Qadınların işləməməsinin əsas səbəblərindən biri budur Komitə sədri
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə əhalisinin 47,5 faizini qadın təşkil etsə də, təəssüflər qeyd etmək istərdim ki, qadınların böyük hissəsi əmək bazarında iştirak etmir.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlament komitələrinin birgə iclasında 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri qadınların əmək bazarında azlığının ən əsas səbəblərindən biri kimi respublikada yetəri sayda məktəbəqədər təhsil müəssisələrinin olmaması ilə izah edib. “Son illərdə məktəbəqədər təhsil müəssisələrinin sayında artım olsa da, lazımı səviyyədə deyil. Bu bizi narahat etdiyindən məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır”, - deputat qeyd edib.
Deputat digər problem kimi ölkədə qadın məsləhətxanalarının sayının sürətlə azalmasını dilə gətirib: “Əgər 2000-ci ildə respublikada 313 qadın məsləhətxanası fəaliyyət göstərirdisə, 2023-cü ildə bunun sayı təqribən 3 dəfə azalaraq 106-ya enib. Son illərdə ana və uşaq ölümünün sayının artması fonunda qadın məsləhətxanalarının artırılmasına və həmin məsləhətxanaların peşəkar kadrlarla təmin olunmasına ciddi ehtiyac var. Bu eyni zamanda qadınların işlə təmin olunmasına öz töhfəsini verər”.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















