Icma.az
close
up
RU
Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır

Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ürəyimiz şirniyyat istəyəndə ağlımıza ilk versiya kimi şokolad gəlir, lakin sağlam qida olmadığına və çəki artımına səbəb olacağını düşündüyümüz üçün özümüzü saxlamağa çalışırıq.

Ölkə.Az Türkiyənin “sabah” qəzetinə istinadla xəbər verir ki, son araşdırmalar şokoladı müəyyən saatda yeməyin faydalı olduğunu üzə çıxarıb.

Harvard Tibb Məktəbi və Briqham və Qadın Xəstəxanasının alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, müəyyən bir zamanda yeyilən südlü şokolad yağ yandırılmasını dəstəkləyə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, bu təsir yalnız konkret saat aralığında özünü göstərir.

“FASEB Journal”da dərc olunan araşdırmada tədqiqatçılar 45 yaşdan yuxarı qadınlarla təcrübə aparıblar.
İştirakçılara səhər oyandıqdan bir saat sonra və gecə yatmazdan bir saat əvvəl 100 qram südlü şokolad verilib. Tədqiqatın nəticələri həmçinin şokolad yeməyənlərlə müqayisə edilib.
Araşdırma nəticələrinə görə, həm səhər, həm də axşam şokolad qəbul edən qruplarda çəki artımı müşahidə olunmayıb.
Üstəlik, səhər şokolad yeyən qadınlarda bədən yağ nisbətlərində və qan şəkəri səviyyələrində azalma müşahidə edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, səhərlər şokolad yemək gün ərzində ümumi kalori qəbulunu 16% azaldır. Bildirilib ki, bu sayədə enerji qəbulu artsa da, şokoladdan istifadə edənlərin təbii iştahı azalır və çəki artımının qarşısını alır.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri