadı. Sonra iştirakçılar Firdovsini zaldan çölə çıxartdılar”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra məclisdə iştirak edən sonradan adı ona məlum olan Sabirabad rayon Sarxanbəyli kənd sakini Şəhriyar adlı şəxs ona yaxınlaşıb və qadın-uşaq yanında söyüş söydüyü üçün onunla mübahisə etməyə başlayıb: “Məclis iştirakçıları Şəhriyarla mənim aramda mübahisə yarandığını gördü, bizi sakitləşdirdilər. Bundan sonra yerimdə əyləşdim. Əyləşəndən təxminən 3-4 dəqiqə sonra isə Firdovsinin qayıdaraq zala keçdiyini gördüm. Bundan sonra isə zaldan çıxaraq evimə getdim. Sonradan orada nə baş verib, verməməsindən məlumatı olmayıb. Məclisdə Firdovsi ilə aramızda olan söz-söhbətə görə də sentyabrın 16-da Sabirabad Rayon Polis Şöbəsinə gələrək onun barəsində şikayət ərizəsi yazdım”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Firdovsi 11  ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri