Qadınların pensiya yaşının artırılmasını tənqid etdilər
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılaraq, 64 il 6 ay olub.
Axşam.az xəbər verir ki, bununla bağlı xəbərə tanınmış simalar reaksiya veriblər. Onlar "show_news" instaqram səhifəsində olan yazıya şərh yazaraq, bunu məsxərəyə qoyublar.
Şair Nazilə Səfərli "Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı" sözlərini yazıb.
Aparıcı Zemfira Adıgözəlova "Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq" deyə, xəbərə reaksiya verib.
Müğənni Günel Ələkbərova isə "Əla... 80 yaşında versinlər, "kim qaldı o da aldı" kampaniyasından silsilələr. Allaha pənah. Əslində bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər" deyə, şərhdə yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















